|
Paşinyan yenə imtina etdi... - Bakı və İrəvan arasında sülh danışıqları dalana dirənib
“Ermənistan təhlükəli oyunlara qoşulub“ - Prezidentdən sərt xəbərdarlıq
Beynəlxalq Bankın 1,3 milyonluq tenderini olmayan şirkət necə udub? – Təfərrüat
Türkiyənin HERİKKS HHM sistemləri Azərbaycanda - Kəlbəcərdə quraşdırılıb
Hərbi güc təhlükəsizliyin əsas qarantıdır - Prezidentin mesajlarının pərdəarxası
Üçtərəfli Bəyannamənin ilk səkkiz bəndini kim pozub? - VİDEO
Şirkət rəhbəri 20 məmurla əlbir olub pulları mənimsədi - Korrupsiyaya bulaşmış rəsmilər kimlərdir? + ADLAR
Deputatın istirahət mərkəzi əl dəyişir... - Təhvil-təslim işlərinə hazırlıq gedir
Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir? - ARAŞDIRMA
Qlobal qarşıdurma kəskinləşir - Azərbaycan nə etməlidir?
ABŞ ordusunun əsgərləri Zəngəzura yerləşir - Nə baş verir? + VİDEO
Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi - “Bu, növbəti müharibəyə hazırlıqdır...“
Ankara uyğurlara diqqəti artırıb – Çin türk kəndlərinin adlarını dəyişdirir
“Üçüncü dünya müharibəsi riski artıb“ – “Qara dəniz üzərində ABŞ və Rusiya toqquşa bilər...”
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini necə pozur? - ARAŞDIRMA
Tarix 20.08.24, 14:06 |
|
Sentyabrın 1-i yaxınlaşdıqca seçki kampaniyasında rəqabət daha da gərginləşir. Namizədlər arasında gedən bu gərgin mübarizə bəzi hallarda qanun pozuntularına belə gətirib çıxarır. Belə qanun pozuntularından biri də Cavanşir Feyziyevin adı ilə bağlıdır.
Feyziyevin “haqlı rəqabət” taktikası
Redaksiyamıza daxil olan məlumata görə, Şəki sakinlərinin sosial şəbəkə hesabları üzərindən Cavanşir Feyziyevə ünvanladıqları iradları, xahişləri və təklifləri məqsədli şəkildə silinir. Cavanşir Feyziyevin rəsmi “Facebook” səhifəsində ancaq pozitiv ruhda olan rəylər saxlanılır.
Redaksiyamıza daxil olan digər məlumata görə isə təşviqat kampaniyasında 115 saylı seçki dairəsində digər namizədlər diskriminasiyaya məruz qalır. Belə ki, Cavanşir Feyziyev öz baner və təşviqat materiallarını istədiyi ərazidə yerləşdirir. Digər namizədlərinsə təşviqat materiallarının yerləşdirilməsinə süni şəkildə əngəllər yaradılır. Üstəlik, digər namizədlərin təşviqat materialları Cavanşir Feyziyevin adamları tərəfindən gecə saatlarında sökülüb, atılır.
Səslənən qanun pozuntusu ilə bağlı Cavanşir Feyziyevin münasibətini öyrənməyə çalışsaq da, cəhdlərimiz alınmayıb. O, telefon zənglərinə cavab verməyib. Cavanşir Feyziyevin köməkçisinə ünvanladığımız sorğu da cavabsız qalıb.
Cavanşir Feyziyevin keçmişinə baxış
Xatırladaq ki, Cavanşir Feyziyev IV, V və VI çağırış Milli Məclisin deputatı olsa da, yaddaşlarda ancaq oliqarx, biznes imperiyasının sahibi kimi qalıb. Gündəmə də qanunvericilik təşəbbüsləri, seçicilərin təklifləri ilə yox, daha çox biznes qalmaqalları ilə gəlib.
Rəsmi məlumatlara görə, Cavanşir Feyziyev 1995-ci ildən ABŞ-ın «Philip Morris» şirkətinin Qafqaz nümayəndəliyində şöbə müdiri, 1998-ci ildən «Planet Ko Ltd» şirkətinin direktoru vəzifələrində çalışıb.
2003-2010-cu illərdə «Avromed» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olub. Qanunvericiliyə əsasən, Milli Məclisin deputatlarının biznes fəaliyyəti ilə məşğul olması qadağan edilsə də, Cavanşir Feyziyevin biznesləri ilə bağlı mətbuatda çoxsaylı məqalələr dərc olunub.
Xüsusilə də, ötən 15 ildə Cavanşir Feyziyevin adı dərman və siqaret inhisarçılığında hallanıb.
Feyziyevlərin müsadirə olunan milyonları
Cavanşir Feyziyevin tərcümeyi-halında qeyd edilib ki, o, 2003-2010-cu illərdə “Avromed”in baş direktoru vəzifəsində işləyib.
İngiltərədə Cavanşir Feyziyevin ailəsinə məxsus 5.6 milyon funt-sterlinqin müsadirə olunması ilə bağlı yayımlanan materiallarda isə qeyd olunub ki, deputat 2013-cü ildə İngiltərəyə səfər etmək üçün viza müraciəti zamanı özünü “Avromed Company” QSC-nin baş direktoru kimi təqdim edib.
2024-cü ilin Böyük Britaniya məhkəməsi Azərbaycan Milli Məclisinin deputatı, iş adamı Cavanşir Feyziyevə məxsus Londonda 22 mülkə həbs qoyub. Feyziyev və həyat yoldaşı “qanunsuz əldə etdikləri gəlirdən” əmlak əldə etməkdə şübhəli biliniblər.
C.Feyziyevin dondurulmuş əmlaklarının siyahısında Londonun Chelsea Barracks kompleksində 2020-ci ildə 26 milyon funt sterlinqə (33,4 milyon dollar) alınmış iki iqamətgah, Regents Parkına baxan London mənzili, həmçinin C.Feyziyevin 2008-2018-ci illərdə ümumilikdə 10 milyon funt sterlinqə (13,7 milyon dollar) aldığı bildirilən 19 mənzil var.
Müğənninin adına alınan ev, ölümlə nəticələnən qəza...
Məlumat üçün bildirək ki, illər əvvəl Feyziyev “Quska” ləqəbli keçmiş deputat, həbsdə olan Hüseyn Abdullayevdən 10 milyonluq obyekt alması, müğənni Gülyazın adına rəsmiləşdirməsi ilə gündəmə gəlmişdi.
Cavanşir Feyziyevin daha əvvəl ölümlə nəticələnən qəzada adı keçmişdi. Belə ki, 2019-cu il fevralın 15-də 1975-ci il təvəllüdlü Hüseynova Sevinc Cabir qızı Cavanşir Feyziyevə məxsus olan “Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurularaq, həyatını itirmişdi. Həmin dövrdə avtomobili Cavanşir Feyziyevin idarə etdiyi ilə bağlı məlumatlar yayılsa da, o bu iddiaları təkzib etmişdi.
Feyziyevlərin digər biznesləri
Cavanşir Feyziyev 2002-ci ildən “Tour İnvest” şirkətinin təsisçisidir. Bu şirkətin Şəkidə yerləşən dördulduz “Şəki Saray Hotel”in direktoru Rüstəm Bəşir oğlu Cavanşirdir.
Məlumata görə, o, Cavanşir Feyziyevin əmisioğludur. Rüstəm Bakıdakı “Novo Trade” Qapalı Səhmdar Cəmiyyətinin, Şəkidəki “Asel Aqro Park” şirkətinin də direktorudur. Bu aqropark 2020-ci ildə yaradılıb. Şəki şəhərində, Olimpiya Kompleksinin arxasında ucsuz-bucaqsz qoz bağları salıb.
Yerli mətbuatın yazdığına görə, Cavanşir Feyziyevin digər əmisi oğlu Elman Cavanşir Sumqayıtda 2018-ci ildə istifadəyə verilən, sərmayəsi 78 milyon manat olan “Tabaterra” şirkətinin siqaret zavodunun direktorudur.
Elman Cavanşir 2021-ci ildə “Azərtütün” Açıq Səhmdar Cəmiyyəti özəlləşdirməyə çıxarıldığı zaman “Tabaterra Leaf” Qapalı Səhmdar Cəmiyyəti təsis edir. Nizamnamə kapitalı 5 min manat, qanuni təmsilçisi isə Elman Bəşir oğlu Cavanşir, Sumqayıt şəhəri, Sülh küçəsi, 18 ünvanında – “Xovlu İpək Fabriki”nin ərazisində qeydiyyatdan keçən şirkət Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən “Azərtütün” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 85 faizini alıb.
Xatırladaq ki, Elman Cavanşirin də adı Böyük Britaniyada çirkli pulların yuyulması qalmaqalında hallandırılmışdı. “The Evening Standard” qəzeti yazmışdı ki, Feyziyev ailəsinin Böyük Britaniyanın Milli Kriminal Agentliyinin tələbi ilə bank hesabları dondurulan üzvlərindən biri də Elman Cavanşirdir. Onun bank hesabında 1 milyon funt sterlinqdən çox vəsait aşkar edilmişdi.
Milyonları müsadirə edilən deputatın aqressiv reaksiyası
Qeyd edək ki, bir neçə il əvvəl Milli Məclisin deputatının ailəsinə məxsus pulların müsadirə edilməsi barədə London məhkəməsinin qərarı Azərbaycanda kəskin tənqidlərlə qarşılandı. Yerli mediada deputatın tənqidinə yönəlmiş çoxsaylı reportajlar yayıldı, sosial şəbəkələrdə geniş müzakirələr açıldı.
Bundan sonra Cavanşir Feyziyev “Facebook” səhifəsində Azərbaycanın bir sıra jurnalistlərini kəskin şəkildə tənqid etmişdi. Daha sonra isə Feyziyev etiraz əlaməti olaraq 2013-cü ildən üzvü olduğu Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti üzvlüyündən istefa vermişdi.
Bir sözlə, Cavanşir Feyziyev haqqında faktlar yaxşı heç nə demir. Bəs, şəkili seçicilər Cavanşir Feyziyev barədə nə düşünür?
Bunu sentyabrın 1-də biləcəyik.
Xəbərin oxunma sayı : 1279
Gündəm
Xəbərlər
-
Təklif olunan məbləğə bir daha baxılacaq - COP29-un baş danışıqçısı
-
Balıq bazarında yerli məhsulların qiyməti ucuzlaşdı - VİDEO
-
“Qərb Ukrayna münaqişəsində açıq şəkildə tərəf tutdu” – Fidan
-
“Nüvə silahı hazırlamağımız zəruridir“ - İranlı parlamentari
-
15 dəqiqəyə Bakıya çatdıran yol: “İşıqfor yox, tıxac yox“ - VİDEO
-
Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi: “Mənimlə evlənəcəksən“
-
Bakıda bir kəsişmədə hərəkətin təşkilində dəyişikliklər edildi - FOTO
-
Taksi qonağı hava limanından 139 manata gətirdi - DİN işə qarışdı
-
Ağsu RİH “tender kralı“na 707 manat ödəyəcək - Yenə yol təmir edirlər
-
Naxçıvanda Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişıq”a ötürüləcək – Fərman
-
Bakıda 3 milyonluq “köhnə tikili” – FOTOLAR
-
Zaur Mikayılovun yeni təyin olunan birinci müavini kimdir? - DOSYE
-
Azərbaycan ət idxalını artırıb - 40 %-ə yaxın
-
“Rusiya “Oreşnik”-dən yenə istifadə edəcək” – ISW
-
Dollar neçəyə olacaq? - 2 günlük rəsmi məzənnə açıqlandı
-
Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı - Sərəncam
-
COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - VİDEO
-
Bir qrup şəxs təltif edildi - Sərəncam
-
“Trilyonlarla ödə, milyardlarla yox!” - Video - Fotolar
-
Qəza törətdi, “100-150 qram içmişəm“ dedi - Həbs olundu
-
Zaur Mikayılova yeni müavinlər təyin olundu - FOTO
-
Temperatur düşəcək, leysan yağacaq - Daşqın və sel gözlənilir
-
Zakir Həsənov generalları topladı, yeni göstərişlər verildi - MN-də müşavirə
-
70 kiloqram qızılla saxlanılan hərbi attaşenin - Kimliyi bilindi
-
“ABŞ sürətlə müflisləşir“ - İlon Mask
-
“Bu, açıq şəkildə beynəlxalq cinayətdir” - Zelenski
-
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox“ - Zaur Axundov
-
“Dadonu “qara siyahı“ya atmışam“ - Natavan
-
Laçında 4,5 bal gücündə zəlzələ: Dağıntı və ya xəsarət alan var?
-
COP29 zolaqlarındakı yol nişanları sökülür - Rəsmi
-
İsrail Beyrutun mərkəzini vurub - Ölənlər və yaralananlar var
-
MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur – Siyahı
-
Almaniya ilə münasibətlərdə yeni gərginlik - XİN rəhbəri Bakıda nə deyib?
-
Sosial şəbəkədə yeni dələduzluq - Dostunun nömrəsi ilə yazıb pulunu mənimsədilər (VİDEO)
-
Yanvarda əmək pensiyaları 8 faiz artacaq – Deputat yeni indeksasiya sisteminə keçməyi təklif edir
-
Taksi sürücüləri sərnişinləri harada düşürüb – mindirə bilər? - VİDEO
-
Livanda xəstəxanaların çöküşü: ÜST-dən xəbərdarlıq
-
Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - SİYAHI
-
Maşın beton hasara çırpıldı, yanıb kül oldu - Fotolar
-
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
-
Bakı və Ankaradan İrəvana ultimatum - Zəngəzurla bağlı...
-
ABŞ-nin Koreya yarımadasındakı fəaliyyəti müharibəyə səbəb ola bilər - KXDR MN
-
“AG Telekom” MMC-nin külli miqdarda vergi borcu var - MƏBLƏĞ
-
Müştərinin kərə yağı adı ilə aldığı məhsul “maşın yağı“ çıxdı - AQTA-dan açıqlama
-
Britaniyanın ən böyük bankı Rusiya və Belarusdan ödənişləri dayandırdı – “Müştərilər alternativ variantlar tapsınlar...”
-
Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
-
Diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla saxlanıldı -
-
“Bu il yardım təşkilatları üçün ən ölümcül il olub” – BMT
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
PSJ-nin apellyasiyası rədd edildi - “Mbappe işi“
-
Hövsan qəsəbəsində günlərdir su kəsilib - Səbəb nədir?
-
“20 Yanvar“dakı keçid açılacaq? - Deputat danışdı
-
Ehtiram Quliyevi Firəngiz Balakişiyeva əvəz edib - “Huner Group” MMC-də dəyişiklik
-
OPEK Baş katibi Novakla danışdı: Nəyi müzakirə etdilər?
-
Virusların “qorxulu yuxusu“ - Antioksidant tərkibli 5 meyvə
-
Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ
-
Sabiq direktora yeni vəzifə verildi - Nazir əmr imzalayıb
-
COP29 davam edəcək - Yalçın Rəfiyev səbəbi AÇIQLADI
-
“Etirazlar olsa, interneti tamamilə söndürəcəyik” - Lukaşenko
-
Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
-
Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi necə olub? – İdxal ixracı 3 dəfə qabaqlayır...
-
Keçmiş direktor Bakı şəhər Mədəniyyət Baş İdarəsini nədə ittiham edir? - Məhkəmə
-
İsrailli nazir Bakıda Aqarunovun məzarını ziyarət etdi - Fotolar
-
“Artıq olanımızı da itirməyə başlamışıq“ - AFFA-nın sabiq vitse-prezidenti
-
“Putin “sülh trayektoriya”sına çıxmaq üçün təmaslara açıqdır“ - Kreml
-
Leyla Əliyeva ağacəkmə aksiyasında - FOTOLAR
-
Qalmaqallı xəstəxana direktoru hakim qarşısında - Rauf Yəhyayeva cinayət işi açılıb
-
Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
-
“Əmək miqrantlarına ehtiyacımız var” - Peskov
-
77 saxta domen bloklandı - RƏSMİ
-
UEFA Millətlər Liqası:Pley-off mərhələsinin püşkü atıldı
-
Ceyhun Bayramovla Berbok bir araya gəldi - Danışıqlar aparılıb
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
-
Gəlin qaynatasını döşəmə silən taxta ilə döydü - Cərimə edildi
-
Prezident Fərid Əhmədova rütbə verdi - Sərəncam
-
Bu kənd təssürafitı məhsullarının istehsalı azalıb - Statistik məlumatlar açıqlandı + CƏDVƏL
-
Millətlər Liqası:Türkiyənin pley-offdakı rəqibi bilindi
-
“Embawood”un şöbə rəisi arvadını öldürmüşdü - 1 il həbs verildi
-
Su çəkdirmək istəyənlərin nəzərinə: Yeni QAYDA
-
Gələn ilin buraxılış imtahanlarında yenilik olacaq - Detallar
-
Masazırda parkda obyekt tikirlər? - İDDİA
-
Azərbaycanda gəmilər satışa çıxarıldı - SİYAHI
-
“Beynəlxalq Cinayət Məhkəməsi Rusiya üçün əhəmiyyətsiz qurumdur“ - Peskov
-
“Səhliyalı”nın saxta və keyfiyyətsiz kolbasa satdığı məlum oldu - Məhkəmə
-
50 milyonluq qızıl qalmaqalı: Azərbaycanlı iş adamı axtarılır
-
Ukrayna dairəsində yeni yanaşma tətbiq ediləcək - VİDEO
-
THY-dən yeni fürsət: sərnişinlər pulsuz şəhər turuna çıxacaqlar
-
Yeni avtomobil alarkən bunlara DİQQƏT EDİN – Əks təqdirdə...
-
Əli Əsədov yeni qərar imzalayıb - Ölkəyə gələn əcnəbilərlə bağlı
-
“Lotu Quli”yə “pul atan” “Rafiq Masallinski”nin qulağı kəsildi – TƏFƏRRÜAT
-
Azərbaycan nefti ən ucuz və ən baha qiymətə hansı ölkələrə satır? - Tam siyahı
-
Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib - Müzakirə
-
“Nar”dan “Sərfəli cümə” təklifi – 50 % endirimlə smartfon əldə et!
-
“Ən təmiz keçmişi olan müğənniyəm“ - Vəfa Şərifova + VİDEO
-
Hektara 3000 manat əkin subsidiyası və... - Monopoliya, yoxsa səriştəsizlik?
-
Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində - FOTOLAR
-
Azərbaycanda məşhur parfümeriya şirkəti cərimələndi - QƏRAR
-
Elmi adlar ləğv edilə bilər - Nazirdən ŞOK SÖZLƏR!
-
Məndən “Qələbə marşı” gözləməyin! - Cavanşir Quliyev
-
Təbriz sakini azərbaycanlı olduğuna görə Ermənistanda döyüldü - VİDEO
-
Artıq onlayn nikah bağlaya biləcəksiniz! - VİDOE
-
“Paşa Bank“a yazılan protokola baxılacaq tarix açıqlandı - 30 min manatadək...
-
Tikinti işləri aparanların nəzərinə - 5 min manata cərimələnə bilərsiz
-
ABŞ Kiyevə hərbi yardımı davam etdirmək niyyətindədir - Ağ Ev
-
Nazirin sensasion eyhamı - cərimələr yığılıb hara gedir?
-
Putin dünyada sülhün bərpa olunmasını istəyənlərin üzünə tüpürür - Zelenski
-
“Netanyahu ilə Qallantın həbsi məcburidir” - Borrell
-
Gəncədə ər-arvad bıçaqlandı - Biri öldü
-
“Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
-
Xatun kamera qarşısında - Fotosessiya
-
Ronalduya Türkiyədən kritik zəng - “Xoşbəxt deyilsənsə, bura gəl“
-
Mett Qeyts ABŞ Baş prokuroru vəzifəsindən imtina etdi - adı cinsi qalmaqallarda hallanır
-
“Ukraynadakı münaqişə qlobal xarakter alıb“ - Putin
-
Xəzərdə suyun azalması balıq ehtiyatına ciddi təsir edir - VİDEO
-
Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi - Zorakılıqda ittiham olunur
-
“Bakıda COP29 mükəmməl təşkil olunub” - Zaxarova
-
“İşsizlikdən Sığorta Fondu investisiya fəaliyyəti barədə məlumat vermir“ - Hesablama Palatası
-
“ELVİ.M.M Services Group“ inzibati məsuliyyətə cəlb edildi - Mərkəzi Bank tərəfindən
-
Bu ədviyyatlar həm arıqladır, həm də... - SİYAHI
TOP 10
ARXİV