|
Şirkət rəhbəri 20 məmurla əlbir olub pulları mənimsədi - Korrupsiyaya bulaşmış rəsmilər kimlərdir? + ADLAR
Deputatın istirahət mərkəzi əl dəyişir... - Təhvil-təslim işlərinə hazırlıq gedir
Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir? - ARAŞDIRMA
Qlobal qarşıdurma kəskinləşir - Azərbaycan nə etməlidir?
ABŞ ordusunun əsgərləri Zəngəzura yerləşir - Nə baş verir? + VİDEO
Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi - “Bu, növbəti müharibəyə hazırlıqdır...“
Ankara uyğurlara diqqəti artırıb – Çin türk kəndlərinin adlarını dəyişdirir
“Üçüncü dünya müharibəsi riski artıb“ – “Qara dəniz üzərində ABŞ və Rusiya toqquşa bilər...”
Milli Məclis buraxıldı, növbədənkənar seçkilər təyin olundu- SƏRƏNCAM
Müdafiə Nazirliyindən yeni müharibə xəbərdarlığı - “Məsuliyyəti Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq“
Çin NATO pilotlarını “oğurlayır” – Pekin Tayvana qarşı müharibəyə hazırlaşır
“Bu halda sülh sazişinin bağlanması mümkün deyil“ - Prezident nöqtəni qoydu
Mərkəzi Bank 5 ayda 3 milyard dollar satıb – Devalvasiya ola bilərmi?
“Azestetik”in azərbaycanlıları öldürən cihazları: çip də yerləşdiriblər - ŞOK FAKTLAR
Astarı üzündən baha... – Dövləti borca salan ABB-nin rəhbərliyinin fantastik gəlirləri
Tarix 08.06.24, 16:14 |
|
Bir müddət əvvəl Maliyyə naziri Samir Şərifov parlamentdəki müzakirələr zamanı hökumətin daxili borclanmasının kəskin şəkildə artırılmasını dövlətin "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin toksik aktivlərini alması ilə əlaqələndirdi: “İndi onları bazar qiymətinə uyğun qaytarırıq və nəticədə borc yaranır. Biz də bu borcu daxili dövlət borcunun təkibinə daxil etdik”.
Yəni, sadə dildə desək, dövlət üçün bu bankın “astarı üzündən baha başa gəlib”, Azərbaycan dövləti hələ də ABB-də 2015-ci ildə Cahangir Hacıyevin rəhbərliyi dönəmində üzə çıxan milyardlarla dollarlıq yeyintinin, mənimsəmənin, israfın və s. altını çəkir. Özü də belə görünür ki, hələ bir xeyli müddət də çəkəcək.
Buna baxmayaraq, hökumət sözügedən bankı ayaq üstə saxlamağa müvəffəq oldu və bu gün də ona yaradılan şərait digərlərindən fərqlənir, bankın gəlirliliyi müxtəlif vasitələrlə təmin edilir.
Bu bank qeyd etdiyimiz məlum hadisələrdən sonra dövlət və xalq qarşısında, məcazi mənada desək, bir növ “gözükölgəli” duruma düşdü, nüfuzu, reputasiyası zədələndi. Əlbəttə ki, ABB-nin vaxtilə dövlətə vurduğu ziyana görə bankın indiki rəhbərliyi heç bir məsuliyyət daşımır. Ancaq yenə də dövlətə milyardlarla dollar ziyana başa gələn belə bir bankın başında duranların “dodaq uçuran” şəxsi gəlirlərinə nəzər yetirdikdə, istər-istəməz cavabı açıq qalan suallar yaranır...
Belə ki, mətbuatda dərc edilən məlumatdan aydın olur ki, ABB-nin rəhbərliyi 2023-cü ildə 18 milyon 436 min manat gəlir əldə edib. Bu, 2022-ci ilə nisbətən 19,6% və ya 3 milyon 19 min manat çoxdur. Belə ki, 2022-ci ildə bankın rəhbərliyinin gəlirləri 15 milyon 417 min manat təşkil edib.
Bankdan qeyd edilib ki, bu ödəniş Bankın İdarə Heyəti üzvlərinə, Baş direktorlara, departament rəhbərlərinə, Agile sahə rəhbərlərinə, sədr müşavirlərinə, Audit Komitəsinin üzvlərinə (bunlar hamısı birlikdə 54 nəfər təşkil edir) ödənilən ümumi məbləğdir.
Qeyd edək ki, Bankın İdarə Heyəti sədr Abbas İbrahimovla birlikdə 7 nəfərdən ibarətdir. Baş direktorların sayı isə 4-dür.
"Təxmini hesablamalara görə, 2023-cü ildə bank rəhbərliyində təmsil olunan hər bir şəxsin orta illik gəliri 341.4 min manat təşkil edib. 2022-ci il üzrə bu rəqəm 308.3 min manat (50 nəfər üzrə) olub" - deyə, məlumatda bildirilir.
Əlbəttə ki, bank rəhbərliyində 54 nəfərin hamısının maaşı eyni deyil və vəzifə ranqına uyğun olaraq dəyişir. Məsələn, həmin 54 nəfərin içində olan sədr müşaviri ilə sədrin özünün maaşı arasında böyük fərq var. Deməli, ortalama gəlir 341 min manatdırsa, bankın idarə heyətindəki 7 nəfərin və 4 baş direktorun gəliri təxminən 500 min manat civarındadır, bəlkə də daha çoxdur.
Azərbaycan kimi kifayət qədər ciddi sosial problemləri, işğaldan azad edilən ərazilərin abadlaşdırılması kimi qlobal xərcləri, nəhayət, minimum əmək haqqının 345 manat (illik gəlir cəmi 4140 manat) olan bir ölkədə dövlət bankının rəhbərliyində oturanların az qala yarım milyon gəlir əldə etməsi qəribə, hətta israfçılıq kimi görünmürmü? Bu, zatən cəmiyyətdə əhalinin gəlir səviyyəsinə görə təbəqələşməsini daha da dərinləşdirmirmi?
Yeri gəlmişkən, bu günlərdə ABB-nin reklam xidmətlərinə çəkdiyi xərclərə dair məlumat yayıldı. Məlum olmuşdu ki, ABB 2023-cü ildə reklama 10 milyon manata yaxın (9 milyon 841 min manat) vəsait xərcləyib. Bu, 2022-ci ilə nisbətən 52,7% və ya 3 milyon 396 min manat çoxdur. Bankın cəmi xərcləri isə 314,1 milyon manat təşkil edib ki, bu da 2022-ci ilə nisbətən 25,6% çoxdur. Yəni, xərclər ilbəil sürətlə artırılır.
Azərbaycanın reklam bazarının məhdudluğunu, kiçikliyini və buradakı qiymətləri (məsələn, saytlar aylıq 200-300 manata reklam yerləşdirir, televiziyalarda da qiymətlər çox baha deyil) nəzərə alsaq, 10 milyon manat kifayət qədər fantastik rəqəm kimi görünür.
Bir də, görəsən, əvvəlki illərdə bankın reklam sahəsindəki vəziyyəti nə qədər acınacaqlı olub ki, reklam xərclərini birdən-birə 52 faiz(!) artırmağa ehtiyac yaranıb? Bildiyimizə görə, ölkədə inflyasiya, mal və xidmətlərin bahalaşması 52 faizlə müqayisədə qat-qat aşağıdır. Belə olan halda, reklam xərclərinin kəskin şəkildə artması, bahalaşması maraqlı görünür…
Bütün bunlar istər-istəməz bankın fəaliyyətində ən azından yüksək israfçılığa yol verildiyinə dair şübhələr yaradır. Bu şübhələr isə təsadüfi deyil, təəssüf ki, ABB-nin “tarixçəsi” bu baxımdan, yumşaq desək, idealdan çox-çox uzaqdır…(Azpolitika)
Xəbərin oxunma sayı : 1234
Gündəm
Xəbərlər
-
Klublarımızın yay bazarlığı: Kim gəlib, kim gedib?
-
“WhatsApp”da daha bir yenilik: bu da asanlaşdı
-
Azərbaycanda təmizlik vasitələrinin qiyməti bahalaşdı - VİDEO
-
Dünyada COVID-in yeni variantı yayılır: Onun xüsusiyyətləri nələrdir?
-
Sabiq deputatın şirkəti nağdsız ödənişlərdən imtina edir: 3 dəfə cərimələnib - MƏBLƏĞ
-
Bu maşınlar kəskin bahalaşdı - Satmaq üçün əla fürsətdir
-
Fransanın Baş naziri: “Büdcədə vəziyyət son dərəcə ağırdır“
-
Sabah Bakının iki rayonunda qaz olmayacaq - Xəbərdarlıq
-
AXCP-dən istefa: Əli Kərimlinin daha bir yaxın adamı partiyanı tərk etdi
-
“Neftçi“idman direktoru ilə yollarını ayırdı - Qarşılıqlı razılıq əsasında
-
“Badamdar Hotel“ məcburi auditdən yayınıb - Cərimə olunur
-
Saakaşvili İvanişvilini vətənə xəyanətdə ittiham etdi – “Separatçı rejimləri tanıyacaq...”
-
“Xalq Kapital”ın biznes itkiləri durmadan artır - 140 milyon manatı ötüb
-
Livanda rabitə cihazları yenidən partladı - 100 nəfər xəsarət alıb
-
“Trendyol”dan gələn xəbərdarlıq mesajı çaşqınlıq yaratdı - Nə baş verir?
-
“Ermənistan BRİKS-ə qoşulmaq niyyətində deyil” - Paşinyan
-
Leyla Əliyeva Milli Qəhrəman Mübariz İbrahimovun ailəsini ziyarət edib - FOTOLAR
-
Müdafiə Nazirliyi “Qisas“ əməliyyatından görüntülər yaydı - VİDEO
-
Dövlət Agentliyi aftafa, çəkic, dırmıq alacaq - 400 minlik tender
-
Türkiyə konstitusiya dəyişikliyi məsələsində qərarlıdır - Ərdoğan
-
Bəzi rayonlara yağış yağıb - Faktiki hava
-
2 ildə 2 milyondan çox pul mənimsəyib - İlqar Mustafayevin həbsinin detalları
-
“Zapravka”ları bağlanan məşhur şirkət müflis olub? - milyonlarla manat geri götürüldü
-
Restoranda 2 nəfərin şam yeməyi neçəyə başa gəlir? – Müqayisə
-
“ABŞ rəsmilərinin qərəzli fikirləri ikitərəfli münasibətlərə mənfi təsir edir” – Rəsmi Bakı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq - Xəbərdarlıq
-
Azərbaycanda qızıl bahalaşdı - AÇIQLAMA
-
Şagirdlərə açıq havada dərs keçən müəllim işdən çıxarılıb – Rəsmi
-
“Ermənistan Fransa və Hindistanla hərbi-texniki sahədə sıx əməkdaşlıq edir“ - Qriqoryan
-
Leyla Əliyeva uşaq bağçasının açılışında - FOTOLAR
-
Fransa prezidentinin Ermənistana səfəri baş tutmaya bilər - “Hraparak”
-
“Yaxın Şərqdəki müharibənin genişlənməsi ilə bağlı səylər çox təhlükəlidir“ - Ərdoğan
-
Maaş, pensiya və müavinətlər artacaq - 2 milyard ayrıldı
-
Avropa ölkələrində “Aİ-95” markalı benzinin qiyməti – Tam siyahı
-
“Bu mövqe son dərəcə təxribatçı və təhlükəlidir“ - Dmitri Peskov
-
Kütləvi davada tələbəyə 5 xəncər zərbəsi vuruldu - VİDEO
-
Türkiyə ilə sərhədlər açılmalıdır - Paşinyan
-
Bakıda məşhur avtosalonun sahibi həbs edildi - TƏFƏRRÜAT
-
“Minsk qrupunun fəaliyyətinə son qoyulmalıdır“ - Hikmət Hacıyev
-
I sinfə və məktəbəhazırlıq qruplarına elektron qəbul prosesi aktivləşdirilib
-
Bəzi rayonlarda leysan yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Ermənistana münasibətdə yeni Marşal planı hazırlanır“ - Prezidentin köməkçisi
-
ABŞ ilə münasibətlərə yenidən baxıla bilər - İrakli Kobaxidze
-
Məhkəmə “Araz Supermarket”i növbəti dəfə cərimələdi - SƏBƏB
-
Noyabrda ardıcıl 6 gün iş olmayacaq – QƏRAR
-
Ermənistanda dövlət çevrilişinə cəhd - “Onlar Rusiyada təlim keçiblər“ (VİDEO)
-
Dövlət Gömrük Komitəsi “Norm” şirkətini cərimələdi - SƏBƏB
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis olundu - SƏRƏNCAM
-
“KTMT-də iştirak Ermənistanın suverenliyinə təhdiddir“ - Paşinyan
-
Livandakı peycer partlayışlarının arxasında İsrail dayanır – KİV
-
Dünyada karbon qazı emissiyaları rekord həddə çatıb - ARAŞDIRMA
-
Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır - VİDEO
-
I Qarabağ müharibəsinin daha dörd itkin şəhidi dəfn ediləcək - ADLARI + FOTO
-
Bu poliklinkalarda qrip əleyhinə vaksinasiya başlayıb - SİYAHI
-
İsrailin “telefon terroru“... - Niyə indi bunu etdi?
-
Tələbələrə nəqliyyatda güzəştlər ediləcək? - Rəsmi açıqlama
-
Hikmət Hacıyev diplomatik korpusun Kəlbəcərə səfəri ilə bağlı paylaşım etdi - VİDEO
-
Manatın məzənnəsi sabit qalacaq - Rəsmi
-
Bakıda bir sıra yollarda tıxac var – Siyahı
-
“Üçüncü Dünya müharibəsi başlayacaq” - Lukaşenko
-
Çempionlar Liqası: “Bayern”dən 9 qollu qələbə
-
Bu gün instaqramda diqqət çəkənlər - FOTOLAR
-
Zığ gölünün ətrafında antisanitar vəziyyət hökm sürür - VİDEO
-
Ağ Evdən açıqlama: Peycerlərin partladılmasında biz iştirak etməmişik
-
Şoyqu İrana getdi – Pezeşkianla görüşdü
-
Maliyyə Nazirliyi: Bu sahələr üzrə xərclər azaldılır
-
Bakıya giriş-çıxış bağlanır? - “Böyük bir dayanacağın yaradılması lazımdır“
-
Azərbaycan ət idxalını kəskin artırdı - VİDEO
-
Livanda ardıcıl partlayışlar necə baş verib? - SƏBƏB
-
Bakı bu gün dayanmışdı... - Video
-
Azərbaycan bu sahələr üzrə xərclərini artırır - RƏSMİ
-
Gələn il Naxçıvana ayrılacaq vəsait açıqlandı - MƏBLƏĞ
-
Heydər Əliyev Fondunu Saatlıda yeni məktəb inşa etdi - Fotolar
-
Bakıda COP29 nəqliyyat zolaqlarının salınmasına başlanılıb - Məqsəd nədir?
-
Manatın məzənnəsi ilə bağlı mühüm xəbər: 2025-ci ildə...
-
Livandakı partlayışlar: 8 ölü, 2800 yaralı
-
Azərbaycandan xarici ölkələrə 20 min baş ətlik diri at satılıb – İllər üzrə siyahı
-
“Gürcüstanın Qərblə münasibətləri Ukraynada müharibə bitdikdən sonra yaxşılaşacaq“ - Baş nazir
-
Bələdiyyə ilə dövlət qurumu anlaşa bilmədi - Məhkəmə qərar verəcək
-
“Toya gələn 50 yaşlı həmin kişi və yanındakı adam mənə hücum çəkdi“ - Kərim toyda döyülməsndən danışdı
-
Son 10 ildə azərbaycanlılar Türkiyədən 10 min mənzil alıblar – İllər üzrə siyahı
-
“İmam təyin olunmağım barədə vəhy gəldi, məscidə onu deməyə getmişdim” - Sui-qəsddə təqsirləndirilən şəxs
-
“Bu sülh həm də Zəngəzur dəhlizinin açılmasını təmin edəcək“ - Türkiyə kəşfiyyatının rəhbəri
-
Ölkə əhalisinin yarıdan çoxu Bakı, Abşeron və Sumqayıtda yaşayır? – Statistika
-
Yengicə su anbarında tikinti işləri davam edir - FOTOLAR
-
Göygölün yollarına səpilən pullar - Yerli rəhbərlik hər il yol təmir etdirir?
-
Temperatur 3-6 dərəcə düşəcək - XƏBƏRDARLIQ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Baş prokuror Xızıda qəbul keçirdi - Müvafiq göstərişlər verdi
-
Prezident icra başçılarının yerini dəyişdi - SƏRƏNCAM
-
Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edildi - Külli miqdarda mənimsəmə
-
Əli Həsənovun qohumlarından müsadirə olunan obyekt hərraca çıxarılır - 9-cu dəfə
-
Məcnun Məmmədov Şamaxıda qəbul keçirəcək - Bu tarixdə
-
Dünyada tikinti nəhənglərinin gəlirləri yarım trilyon dollara çatdı - HESABAT
-
Xalası oğlunun 160 minini TikTokda xərclədi - “Varlı görünmək istəyirdim”
-
Naxçıvanda 16 vəzifəli şəxs işdən çıxarıldı – Qalmaqallı məmur da qovuldu
-
“Gürcüstanla dövlət sərhədinin üçdə iki hissəsi razılaşdırılıb“ - Azərbaycan XİN
-
“Rusiya-Ukrayna müharibəsi beynəlxalq hüquqa uyğun formada başa çatmalıdır“ - İbrahim Kalın
-
“Tərəqqi“ texniki-humanitar liseyində nə baş verir? - Sinif otaqları pulla satılır...
-
Azərbaycan səfirini geri çağıra bilər - İran terrorçunun edam hökmünü niyə gecikdirir?
-
“Azərreyl“də nə baş verir? - Prezident işdən çıxarıldı, taekvondoçu rəhbər təyin edildi
-
“Niderland qərəzli yanaşma nümayiş etdirir” – Azərbaycan XİN
-
Yağış yağacaq, bəzi yerlərə dolu düşəcək - Sabahın havası
-
Prezident yeni səfirin etimadnaməsini qəbul edib - FOTOLAR
-
Məhkəmə deputata məxsus olduğu deyilən şirkəti cərimələdi - QƏRAR
-
Afrikada daşqınlara görə 2,4 milyon insan didərgin düşüb – 1000-ə yaxın ölən var
-
Ev tikmək üçün haradan icazə alınmalıdır? - DETALLAR
-
Oqtay Əsədovun xanımı vəzifəsindən azad edildi - Rəhbərlik etdiyi baxçada pozuntular aşkarlanmışdı
-
Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - QİYMƏTLƏR
-
Polkovnik, arvadı və qardaşı ölmüşdü - 9 il həbs verildi
-
Azərbaycan xaricdən 50 milyon dollara düyü aldı - RƏSMİ
-
Bakı Atatürk Liseyində rəzalət - 11-ci sinif şagirdləri məktəbdən niyə qovulub?
-
Ömürlük məhkum qardaşlar şikayət verdi: Şeyx Şamilin büstünü partladıb, hərbi hissəyə hücum ediblər
-
Yeri güclü qasırğa bürüyüb - Xəbərdarlıq
-
Müəllimlərə yeni status verilir? - “Maaş və təqaüdləri artacaq”
-
Azərbaycan nefti - Qiymət 76 dollara düşdü
-
8 Noyabr prospekti bağlanır - Təmirə görə
-
Makron çətin durumda - İmpiçmenti ilə bağlı qətnaməyə baxılacaq
-
Ukraynanın qələbə planı 90%-dən çox hazırdır - Zelenski
TOP 10
ARXİV