Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

İranda Azərbaycan əleyhinə təbliğatın yeni dalğası - VİDEO

Tarix 08.11.24, 21:54

Font ölçüsü : - / +
bitmap-img6


İsrailin İrana oktyabrın 26-da baş tutmuş hücumundan sonra bu ölkədə Azərbaycan əleyhinə təbliğatın yeni dalğasına start verilib.

Bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan yeni süjetdə qeyd olunub.

Bildirilir ki, əslində İranda Azərbaycana qarşı çıxışlar heç vaxt səngiməyib, sadəcə hər dönəmdə bunu həyata keçirmək üçün müxtəlif bəhanələrdən istifadə olunub:

"Belə ki, son vaxtlara qədər İranda anti-Azərbaycan isterikanı qızışdırmaqdan ötrü bir bəhanə olaraq əsasən Zəngəzur dəhlizi mövzusundan istifadə edilirdisə, İsrailin həmləsindən sonra İran mediasında Bakı-Təl-Əviv əlaqələri yenidən gündəmə gətirilib. Həmçinin baş verənlər kontekstində İran təbliğatı üçün ənənəvi sayıla biləcək bu mövzuya yeni məqam əlavə olunub və heç bir əsas olmadan guya Azərbaycanın da İsrailin İrana hücumunda iştirak etdiyi barədə iddia tirajlanmağa başlayıb".

Müəllif xatırladır ki, İsrailin hücumundan cəmi 10 gün əvvəl Tehranda səfərdə olan Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev İran xarici işlər naziri Abbas Əraqçı ilə görüşündə Bakının heç bir vəchlə öz ərazisindən qonşularına qarşı hər hansı hücumun həyata keçirilməsinə imkan verməyəcəyini deyib.

"İran mətbuatında geniş şəkildə əksini tapmış bu rəsmi mövqeyə rəğmən, Azərbaycan əleyhinə uydurma ittihamların səsləndirilməsi başqa mətləblərdən xəbər verir. Görünür, İsrail təhlükəsi İran rejimi üçün sözün həqiqi mənasında bir kabusa çevrilib və rejim təmsilçiləri özlərindən asılı olmadan həmin kabusu hər yerdə, o cümlədən şimalda da görürlər - Azərbaycan əleyhinə son on gündə ara verməyən cəfəng iddiaları başqa cür izah etmək mümkün deyil", - deyə müəllif əlavə edib.

Ətraflı süjetdə:







Xəbərin oxunma sayı : 604




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap