Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

Makronun adamları Bakıda istintaqa cəlb olunub - ŞOK FAKTLAR

Tarix 30.09.24, 9:17

Font ölçüsü : - / +
bitmap-img6


İlkin mənbə olaraq "flaremagazine.co.uk” Britaniya araşdırmaçı mətbu orqanında "E.Makronun adamları Azərbaycanda istintaq altındadır?” başlıqlı yazı yayımlanıb. Məqalədə Makronun sarayında cərəyan edən beynəlxalq korrupsiya prosesləri və aidiyyəti şəxslərin ifşa olunaraq Azərbaycanda məsuliyyətə cəlb edildiyi kimi yeni sensasion fakt açıqlanıb.

APA məqalənin mətnini Azərbaycan dilində olduğu kimi təqdim edir:

"26.09.24

Milyarderlərə beynəlxalq sanksiyaların tətbiqinin bəzi hallarda onlara maddi məqsədlərlə təzyiq edilməsi ilə bağlı olduğu, sonradan onlarla yüksək siyasi dairələr arasında gizli sövdələşmələr edildiyi ilə bağlı iddialar zamanla səsləndirilibdir.

Bu mövzuda son vaxtlar qabarmaqda olan bir iş xüsusilə diqqət çəkir.

2018-ci ildə Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədov dünyanın ən bahalılarından olan "Luna” adlı məşhur yaxtasının Dubay şəhərində həbsdən azad edilməsi və gələcəkdə də özünün və əmlaklarının sanksiyalardan qorunması ilə bağlı Fransa Prezidenti E.Makronun mühafizə xidmətinin rəisi Aleksandre Benalla ilə danışıqlar aparıb və A.Benalla 6.140.000 ABŞ dolları məbləğində ilkin rüşvət müqabilində bu məsələni aidiyyəti səviyyələrdə həll edəcəyini öz öhdəsinə götürüb.

Qarşılıqlı razılığa uyğun olaraq, F.Əhmədov həmin pulun yarısını A.Benallanın "BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR”-ın Fransa filialında açılmış bank hesabına və A.Benallanın adamı, onun kimi Mərakeş əsilli Fransa vətəndaşı olan Anass Derrazın "AL HİLAL BANK”-da açılmış bank hesabına köçürüb.

F.Əhmədovun təsərrüfatının bir hissəsi Azərbaycanda olduğundan göstərilən tranzaksiya əməliyyatları Azərbaycanın daxili təhlükəsizlik orqanlarının diqqətini cəlb edib və onlar araşdırmalardan sonra bu faktla bağlı cinayət işi başlayıblar.

Həmçinin, məlum olur ki, daha əvvəl Fransanın özündə A.Benallanın barəsində olan məşhur cinayət işi üzrə bu hissə ört-basdır edilib.

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq orqanı A.Benallanın törətdiyi cinayətdə iştirakı olan, "xüsusi xidmətləri”nə görə sonradan Fransanın ən nəhəng su və kanalizasiya sistemləri çəkilişlərini həyata keçirən beynəlxalq şirkəti - "Saur” şirkətinin vitse-prezidenti vəzifəsinə yüksəlmiş A.Derrazı Bakıda cinayət məsuliyyətinə cəlb edərək, barəsində ev dustaqlığı növündə qətimkan tədbiri seçib.

A.Derraz bununla bağlı Fransanın Azərbaycandakı səfirliyinə müraciət etsə də, səfirlik müraciətlərinin ardı-arası kəsilməyən A.Derrazı müdafiə etməkdə acizlik nümayiş etdirir.

A.Derrazın müdafiəçilərinə məlum olur ki, Fransanın aidiyyəti qurumlarına cinayət işinin detalları ilə bağlı Azərbaycan tərəfinin rəsmi hüquqi sorğusu daxil olsa da, sorğuya cavab verməli olan həmin qurumlar məsələnin mahiyyətinə görə çətin vəziyyət qarşısında qalıblar.

Onlar daha çox beynəlxalq sanksiyada olan şəxslərdən rüşvət alınması mövzusunun ictimailəşməsinin doğuracağı nəticələrdən ehtiyatlanır.

Yaxında uzunmüddətli beynəlxalq qalmaqala çevriləcəyi görünən mövzunu xüsusi diqqətlə izləyirik.”

Qeyd edək ki, bütün fotoşəkillərdə Makronun bilavasitə yanında olan məşhur Aleksandre Benalla Makronun şəxsi mühafizəsinə rəhbərlik edib, Fransa Prezidenti Administrasiyası rəhbərinin müavini olub.


Benalla Makrona qarşı etiraz aksiyalarında özbaşına olaraq polis formasında jurnalistlərə zorakılıqdan tutmuş, işdən azad edildikdən sonra belə Fransa diplomatik pasportu ilə təmin edilməsinədək çoxsaylı cinayət əməlləri ilə rəsmən cinayət məsuliyyətinə məruz qalsa da, Fransada "görünməz əl” onu məsuliyyətdən qoruyub (hətta beynəlxalq silah alqı-satqılarında şəxsən iştirak edib).

Avropa qurumlarının əli ilə sanksiya tətbiq edilmiş milyarderlərdən Parisə rüşvət tranzaksiyaları sənədlərinin ictimailəşdirilməsi Fransa tarixi üçün uzunmüddətli beynəlxalq korrupsiya ləkəsi olacaqdır.






Xəbərin oxunma sayı : 1624




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap