![]() |
|














Dünya üçün “X günü” - sosial şəbəkənin sonu?
Tarix 23.10.24, 9:35 |
|

İlon Maskı hüquqi aspektdə cəzalandırmaq asan olmaya bilər, amma texniki baxımdan bu mümkündür
“Megaupload” və “Mega fayl” hostinq xidmətlərinin təsisçisi, alman əsilli fin sahibkar Kim Şmits hesab edir ki, amerikalı milyarder İlon Maska məxsus X sosial şəbəkəsi Kamala Harrisin prezident seçkilərində qalib gələcəyi təqdirdə fəaliyyətini dayandıracaq.
O, sosial media səhifəsində yazıb: “Harris qalib gəlsə, X öləcək”.
Qeyd edək ki, İlon Mask ölkədə davam edən seçki kampaniyasının qızğın dövründə gözlənilməz bəyanat verib. Sahibkar Donald Trampa dəstəyin hələ təmin edilmədiyi ştatlardan Respublikaçılar Partiyasının namizədinə səs verən hər kəsə 100 dollar ödəməyə hazırdır.
Maskdan pul mükafatı almaq üçün seçicilər respublikaçıların seçki proqramının əsas bəndlərini əks etdirən “Söz azadlığı və silah daşıma hüququ haqqında” petisiyaya imza atmalıdırlar. Tramp kampaniyasının məqsədi bu sənəd altında potensial tərəfdarların 1 milyon imzasını toplamaqdır.
İlon Maskın qurulmasına yardım etdiyi siyasi fəaliyyət komitəsi də son həftələrdə Donald Trampı dəstəkləmək üçün xərcləri artıraraq, ilk növbədə tərəddüd edən ştatlara milyonlarla dollar xərcləyib. Bunun üçün komitə ABŞ-ın əsasən tərəddüd edən ştatlarına milyonlarla dollar xərcləyib.
Daha əvvəl Mask bildirmişdi ki, o, meritokratiyanı (sosial mənşəyindən və maliyyə sərvətindən asılı olmayaraq rəhbər vəzifələrdə ən bacarıqlı şəxslərin tutduğu idarəetmə prinsipi) və şəxsi azadlığı müdafiə edən namizədləri dəstəkləmək məqsədi daşıyan siyasi fəaliyyət komitəsi yaradıb. Bununla yanaşı, sahibkar ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçki kampaniyasına dəstək məqsədilə ayda 45 milyon dollar ayırmağı planlaşdırdığı barədə məlumatları təkzib edib. Siyasi fəaliyyət komitəsi avqustun ortalarında, yay aylarındakı sükut dövrü bitəndən bəri təxminən 33 milyon dollar xərcləyib. Komitə Demokrat namizəd Kamala Harrisi “radikal” adlandıran və Trampı sərhədi qoruyacaq namizəd kimi təsvir edən məktublar göndərib. Komitə son günlər tərəddüd edən ştatları hədəf alaraq onlayn reklam xərclərini də artırıb. Mask daha əvvəl bildirib ki, onun əsas məqsədi sözügedən ştatlarda Trampa səs verməyə daha çox seçici cəlb etməkdir.
ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Seçkilərdə Demokratlar Partiyasını hazırkı vitse-prezident Kamala Harris, Respublikaçılar Partiyasını isə keçmiş prezident Donald Tramp təmsil edəcək. Harris hakimiyyətə gəlsə, bu iddialar nə qədər doğrudur?
Elxan Şahinoğlu
Politoloq Elxan Şahinoğlu deyir ki, Kamala Harris hakimiyyətə gələrsə, İlon Maska problem yaratmayacaq: “İlon Mask sıradan bir iş adamı deyil, iri layihələri var. Amerika üçün böyük vergi ödəyicisidir. Eyni zamanda ABŞ-da prezident bütün məsələləri həll edə bilməz. Kiminsə fəaliyyətini məhdudlaşdırmaq təkcə prezidentin verə biləcəyi qərar deyil. Ən azından ABŞ-ın məhkəmə sistemi buna imkan verməz. Ona görə də hesab edirəm ki, Kamala Harrisin İlon Maskdan xoşu gəlməsə də, prezident seçilsə, onun biznes layihələrinə mane ola bilməyəcək.
İlon Maskın layihələri başqa ölkələrdə problemlərlə üzləşə bilər. Bunların bir çoxu ABŞ-da mərkəzləşib. Amerikanın özündə də bəzən belə problemlər yaşanır. Məsələn, Facebookla bağlı belə bir hal yaşanmışdı. Hətta Mark Zukerberqi konqresdə dinləmələrə dəvət etmişdilər. O bəzi məsələlərə görə üzrxahlıq da etmişdi. Bu, İlon Maskın da başına gələr. Konqresdə demokrat çoxluğu Maska problem yaratmaq istəsə, o istiqamətdə nəsə edə bilərlər. Dinləmələr olar, ona çətin suallar verilə bilər. Amma yenə də İlon Maskın fəaliyyətinə mane ola bilməzlər. ABŞ-da balans sistemi var. Bu sistem imkan vermir ki, hakimiyyətdə olana istədiyi qərarı versin. Müstəqil məhkəmə sistemi də prezidentin səlahiyyətlərini artırır.
ABŞ-ın xarici siyasətində Azərbaycan və digər ölkələrə qarşı ikili standart ola bilər. Məsələn, işğal dövründə heç zaman işğalçını pisləmədilər, Azərbaycana dəstək vermədilər. Torpaqlarımız azad ediləndən sonra isə Azərbaycan əleyhinə əhval-ruhiyyə formalaşdı. Halbuki Ukrayna mövzusunda həssaslıq göstərirlər, onun ərazi bütövlüyünü dəstəkləyirlər. Biz bunu bilirik. Amma ABŞdaxili siyasətdə ikili standartdan çıxış edə bilmirlər. Çünki sistem elə qurulub ki, balansı pozmaq olmaz. Tramp prezident olanda istədi ki, təkbaşına qərarlar versin, nəyisə məhdudlaşdırsın və s. Onda dərin dövlət siyasəti işə düşdü və Dövlət Departamentində kütləvi istefalar başladı. Bu, Trampa təzyiq vasitəsi idi ki, təkbaşına qərarlar verməsin. İlon Mask zəkası olan bir insandır. Sıfırdan görün nələr yaradıb. Sıradan bir Amerika vətəndaşı üçün bu böyük şeydir. Bu yerə zəkası hesabına gəlib. Bir telefon icad edib ki, onu günəşin altına qoyursan enerji yığır. Elektromobilləri dünya bazarına ilk dəfə o çıxardı. Belə bir insana qarşı təzyiq mexanizmini hərəkətə gətirmək mümkün olmayacaq. Bir şərtlə ki, Mask qanunları pozmasın, vergisini vaxtında ödəsin".
Mehman Xəlilov
İKT sahəsində 20 ildən çox təcrübəsi olan iş adamı Mehman Xəlilov mövzu ilə bağlı “Yeni Müsavat”a bildirib ki, X sosial şəbəkəsi hüquqi şəxsdir və onun fəaliyyətinə qadağa qoyula bilər: “Məhdudiyyətlərin tətbiq olunması mümkündür. Amerikada qadağa qoyulsa, fəaliyyətini sonlandıra bilər. Burada hər şey siyasi gedişatdan asılıdır. Texniki baxımdan hər şey mümkündür”.
Xəbərin oxunma sayı : 1360
Analiz
Xəbərlər
-
“Heyətimi gecə klublarında təyin edirəm” - Video
-
Ordumuzun mövqeləri Ermənistandan atəşə tutuldu - RƏSMİ
-
Paytaxtın mərkəzi ilə qəsəbələrdəki bazarlarda qiymət fərqi - VİDEO
-
Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
-
Arda Turana rəsmi təklif - qərarı qətidir
-
“Mən atamın inamını doğrultdum...” - VİDEO
-
Hakan Fidan sui-qəsdə məruz qalıb – Özü açıqladı
-
Avropa üçlüyünün rəhbərləri Kiyevdə - Mühüm açıqlama olacaq
-
“Xatirimizdədir, sevgi ilə anırıq” - Mehriban Əliyeva
-
Pakistan Hindistana zərbələr endirir - Aerodromlar, elektrik şəbəkəsi məhv edilib
-
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO
-
Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
-
İnstaqramda bu gün kimlər nələr paylaşdı? - FOTOLAR
-
Çindən Azərbaycana idxal edilən kürülər bazarda neçəyə satılır? - VİDEO
-
Ermənistan acınacaqlı vəziyyətdə: Hər dördüncü sakin yoxsuldur
-
Üç gömrük işçisinin məxfi yazışmaları - Rüşvət çarxı necə fırlanıb? + FOTOLAR
-
Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcəklər - VIDEO
-
Tramp Çinə tətbiq edilən rüsumları birtərəfli qaydada azaltmaq niyyətində deyil - Ağ Ev
-
Yasamalda qəbirlər başqalarının dəfni üçün təklif edilir? - VİDEO
-
Azərbaycanda kredit faizləri nə zaman aşağı düşəcək? - VİDEO
-
Prezidentlə xanımından səmimi görüntülər - VİDEO
-
Çiyələyə bənzəyir, dadı tam başqa - özü isə xəzinədir
-
Dünyanın ən məşhur avtomobil markaları açıqlandı - SİYAHI
-
Pakistan nümayəndə heyəti Milli Müdafiə Universitetində - VİDEO
-
Məktəb direktorunun səs yazısı yayıldı - Araşdırma başladı + Video
-
“Tramp bunun üçün hərbi gücdən istifadə edə bilər...“ - Stiven Uitkoff
-
Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışı olub - FOTOLAR
-
Nərimanov rayonunda yerləşən “Şəki” restoranı sökülür - VİDEO
-
Yanğın, sel, zəlzələ... - Evimizi necə sığortalayaq?
-
Qısqandığı qadının üzünü dişlədi - Cəza verildi
-
Naxçıvanda orta məktəbdə bıçaqlanma - Yaralı var
-
İlham Əliyev “Xocalı” yarımstansiyasının açılışında iştirak etdi - Fotolar
-
Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyulub - FOTO
-
Tramp və Putin bir-birini təbrik edib - Köməkçiləri vasitəsilə
-
İlham Əliyev Xocalıda da açılışa qatıldı - FOTOLAR
-
Prezident və birinci xanım Şuşa səfər edib - FOTOLAR
-
WhatsApp-da yeni funksiya - Tiktok kimi olacaq
-
Macarıstanın Ukraynada casusluq fəaliyyəti ifşa olundu - iki agent həbs olundu
-
PKK-nın tərkisilah olaraq özünü ləğv etməsi gözlənilir - KİV
-
Zelenski şərtlərini açıqladı: İstənilən formatda danışıqlara hazırıq
-
“Real” Xabi Alonso ilə 3 illik müqavilə imzalayacaq - “Marca”
-
Masallıda ağır qəza - 2-si uşaq olmaqla 3 nəfər ölüb
-
770 min manat vergi borcu olan şirkət - “Bitel” MMC kimindir?
-
Sığorta şirkətlərinin səhlənkarlığı - 50 manatınızın başı ağrıyır
-
DTX-də Heydər Əliyevin anadan olmasının 102 illiyi qeyd olunub - FOTOLAR
-
Azərbaycanda məşhur tikinti şirkəti bağlanır, əməkdaşları işdən çıxarılır
-
Ramiz Mehdiyevin qızı Ali Məhkəməyə üz tutdu - “Baku Oksford Məktəbi“ ilə bağlı
-
DİN-in kollektivi Heydər Əliyevin xatirəsini yad etdi - VİDEO
-
Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq - Paşinyan
-
Saleh Məmmədov idarə rəisini işdən çıxardı - Yerinə onun oğlunu təyin etdi
-
İlham Əliyev yeni seçilən Roma Papasını təbrik etdi
-
“Bitcoin“in qiyməti 103 min dolları ötüb - Kriptovalyuta bazarının son göstəriciləri
-
20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur? - İcbari Tibbi Sığortanın 3 “dostu“
-
Azərbaycan hərbçiləri paradda keçid etdi - VİDEO
-
İllik təhsil xərci 9 min manat oldu - baş nazirin qərarının şifrələri
-
Prezident və birinci xanım onların xatirəsini andı - FOTOLAR
-
Evlərin qiyməti kəskin bahalaşacaq - Ekspertlərdən AÇIQLAMA
-
Mehriban Əliyevadan Qələbə Günü ilə bağlı paylaşım - FOTO
-
Bir şagirdin “Son zəng“ xərci nə qədərdir? - AÇIQLAMA
-
Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi -FOTOLAR
-
Atəşkəs olmasa, əlavə sanksiyalar tətbiq edəcəyik - Tramp
-
Çempionlar Liqası:İngiltərənin 6 klubu olacaq
-
Əcnəbilərin Bakıda mağazada dələduzluğu şok etdi - VİDEO
-
Anqola Prezidenti İlham Əliyevə zəng etdi - Nələr müzakirə olunub?
-
Sabiq icra başçısı Nəbi Muxtarovu öldürmək istədilər - Dəhşətli FAKTLAR
-
“Hindistanın hərəkətlərini müharibə kimi qiymətləndiririk“ - Pakistanın daimi nümayəndəsi
-
Azərbaycan və Vyetnam arasında əsas perspektivli istiqamətlərindən biri turizmdir
-
Azərbaycan-Vyetnam əməkdaşlığında yeni bir mərhələnin başlanğıcı
-
Azərbaycan və Vyetnam arasında ənənəvi olaraq təhsil sahəsində sıx əlaqələr mövcuddur
-
Siyasi-iqtisadi-ticari əlaqələrə, humanitar və mədəni mübadiləyə yeni töhfə
-
Prezidentdən Qələbə Günü ilə bağlı paylaşım - FOTO
-
Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
-
Şəbnəmdən Xuramana cavab - “Fotosessiyalarıma 3 min verirəm“
-
Həftənin rəmzi komandası - Yamal, Sommer, Hakimi...
-
Qramla satılan ətirlər ciddi problemlərə səbəb ola bilər - VİDEO
-
Yeni Roma Papası kimdir? – XIV Lev haqqında hər şey
-
BƏƏ prezidenti İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
-
Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir
-
Vətəndaşlar bu hala görə banklardan təzminat tələb edə bilərlər - VİDEO
-
Məhkəmədə o görüntüləri də göstərdilər - Fotolar
-
Yeni Papa o seçildi - İlk dəfə amerikalı
-
Azərbaycan və Vyetnam arasında əməkdaşlığın inkişafı möhkəm təmələ çevrilib
-
“Pulunu ver, balını artırım“ - Abituriyentlərə yeni təhlükə
-
“20 il ərzində bütün var-dövlətimi xeyriyyəçiliyə bağışlayacağam” - Qeyts
-
Bakının bu hissəsində hərəkət məhdudlaşdırılacaq - Xəbərdarlıq
-
Ağ Evin ən həssas mövzusu: Melaniya Tramp haradadır?
-
Rasim Məmmədov məhkəməyə şikayət edib - Əmlak davası
-
“8-ci kilometr“ bazarında xadimə ticarətçi qadını döydü: üz sümüyü sındı
-
Putinlə Si Cinpin arasında görüş 7 saat davam edib - VİDEO
-
Avtomobil almaq istəyənlər üçün şans - dövlət maşınları hərracda
-
Bakıdan Minskə uçmaq artıq daha bahadır - Bilet qiymətləri 1077 manata qədər yüksəlib
-
Azərbaycan-Vyetnam münasibətləri iki dövlətin səmimi və mehriban dostluğunun müasir mənzərəsini əks etdirir
-
Vyetnamın birinci xanımı İçərişəhərdə - FOTOLAR
-
“Rusiya ordusu Ukraynada döyüş əməliyyatlarını tamamilə dayandırıb“ - Rəsmi Moskva
-
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
-
Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq
-
Quldurluq üçün evə basqın etdilər, polislərə atəş açdılar - Məhkəmə
-
Balakəndə kanat yolunun tikintisinə 5 milyon manat ayrıldı - SƏRƏNCAM
-
Hindistanın hücumu müharibəyə yol açır - Məhəmməd Asif
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük rəsmi məzənnəni açıqladı
-
Bu şəxslərə pulsuz evlər veriləcək - 120 milyonluq layihə
-
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
-
Şərurlu İsfəndiyarın ölkədən çıxışına qadağa qoyulacaq - Məhkəmə prosesi
-
Həbsdən çıxan narkoman arvadının da cibindən narkotik tapdı, onu öldürdü - 7 uşaq isə...
-
“Bu gün-sabah PKK silahı yerə qoyub təşkilatı ləğv edəcək“ - Ərdoğan
-
Kadırov istefa verəsi olmadı - Putinlə görüşüb
-
Prezidentdən XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına - Müraciət
-
Beyləqanda Ulu Öndərin 102 illik yubileyi keçirildi - Fotolar
-
Gəncədə restoran tikintisində faciə - Hündürlükdən yıxılıb öldü
-
Türkiyə Rusiyaya uçuşları dayandırdı - 16 reys təxirə salındı
-
Əli Əsədov To Lam ilə görüşüb - Nələr müzakirə olunub? (FOTO)
-
Mərhum başçı 14 il əvvəl oğlunun obyektinə icazə vermişdi - Reyesterə indi daxil edilib
-
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi - FOTO
-
“Azərbaycanla sülh müqaviləsinin imzalanmasında irəliləyiş yoxdur“ - Armen Qriqoryan
-
Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu
-
Bakıda evi plana düşən sakinlər narazılıq edir: “48 000 AZN-ə ev ala bilərəm?“
-
Arif Babayevə Heydər Əliyev Mükafatı verildi - Sərəncam
-
Vəfat edən şəxsin pensiyasını bu şəxslər də ala biləcək - VİDEO
-
Naxçıvan Ali Məclisinin sədri nazir təyin edə bilməyəcək? - Təyinat mexanizmi dəyişir
-
Abşeronda polis əməliyyatı: İranlının kuryeri tutuldu - VİDEO
TOP 10
ARXİV