![]() |
|














Hrach Topalyanın Bakıda “no war”çu fabriki” - Faktlar
Tarix 22.01.25, 23:00 |
|

Avrasiya Əməkdaşlıq Fondu bu günlərdə Bakıda gənclər üçün “Bakı Münaqişə Məktəbi-2025” adlı layihəyə başlamağa hazırlaşır. Layihənin məzmunu “Münaqişə Məktəbi Məzun Şəbəkəsi” adı altında təslimçi düşüncəli, ultra-liberal, qeyri-ənənəvi dəyərləri dəstəkləyən gəncləri Fondun çətiri altında toplamaqdır.
Yeni “no war”çu axtarışları
AzFakt.com xəbər verir ki, Apa-nın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, bu yaxınlarda Qərbin Azərbaycandakı nüfuz agentləri yetərli qədər “no war” ideyası ilə çıxış edən gənclər ortaya çıxara bilmədiklərinə görə mərkəzi ofisləri tərəfindən bərk danlanıblar. Bir çox Qərb institutlarını özündən çıxaran Vətən Müharibəsi və ondan sonrakı dövrdə Azərbaycan gənclərinin ölkənin ərazi bütövlüyü və suverenliyi uğrunda hər cür mübarizəyə hazır ruha malik olmasıdır. Müqayisədə bir neçə radikal solçu və anarxist aktivistin sosial şəbəkə səviyyəsindəki çağırışları ictimai dəstəkdən məhrumdur. Bu, bəzi Qərb institutlarının illərlə Azərbaycanı təslimçiliyə kökləyən “no war” ideyası ilə bağlı apardıqları işlərin məqsədinə çatmadığını, qrantların çoxunun kağız üstündə “həyata keçirilən” layihələrə ayrıldığının faktiki göstəricisi olub.
Avrasiya Əməkdaşlıq Fondunun “Bakı Münaqişə Məktəbi-2025” layihəsi “no war”çu axtarışlarının gücləndirilməsi təlimatına xidmət edir. Planlaşdırılır ki, bu tədbir çərçivəsində şəbəkəyə cəlb edilmiş gənc simalar müxtəlif beynəlxalq tədbirlərdə təmsilçilik qazanacaq və şəbəkə üzvü kimi “etimad quruculuğu” istiqamətində fəaliyyət göstərəcəklər.
Anti-Azərbaycan şəbəkəsi
Avrasiya Fondunun İdarə Heyəti və Himayəçilər Şurasının tərkibi ermənilər və ermənipərəst siyasəti ilə tanınmış xeyli vətəndaş cəmiyyəti nümayəndəsi və keçmiş diplomatlarla zəngindir. Fondun İdarə Heyətində vətəndaş fəallığı və liderlik üzrə baş direktor kimi Qraç Topalyanın (Hrach Topalyan) adını görürük. Himayəçilər Şurasında isə ermənipərəst siyasəti ilə tanınmış ABŞ-ın istefada olan sabiq səfiri Pamela L.Spartlen, (o, Himayəçilər Şurasının sədridir), USAID yetirməsi Syuzan Kosinskiy Fritz yer alır. Qlobal Enerji Mərkəzinin təsisçisi və baş direktoru, ABŞ-ın Azərbaycandakı keçmiş səfirlərindən olan, özünü ABŞ-ın Azərbaycandakı qubernatoru kimi aparmağa çalışmış Riçard L.Morninqstar da Himayəçilər Şurasındadır. Azərbaycana qarşı davamlı olaraq qara PR kampaniyası aparan, Azərbaycan əleyhinə olan bütün fəaliyyətlərdə fəal yer alan ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kauzlariçin adı isə Avrasiya Fondunun Məşvərət Şurasının üzvləri sırasındadır. Yəni, Fondun bütün rəhbər orqanlarında ermənilərin mövqeyini dəstəkləyən azı bir nəfər var.
Xatırlatmaq yerinə düşər ki, 2023-cü ilin oktyabrında ATƏT-in Varşavada keçirilən illik İnsan Ölçüsü Konfransında Avrasiya Fondunun proqram direktoru İsabella Sargsyan Azərbaycanı Ermənistana qarşı soyqırımı törətməkdə ittiham etmiş, hətta bu mövzuda danışarkən ATƏT tədbirində ona yaradılmış bu fürsətdən layiqincə istifadə etmək üçün ağlamsınmağı da unutmamışdı.
Avrasiya Əməkdaşlıq Fondunun əhatəsi
Avrasiya Əməkdaşlıq Fondunun Azərbaycandakı rəhbəri uzun illərdir ki, Nailə Haşımovadır. O, hər zaman səhnə arxasında dayanmağa üstünlük verib. Əsas donoru USAID, Avropa İttifaqı olan Avrasiya Əməkdaşlıq Fondu əsasən feminist, ultra-liberal, LGBT fərdləri və “nowar”çu şəxslərin “fabrik”i rolundadır. Fondun əhatəsindəki bəzi şəxslərə diqqət yetirək:
Bəhruz Səmədov – vaxtilə Əli Kərimlinin tədbirlərinin bəzəyi olan bu LGBT fəalı hazırda Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilərək həbsdədir. Onun əsas fəaliyyəti gəncləri Ermənistanla təslimçi barışığa sövq etmək, LGBT icmasının ölkədə genişlənməsini dəstəkləmək, onların sıralarından “nowar”çu nəsli yetişdirmək idi;
2. Sevinc Səmədzadə – qatı ermənipərəst mövqeyi və radikal feminist düşüncələri ilə tanınır. Laçın-Xankəndi yolundakı ekoaksiyalar zamanı artıq tarixin zibilliyinə göndərilmiş xunta rejimini müdafiə edən, COP29 vaxtı isə isveçli iqlim fəalı Qreta Tunberq ilə Tbilisidə “Artsaxa azadlıq” aksiyası keçirən bu şəxs Avrasiya Əməkdaşlıq Fondunun tədbirlərində təlimçi kimi Azərbaycan gənclərinə nə isə öyrədirmiş;
3. Səməd Şıxı – Vətənə xəyanət ittihamı ilə həbs olunmuş Bəhruz Səmədovun dostlarından biri olan, sosial mediada bölücü fikirləri ilə tanınan bu şəxs Avrasiya Əməkdaşlıq Fondunun dəstəyi ilə “Azərbaycan gənci sosial mediada” adlı təlim təşkil edib;
4. Ayxan Zayıdzadə - bir neçə ay öncə Vikipediada Vətən müharibəsi şəhidlərinə aid olan səhifələrin silinməsi ilə gündəmə gələn, narkotik istifadəçisi olan bu şəxs sosial mediada bölücü fikirləri, Azərbaycanın və Türkiyənin ərazi bütövlüyü əleyhinə çağırışları ilə tanınır. O, Avrasiya Əməkdaşlıq Fondunun “Münaqişə məktəbi”nin “nümunəvi” məzunlarından biridir;
5. İlkin Əliyev – xarici təşkilatlar tərəfindən təşkil olunmuş tədbirlərdə özünü azərbaycanlı hesab etmədiyini, azərbaycanlı kimliyinin ona süni şəkildə “yapışdırıldığını” deyən bu şəxs Azərbaycanın ailə dəyərlərini rədd etməsi ilə tanınır;
6. Elnur Musayev – Fondun sevimli təlimçisi olan bu şəxs də ultra-liberal, “no war”çu qrupun təmsilçisidir. Qeyri-ənənəvi həyat yaşayan şəxslərin keçdiyi təlimlərdə Azərbaycan gəncləri nələri öyrənirlər?
7. Sənubər Heydərova – radikal feminist qruplaşmanın üzvü olan bu şəxs isə EPF-in tədbirlərinə tez-tez dəvət etdiyi təlimçilərdən biridir.
Onlar Avrasiya Əməkdaşlıq Fondunun əhatəsindəki şəxslərin bəziləridir. Digər şəxslərlə əlaqədar araşdırmalarımız davam edir. Onların sırasında hətta Bakıdakı özəl universitetlərin birinin təsisçisi də var.
Ermənistanda revanşizmə dəstək
Sosial media hesablarının təhlili göstərir ki, Azərbaycandan fərqli olaraq, Fondun Ermənistandakı bölməsi “münaqişə məktəbi” tipli layihələrə deyil, daha çox “insan hüquqları”, “demokratiya” və “gender bərabərliyi” kimi mövzulardakı layihələrə üstünlük verilir. Qeyd edilən mövzulardakı təlim və ekspert görüşlərində isə əsasən hakim “Vətəndaş müqaviləsi” partiyasının tərəfdarı olan şəxslər dəvət edilirlər. Fondun bağlı olduğu Qərb dairələrinin sözügedən layihələrlə gənclər arasında hazırki sorosçu hakimiyyətə dəstək verən siyasi aktiv şəxslər formalaşdırmağa çalışdıqları hiss olunur.
Avrasiya Əməkdaşlıq Fondu Qafqaza nə vaxt gəlib?
Son illər xüsusilə Cənubi Qafqaz regionunda daha geniş fəaliyyət göstərməyə başlayan bu təşkilatın əsası 1992-ci ildə - SSRİ süquta uğradıqdan 1 il sonra qoyulub. Layihələri keçmiş SSRİ-nin tərkibindəki ölkələri əhatə edib. İlk nümayəndəliyi 1993-cü ildə Moskvada fəaliyyətə başlayıb. 1995-ci ildə “Eurasia Foundation” Ermənistanda və Ukraynada da görünməyə başlayıb. 1997-ci ildə Ermənistanda hətta nəşriyyat belə qurub. 2002-ci ildə Nyu-Yorkda fəaliyyət göstərən Karnegi Korporasiyasının dəstəyi ilə Ermənistan, Azərbaycan və Gürcüstanda ayrı-ayrılıqda Qafqaz Tədqiqat və Resurs Mərkəzi açılır. 2004-cü ildə təşkilatın üç Qafqaz ölkəsində fəaliyyətdə olan filialları bu dövlətlərin qanunvericiliyinə uyğun şəkildə qeyri-hökumət təşkilatları formasında qeydiyyata alınır. Həmin təşkilatlar isə EF (Eurasia Foundation)-un şəbəkəsini formalaşdırırdı. Avrasiya Fondu Qafqaz Tədqiqat və Resurs Mərkəzi (CRRC) adlı layihənin icrasına 2003-cü ildən başlayıb. Fondun rəsmi açıqlamasına inansaq, əsas məqsədi Cənubi Qafqazda sosial sahədə elmi tədqiqatların təşviqi, eləcə də həmin regionda dövlət siyasətinin tədqiqindən ibarət olub. Avrasiya Əməkdaşlıq Fondu Nyu-Yorkda yerləşən Karnegi Fondunun dəstəyi ilə Azərbaycan, Gürcüstan və Ermənistanda mərkəzlər yaradıb. Onların əsas tədqiqat işlərindən biri “Caucasus Barometer” adlanır.
Avrasiya Fondu 2008-ci ildə başlatdığı “Bill Maynes Fellowship” təqaüd proqramı ilə də ermənilərin fəaliyyətinə dəstək olub. Bu proqram çərçivəsində müxtəlif ölkələrdən 17 nəfər ABŞ-də təlim proqramlarına cəlb olunub. Onların arasında Ermənistandan jurnalist Noune Sarkisyan da var. N.Sarkisyan Azərbaycandan olan qadın hüquqları fəalları ilə “Qadınların sülhyaratmada rolu: regional yol xəritəsi” mövzusunda birgə hesabat da hazırlayıb.
Xəyanət yolçuları
Avrasiya Əməkdaşlıq Fondunun ətrafında toplaşanların hamısını birləşdirən yeganə cəhət şübhəsiz ki, Azərbaycan milli dəyərlərinə, ənənəvi həyat tərzinə nifrət, bu müqəddəs dəyərləri alçaltmaqla topalyanların gözündə ucalmaq niyyətidir. Təsadüfi deyildir ki, 2025-ci ilin əvvəlində Prezident İlham Əliyevin yerli TV kanallarına müsahibəsində bir sıra xarici donorların Azərbaycandakı niyyətləri açıq göstərildi: “Təəssüf ki, biz Azərbaycan gəncliyinin bəzi nümayəndələrinin xəyanət yolu tutduğunu görürük, açıq-aşkar satqınlıq, erməniçiliklə əməkdaşlıq – bu da NED (Аmerikanın “National Endowment for Democracy”) və EED (“Europеan Endowment for Democracy”) tərəfindən maliyyələşdirilən sözdə qrant proqramları vasitəsilə beyinlərin yuyulmasının nəticəsidir”.
Yəqin ki, bu ifşa materialından sonra əlaqədar qurumlar Avrasiya Əməkdaşlıq Fondunun fəaliyyətini təftiş edəcəklər. İnanınıq ki, bu təftiş xeyli xəyanətlərin üstünü açacaq.
Aldadılaraq Avrasiya Əməkdaşlıq Fondunun “Bakı Münaqişə Məktəbi-2025” adlı layihəsinə qoşulanlar isə nə qədər ki, gec deyil, bu yoldan çəkilsələr, daha doğru seçim edərlər.
“Bakı Münaqişə Məktəbi-2025” barədə araşdırmamız davam edəcək.
Xəbərin oxunma sayı : 1864
Analiz
Xəbərlər
-
“Heyətimi gecə klublarında təyin edirəm” - Video
-
Ordumuzun mövqeləri Ermənistandan atəşə tutuldu - RƏSMİ
-
Paytaxtın mərkəzi ilə qəsəbələrdəki bazarlarda qiymət fərqi - VİDEO
-
Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
-
Arda Turana rəsmi təklif - qərarı qətidir
-
“Mən atamın inamını doğrultdum...” - VİDEO
-
Hakan Fidan sui-qəsdə məruz qalıb – Özü açıqladı
-
Avropa üçlüyünün rəhbərləri Kiyevdə - Mühüm açıqlama olacaq
-
“Xatirimizdədir, sevgi ilə anırıq” - Mehriban Əliyeva
-
Pakistan Hindistana zərbələr endirir - Aerodromlar, elektrik şəbəkəsi məhv edilib
-
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO
-
Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
-
İnstaqramda bu gün kimlər nələr paylaşdı? - FOTOLAR
-
Çindən Azərbaycana idxal edilən kürülər bazarda neçəyə satılır? - VİDEO
-
Ermənistan acınacaqlı vəziyyətdə: Hər dördüncü sakin yoxsuldur
-
Üç gömrük işçisinin məxfi yazışmaları - Rüşvət çarxı necə fırlanıb? + FOTOLAR
-
Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcəklər - VIDEO
-
Tramp Çinə tətbiq edilən rüsumları birtərəfli qaydada azaltmaq niyyətində deyil - Ağ Ev
-
Yasamalda qəbirlər başqalarının dəfni üçün təklif edilir? - VİDEO
-
Azərbaycanda kredit faizləri nə zaman aşağı düşəcək? - VİDEO
-
Prezidentlə xanımından səmimi görüntülər - VİDEO
-
Çiyələyə bənzəyir, dadı tam başqa - özü isə xəzinədir
-
Dünyanın ən məşhur avtomobil markaları açıqlandı - SİYAHI
-
Pakistan nümayəndə heyəti Milli Müdafiə Universitetində - VİDEO
-
Məktəb direktorunun səs yazısı yayıldı - Araşdırma başladı + Video
-
“Tramp bunun üçün hərbi gücdən istifadə edə bilər...“ - Stiven Uitkoff
-
Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışı olub - FOTOLAR
-
Nərimanov rayonunda yerləşən “Şəki” restoranı sökülür - VİDEO
-
Yanğın, sel, zəlzələ... - Evimizi necə sığortalayaq?
-
Qısqandığı qadının üzünü dişlədi - Cəza verildi
-
Naxçıvanda orta məktəbdə bıçaqlanma - Yaralı var
-
İlham Əliyev “Xocalı” yarımstansiyasının açılışında iştirak etdi - Fotolar
-
Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyulub - FOTO
-
Tramp və Putin bir-birini təbrik edib - Köməkçiləri vasitəsilə
-
İlham Əliyev Xocalıda da açılışa qatıldı - FOTOLAR
-
Prezident və birinci xanım Şuşa səfər edib - FOTOLAR
-
WhatsApp-da yeni funksiya - Tiktok kimi olacaq
-
Macarıstanın Ukraynada casusluq fəaliyyəti ifşa olundu - iki agent həbs olundu
-
PKK-nın tərkisilah olaraq özünü ləğv etməsi gözlənilir - KİV
-
Zelenski şərtlərini açıqladı: İstənilən formatda danışıqlara hazırıq
-
“Real” Xabi Alonso ilə 3 illik müqavilə imzalayacaq - “Marca”
-
Masallıda ağır qəza - 2-si uşaq olmaqla 3 nəfər ölüb
-
770 min manat vergi borcu olan şirkət - “Bitel” MMC kimindir?
-
Sığorta şirkətlərinin səhlənkarlığı - 50 manatınızın başı ağrıyır
-
DTX-də Heydər Əliyevin anadan olmasının 102 illiyi qeyd olunub - FOTOLAR
-
Azərbaycanda məşhur tikinti şirkəti bağlanır, əməkdaşları işdən çıxarılır
-
Ramiz Mehdiyevin qızı Ali Məhkəməyə üz tutdu - “Baku Oksford Məktəbi“ ilə bağlı
-
DİN-in kollektivi Heydər Əliyevin xatirəsini yad etdi - VİDEO
-
Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq - Paşinyan
-
Saleh Məmmədov idarə rəisini işdən çıxardı - Yerinə onun oğlunu təyin etdi
-
İlham Əliyev yeni seçilən Roma Papasını təbrik etdi
-
“Bitcoin“in qiyməti 103 min dolları ötüb - Kriptovalyuta bazarının son göstəriciləri
-
20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur? - İcbari Tibbi Sığortanın 3 “dostu“
-
Azərbaycan hərbçiləri paradda keçid etdi - VİDEO
-
İllik təhsil xərci 9 min manat oldu - baş nazirin qərarının şifrələri
-
Prezident və birinci xanım onların xatirəsini andı - FOTOLAR
-
Evlərin qiyməti kəskin bahalaşacaq - Ekspertlərdən AÇIQLAMA
-
Mehriban Əliyevadan Qələbə Günü ilə bağlı paylaşım - FOTO
-
Bir şagirdin “Son zəng“ xərci nə qədərdir? - AÇIQLAMA
-
Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi -FOTOLAR
-
Atəşkəs olmasa, əlavə sanksiyalar tətbiq edəcəyik - Tramp
-
Çempionlar Liqası:İngiltərənin 6 klubu olacaq
-
Əcnəbilərin Bakıda mağazada dələduzluğu şok etdi - VİDEO
-
Anqola Prezidenti İlham Əliyevə zəng etdi - Nələr müzakirə olunub?
-
Sabiq icra başçısı Nəbi Muxtarovu öldürmək istədilər - Dəhşətli FAKTLAR
-
“Hindistanın hərəkətlərini müharibə kimi qiymətləndiririk“ - Pakistanın daimi nümayəndəsi
-
Azərbaycan və Vyetnam arasında əsas perspektivli istiqamətlərindən biri turizmdir
-
Azərbaycan-Vyetnam əməkdaşlığında yeni bir mərhələnin başlanğıcı
-
Azərbaycan və Vyetnam arasında ənənəvi olaraq təhsil sahəsində sıx əlaqələr mövcuddur
-
Siyasi-iqtisadi-ticari əlaqələrə, humanitar və mədəni mübadiləyə yeni töhfə
-
Prezidentdən Qələbə Günü ilə bağlı paylaşım - FOTO
-
Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
-
Şəbnəmdən Xuramana cavab - “Fotosessiyalarıma 3 min verirəm“
-
Həftənin rəmzi komandası - Yamal, Sommer, Hakimi...
-
Qramla satılan ətirlər ciddi problemlərə səbəb ola bilər - VİDEO
-
Yeni Roma Papası kimdir? – XIV Lev haqqında hər şey
-
BƏƏ prezidenti İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
-
Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir
-
Vətəndaşlar bu hala görə banklardan təzminat tələb edə bilərlər - VİDEO
-
Məhkəmədə o görüntüləri də göstərdilər - Fotolar
-
Yeni Papa o seçildi - İlk dəfə amerikalı
-
Azərbaycan və Vyetnam arasında əməkdaşlığın inkişafı möhkəm təmələ çevrilib
-
“Pulunu ver, balını artırım“ - Abituriyentlərə yeni təhlükə
-
“20 il ərzində bütün var-dövlətimi xeyriyyəçiliyə bağışlayacağam” - Qeyts
-
Bakının bu hissəsində hərəkət məhdudlaşdırılacaq - Xəbərdarlıq
-
Ağ Evin ən həssas mövzusu: Melaniya Tramp haradadır?
-
Rasim Məmmədov məhkəməyə şikayət edib - Əmlak davası
-
“8-ci kilometr“ bazarında xadimə ticarətçi qadını döydü: üz sümüyü sındı
-
Putinlə Si Cinpin arasında görüş 7 saat davam edib - VİDEO
-
Avtomobil almaq istəyənlər üçün şans - dövlət maşınları hərracda
-
Bakıdan Minskə uçmaq artıq daha bahadır - Bilet qiymətləri 1077 manata qədər yüksəlib
-
Azərbaycan-Vyetnam münasibətləri iki dövlətin səmimi və mehriban dostluğunun müasir mənzərəsini əks etdirir
-
Vyetnamın birinci xanımı İçərişəhərdə - FOTOLAR
-
“Rusiya ordusu Ukraynada döyüş əməliyyatlarını tamamilə dayandırıb“ - Rəsmi Moskva
-
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
-
Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq
-
Quldurluq üçün evə basqın etdilər, polislərə atəş açdılar - Məhkəmə
-
Balakəndə kanat yolunun tikintisinə 5 milyon manat ayrıldı - SƏRƏNCAM
-
Hindistanın hücumu müharibəyə yol açır - Məhəmməd Asif
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük rəsmi məzənnəni açıqladı
-
Bu şəxslərə pulsuz evlər veriləcək - 120 milyonluq layihə
-
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
-
Şərurlu İsfəndiyarın ölkədən çıxışına qadağa qoyulacaq - Məhkəmə prosesi
-
Həbsdən çıxan narkoman arvadının da cibindən narkotik tapdı, onu öldürdü - 7 uşaq isə...
-
“Bu gün-sabah PKK silahı yerə qoyub təşkilatı ləğv edəcək“ - Ərdoğan
-
Kadırov istefa verəsi olmadı - Putinlə görüşüb
-
Prezidentdən XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına - Müraciət
-
Beyləqanda Ulu Öndərin 102 illik yubileyi keçirildi - Fotolar
-
Gəncədə restoran tikintisində faciə - Hündürlükdən yıxılıb öldü
-
Türkiyə Rusiyaya uçuşları dayandırdı - 16 reys təxirə salındı
-
Əli Əsədov To Lam ilə görüşüb - Nələr müzakirə olunub? (FOTO)
-
Mərhum başçı 14 il əvvəl oğlunun obyektinə icazə vermişdi - Reyesterə indi daxil edilib
-
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi - FOTO
-
“Azərbaycanla sülh müqaviləsinin imzalanmasında irəliləyiş yoxdur“ - Armen Qriqoryan
-
Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu
-
Bakıda evi plana düşən sakinlər narazılıq edir: “48 000 AZN-ə ev ala bilərəm?“
-
Arif Babayevə Heydər Əliyev Mükafatı verildi - Sərəncam
-
Vəfat edən şəxsin pensiyasını bu şəxslər də ala biləcək - VİDEO
-
Naxçıvan Ali Məclisinin sədri nazir təyin edə bilməyəcək? - Təyinat mexanizmi dəyişir
-
Abşeronda polis əməliyyatı: İranlının kuryeri tutuldu - VİDEO
TOP 10
ARXİV