Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

İranda prezidentliyə Təbrizli namizəd – Cənublu soydaşlarımız kimə səs verəcək?

Tarix 22.06.24, 14:15

Font ölçüsü : - / +
bitmap-img6


İranda prezident seçkisinə bir neçə gün qalıb. Müxtəlif rəy sorğularına və aparılan müşahidələrə görə, rəqabət əsasən 3 namizəd - Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Səid Cəlili, Təbrizin millət vəkili, sabiq səhiyyə naziri Məsud Pezeşkiyan və parlamentin sədri Məhəmməd Baqir Qalibaf arasında gedəcək.

İran Konstitusiyasına görə, Prezidentin elə böyük səlahiyyətləri yoxdur, əsas söz sahibi Ali dini liderdir, onun istəyi əleyhinə siyasət yürütmək və qərar vermək mümkün deyil. Buna baxmayaraq, indiki halda İranda Prezidentin kim olacağına diqqət artıb. Bu Ali dini liderin yaşlı və xəstə olması, o cümlədən İran iqtisadiyyatının artan problemləri ilə bağlıdır.

Bu arada, İranda yaşayan soydaşlarımız arasında prezident seçkisi ilə bağlı maraqlı polemika gedir.

Güneydəki bir qrup fəal soydaşımız hesab edir ki, seçkiləri əvvəlki illərdə olduğu kimi boykot etmək lazımdır, çünki İranda Prezidentin islahatçı olması belə heç nəyi dəyişməyəcək, verilən vədlər yerinə yetirilməyəcək.

İkinci qrup soydaşımız isə əksinə, azərbaycanlı namizəd Məsud Pezeşkiyana dəstək verilməsini lazım bilir. Onların arqumenti belədir ki, 17-ci ildir Təbrizin millət vəkili Məsud Pezeşkiyan bölgənin, o cümlədən azərbaycanlıların problemlərinə yaxından bələddir, vaxtilə İran parlamentində Türk Fraksiyasının üzvü olub, çıxışlarında İranın xarici siyasətini kəskin tənqid edib. O, heç bir ölkənin daxili işlərinə müdaxilə edilməməsinin vacibliyini vurğulayıb. Məsud Pezeşkiyanın sözlərinə görə, vəziyyət elə bir yerə çatıb ki, hər hansı bir hadisə baş verdiyi zaman digər ölkələr İranın onların daxili işlərinə müdaxiləsini hiss edirlər. “Hamı ilə dava-dalaşdayıq. Heç bir ölkəyə müdaxilə etməməliyik. Lakin istər-istəməz elə hadisələr baş verir ki, digər ölkələr bizim müdaxilə etdiyimizi hiss edirlər və bu, qonşu ölkələrin bizə olan düşüncələridir”, – deyə təblizli millət vəkili çıxışında vurğulayıb.

Prezidentliyə namizədin fikrincə, ölkədə problemlər vaxtında həll edilmədiyi üçün üst-üstə yığılır və sonra onları həll etmək daha da çətinləşir. Buna görə də ölkə inkişaf edə bilmir.

Bu çıxış Məsud Pezeşkiyanın azərbaycanlılar üçün nəsə etməyə çalışa biləcəyinin işarəsidirmi? Hər halda Məsud Pezeşkiyan azərbaycanlıların səsi hesabına qələbə qazanarsa, soydaşlarımız qarşısında məsuliyyəti artacaq. Sınamağa dəyər. 

“Atlas” Araşdırmalar Mərkəzi



Xəbərin oxunma sayı : 1294




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap