|
Şirkət rəhbəri 20 məmurla əlbir olub pulları mənimsədi - Korrupsiyaya bulaşmış rəsmilər kimlərdir? + ADLAR
Deputatın istirahət mərkəzi əl dəyişir... - Təhvil-təslim işlərinə hazırlıq gedir
Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir? - ARAŞDIRMA
Qlobal qarşıdurma kəskinləşir - Azərbaycan nə etməlidir?
ABŞ ordusunun əsgərləri Zəngəzura yerləşir - Nə baş verir? + VİDEO
Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi - “Bu, növbəti müharibəyə hazırlıqdır...“
Ankara uyğurlara diqqəti artırıb – Çin türk kəndlərinin adlarını dəyişdirir
“Üçüncü dünya müharibəsi riski artıb“ – “Qara dəniz üzərində ABŞ və Rusiya toqquşa bilər...”
Milli Məclis buraxıldı, növbədənkənar seçkilər təyin olundu- SƏRƏNCAM
Müdafiə Nazirliyindən yeni müharibə xəbərdarlığı - “Məsuliyyəti Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq“
Çin NATO pilotlarını “oğurlayır” – Pekin Tayvana qarşı müharibəyə hazırlaşır
“Bu halda sülh sazişinin bağlanması mümkün deyil“ - Prezident nöqtəni qoydu
Mərkəzi Bank 5 ayda 3 milyard dollar satıb – Devalvasiya ola bilərmi?
“Azestetik”in azərbaycanlıları öldürən cihazları: çip də yerləşdiriblər - ŞOK FAKTLAR
Azərbaycanlı qıza görə dinini dəyişdi: Virtual dünyadan başlayan eşq (FOTOLAR)
Tarix 29.06.24, 15:54 |
|
Belə bir deyim var ki, insanların qisməti hələ onlar doğulmamışdan yazılır. Nə etsələr də, qisməti dəyişmək mümkün olmur. Elə bizim qonaqlarımız kimi. Hansı ki, özləri cavan olsa da, sevgiləri uzun mübarizələrdən keçib. Kənardan müxtəlif müdaxilələr olsa da, onlar bir-birilərini heç bir zaman buraxmayıblar. Bütün çətinliklərə bərabər sinə gərdikləri üçün də hazırda xoşbəxt ailələri var. "Ailə” rubrikamızın qonaqları azərbaycanlı Günay Rəhimova və rumıniyalı Vlad Mitocdur. Biz də sevgilərini onların dilindən sizə çatdırmağa çalışdıq.
Təsadüf nəticəsində birləşdilər
Cütlüyü tanış edən onların dil öyrənmək istəyi olub. Vlad və Günay 2020-ci ildən tanış olsalar da, yeni ailə qurublar.
Günay: "Tanışlığımız sosial şəbəkə üzərindən olub. Mən 2020-ci ildə - koronovirus dövründə Azərbaycan Dillər Universitetində Norveçşünaslıq ixtisasında təhsil alırdım. Dil öyrənməli idim, çünki Norveçə getməyi planlaşdırırdım. İngilis dilini öyrənmək istəyirdim. Bir-birimizi dil öyrənərək tanımağa başlamışıq. Tanışlığımızın birinci ilində cəmi bir ay danışmışdıq. Sonra əlaqələrimiz kəsildi. Bir il sonra çox qəribə şəkildə tanımadığım rumıniyalı vasitəsilə yenidən Vladı tapdım”.
Vlad isə deyir ki, Günay onu yenidən axtarıb tapdıqda bunun bir işarə olduğunu anlayıb: "Bir il sonra yenidən yazması məni çox təəccübləndirmişdi. Düşündüm, görəsən hansı xüsusiyyətim onun xoşuna gəlib ki, bir il sonra məni yenidən tapıb. Halbuki unuda da bilərdi”.
Günaya görə hətta dinini də dəyişib
İlk başda fərqli millətlərdən olduqları üçün onlarda alınmayacağını düşünüblər, amma... Hətta ilk sevgi etirafını da Günay edib: "Yenidən danışmağa başladıq. Lakin münasibətimiz bu dəfə də yarımçıq qaldı. Dinlərimiz fərqli olduğu üçün düşüncələrimizin uyğun gəlmədiyini düşünmüşdüm. Fikirləşdim ki, bizdə alınmaz. Yarım il sonra yenidən danışmağa başladıqda ilk sevgi etirafını mən etdim. Dost olduğumuzda mənə dinini əsla dəyişməyəcəyini bildirmişdi. Amma sevgili olduqdan sonra özü müsəlmanlığı qəbul etdi, şəhadət gətirdi. Hətta bizim dini nikahımız da oldu”.
Günayın sevgisini etiraf etməyi Vladı da çox təəccübləndirib. Həm də hisslərində əmin olmasına kömək olub: "Günayın mənə qarşı hissləri olduğunu əvvəldən duymuşdum. Uzun müddət davam edən dostluğumuz, bir-birimizi mükəmməl şəkildə anlamağımız onu seçməyimə səbəb oldu. Artıq hiss etdim ki, axtardığımı tapmışam”.
"İlk görüşdə özümü bir az qəribə hiss edirdim”
Dostluqdan sevgili dönəminə keçid Vladın Azərbaycana gəlişi ilə nəticələnib. Günay həmin anları belə xatırlayır: "Bir il internet üzərindən danışırdıq. Sonra Vlad Azərbaycana gəldi. İlk görüşdə özümü bir az qəribə hiss edirdim, canlı görüşə uyğunlaşmağa çalışırdım. Həmişə mənə sual verirdi ki, "bir-birimizi realda bəyənməsək, necə olacaq?” Vladın məni görəndə ilk cümləsi "realda qat-qat gözəlsən” olmuşdu. Görüşəndən sonra sevgi bağlarımız daha da gücləndi”.
Vlad isə bildirir ki, Rumıniyadan Azərbaycana gəlmək üçün iki gün yol qət etməli olub: "Azərbaycana ilk dəfə 2022-ci il dekabrın 24-ü gəlmişdim. Günayı görmək üçün iki gün yol qət etmişdim. Sevdiyim xanımı görəndə yol yorğunluğunu, çətinliyi, həyəcanı unutdum”.
"Görüşə bilmirdik, darıxırdıq”
Bir tərəfdən sevdiyindən uzaqda olmaq, digər tərəfdən kənardan insanların müdaxiləsi gənclərin yükünü daha da ağırlaşdırıb. Günay üzləşdikləri çətinliklərdən danışır: "Çalışırdım ətrafdakıların fikirlərini nəzərə almayım. Amma istər-istəməz təsir edirdi. İnsanlar xarici vətəndaş olduğu üçün güvənmirdilər. Uzaq məsafədən münasibət bizim üçün çətin gəlirdi. Görüşə bilmirdik, darıxırdıq. İlk dəfə gəldikdən sonra yenidən qayıtdı. Vlad yol boyu ağlamışdı...”
Vladın sözlərinə görə, əgər sevgi varsa, həyatda heç nə çətin deyil: "Günaydan ötrü çox darıxırdım, amma müsbət düşünməyə çalışırdım ki, əvvəl-axır görüşəcəyik. Şükürlər olsun ki, hazırda bir yerdəyik. Uzaq məsafədən münasibət çətindir, amma mümkünsüz deyil. Əgər həqiqətən istəyirsinizsə, onu mümkün hala gətirə bilərsiniz”.
Ağ şəhərdə evlilik təklifi
Azərbaycana sevdiyini görmək üçün gələn rumıniyalı kürəkən sən demə, əliboş gəlməyib. Günay deyir, Vlad yeni ilə tək daxil olmaq istəməyib: "İlk görüşümüzün üzərindən bir həftə keçdi. Yeni il günü fişənglər partladıqdan sonra Ağ şəhərdə hər kəsin içərisində diz çökərək evlənmə təklifi etdi. Mənim üçün çox böyük sürpriz oldu, çünki heç gözləmirdim. İstədim ki, o, geri qayıtmadan öncə münasibətimizi rəsmiləşdirək və nişanımız oldu”.
Vlad özü də etiraf edir ki, ölkəmizə gəliş məqsədi sevdiyi xanımı həyat yoldaşı etmək idi: "Münasibətimizin əvvəldən ciddi olacağını düşündüyümüzə görə evlilik təklifi edəcəyimi bilirdim. Azərbaycana gəldikdə də artıq Günayla ailə qurmaq istəyirdim”.
"Vlad anama Azərbaycan dilində "ana” deyir”
Günayın sözlərinə görə, münasibətlərindəki maneələrdən biri onun anası olub, lakin sonradan Vladı oğlu kimi çox sevib: "Atam münasibətimizi normal qarşılamışdı. Mənə demişdi ki, əsas sənin sevməyindir. Xeyir-dua da vermişdi. Anamın reaksiyası isə daha sərt olmuşdu. Xarici vətəndaşa güvənmədiyi üçün münasibətimizə qarşı çıxmışdı. Vlad Azərbaycana gələnə qədər anama münasibətimizin ciddiliyini izah etməyə çalışırdım. Nəhayət, o da şans verdi. Dedi ki, gəlsin görüm necə biridir. Amma Vladın ilk gəlişi zamanı onu tanıyanda hətta məndən də çox istədi. Anam və Vlad bir-birilərinə çox bağlıdırlar. Vlad anama Azərbaycan dilində "ana” deyir”.
Vladın ailəsi isə ilk gündən Günayı çox bəyənib: "İlk dəfə anasından utanırdım. Amma onun çox xoş xarakteri olduğunu gördükdən sonra özümü daha rahat hiss etməyə başladım. Amma mənim valideynlərim heç bir problem yaratmadı. Onlara bəhs etdikdən sonra görüntülü zənglə danışdıq. Günayı çox bəyənmişdilər və münasibətimizi dəstəkləmişdilər”.
"Düşünməzdim ki, nə vaxtsa toy edərəm”
Günay deyir ki, həm Vlad, həm də ailəsi toy adətlərimizi çox bəyənir: "2023-cü ilin sentyabrın 29-dan martın 29-a kimi ölkəmizdə qaldı. Bu müddət ərzində nikahımız oldu. Sentyabrda Vladla bərabər ailəsi də gəlmişdi. Oktyabr ayında toyumuz oldu. Yavaş-yavaş ailəsiylə qaynayıb qarışmağa başladıq. Qayınanam və qayınatam da toyumuzu çox bəyənmişdi. Deyirdilər, hər şey çox sadədir. Rumıniyada gəlin və bəy çılğınlıq edir, amma bizdə hər şey daha çərçivəli idi. Qonaqlar Vladı Azərbaycan mahnılarına oynadırdılar. O da birtəhər oynamağa çalışırdı. Mən onu utancaq biri kimi tanıyırdım. Amma toyda gəlib deyirdi ki, çox əylənir. Mahnılarımız sümüyünə düşürdü...”
Vlad isə Azərbaycan toylarının daha sakit və maraqlı keçdiyini təsdiqləyir: "Toy adətlərimiz bir qədər oxşardır. Amma mən Azərbaycan toylarını daha çox bəyənirəm. Rumıniyadakı toylarda özümü bir az yorğun hiss edirdim. Amma sizdə elə deyil. Toylarınız daha sakitdir. Düşünməzdim ki, nə vaxtsa toy edərəm. Amma Azərbaycanda toy etmək çox xoş oldu”.
"Bakının görünüşünü çox bəyənirəm”
Rumıniyalı kürəkən Azərbaycana ilk dəfə gəlsə də, ölkəmizi çox bəyənib: "Ölkəniz haqqında heç bir təsəvvürümüz yox idi. Hələ ki Bakıdan başqa heç yerə getməmişik. Amma Bakının görünüşünü, tikililəri, küçələri, insanlarını çox bəyənirəm. İnsanlarınız xoşrəftar, qonaqpərvərdir. Məni Azərbaycanda qonaq çağırırdılar. Sizdə hər şey çox səliqəlidir. Binalarınızın quruluşu, düzülüşü sırayladır. Bulvarı, Dağüstü parkı çox bəyənirəm. Dağüstü parkın pilləkənlərini çıxmaqdan yorulmuram. "Alov qüllələri” də çox xoşuma gəlir. Biz yoldaşımla Qız qalasına çıxmışdıq. Qız qalasının tarixi ilə maraqlanırdım”.
Vlad hətta musiqilərimiz və dilimizlə də maraqlanırmış. Günayın sözlərinə görə, o, dilimizdə müxtəlif ifadələrdən də istifadə edir: "Musiqilərimizdən dinləyir. Daha çox keçmiş musiqilərə üstünlük verir. Dilimizi də Azərbaycanda qaldığı dövrdə az-çox öyrəndi. Gündəlik istifadə olunan sözlərlə danışa bilir. Hər dəfə anamı gördükdə "Sabahınız xeyir”, "Axşamınız xeyir”, "Gecəniz xeyrə” deyir”.
"Onları bizdə olan kilsəyə aparmışdım”
Günay deyir ki, ölkəmizi bəyənən tək Vlad deyil: "Qayınanam və qayınatam Azərbaycanı, şəhərimizi, yeməklərimizi, adətlərimizi Vladdan da çox bəyənirlər. Azərbaycana gəlmək üçün planlar qururlar. Mən onları bizdə olan kilsəyə aparmışdım və xoşlarına gəlmişdi. Bayramlarımıza hörmət edirlər. Novruz Bayramında Rumıniyaya gəldikdə özümlə şəkərbura və paxlava gətirmişdim. Çox bəyənmişdilər”.
Günay bildirir ki, özünü yaxşı hiss etmədiyi zamanlarda, süfrəyə əyləşmədikdə Vladın anası ona ayrıca yemək gətirir. Atası meyvə doğrayır: "Məni qızları olaraq görürlər. Ailələrimiz bir-birinə çox düşkündürlər. Qayınanam və anam bir-birilərini çox sevirlər”.
Rumıniyalı ailənin dəyişən menyusu
Günayın sözlərinə görə, ölkəmizin yeməkləri də dillərə dastandır. Elə Vlad da mətbəximizə aşiq olanlardandır: "Plovumuzu, üzərinə qoyduğumuz kişmişli qaranı çox bəyənir. Paytaxt salatımızı çox sevir. Mimoza, nar salatımızı da bəyənir. Yeməyin yanında kompot içməyi sevir. Bir də ən çox bəyəndiyi lavaşımızdır. Vlad mürəbbə hazırlamağı çox sevir. O vaxt mənə hazırladığı mürəbbələri göstərirdi. Amma onlarda mürəbbə fərqlidir. Biz çay ilə içirik, onlar isə çörəyin üzərinə yaxıb yeyirlər. Anamdan mürəbbəmizi bişirməyin yolunu öyrəndim və Vlada izah etdim. Birlikdə bişirdik, qayınanamgil də çox bəyəndi. Artıq çayı mürəbbə ilə içirlər. İki həftə Azərbaycanda olduqda çaya öyrəşmişdilər. İndi burada da hər axşam çay içmək istəyirlər”.
Vlad isə deyir ki, yeməklərimizi o qədər bəyənir ki, hətta özü də hazırlayıb təqdim etmək istəyir: "Amma hələ vaxt tapıb hazırlaya bilməmişəm. Gələcəkdə plov bişirmək istəyərdim. Hətta düyü də almışıq ki, plov bişirək”.
Bərabərlikdən doğan hörmət və sevgi
Günay Vladın yemək bişirməklə bağlı məharətlərindən də bəhs etdi: "Biz Azərbaycanda qaldığımız dövrdən Vlad mənə ev işlərində kömək edir. İndi də eynidir. Ümumiyyətlə, evdə yeməkləri o bişirir. Hətta şirniyyatlar, salatları da hazırlayır. Yeməkləri də çox dadlıdır. Hətta qonaqlar belə onun yeməklərini çox sevir. Ən dadlısı isə şirniyyatlarıdır”.
Elə Günaya da onu sevdirən məhz bu xasiyyəti olub: "Vladın bəyəndiyim özəlliklərindən ən birincisi qadın azadlığına dəyər verməsidir. Mənim üçün qadının təhsil alması önəmlidir. İlk təsirləndiyim də elə məhz bu idi. Hiss etmişdim ki, ailə qursaq da, bu bərabərlik bizim aramızda olacaq. Bütün qərarlarımı dəstəkləyir, mən ondan ilham alıram, özgüvənim artır”.
Vlad isə Günayda bir neçə fərqli xüsusiyyətin eyni anda toplandığı üçün onu həyat yoldaşı olaraq seçib: "Sadə və eleqant olmağı bir arada bacardığı üçün ona aşiq oldum. Həm də əyləncəlidir. Bir insanda bu qədər xüsusiyyəti bir arada tapdığım üçün bildim ki, o, mənim yarımdır”. ("Kaspi" qəzeti)
Xəbərin oxunma sayı : 784
Maraqlı
Xəbərlər
-
“Paşinyanın bəyanatı sağlam düşüncəyə ziddir“ - Zaxarova
-
Dövlət Xidməti türk iş adamını cərimələdi - Məhkəməyə müraciət etdi
-
“NATO-nun qapısı Ukrayna üçün açıqdır“ - Yens Stoltenberq
-
Ağdam Sənaye Parkında bir sıra zavodların açılışı oldu - FOTOLAR
-
“Rusiya bu il milyon yarıma yaxın PUA istehsal edəcək“ - Putin
-
Azərbaycanda abortla bağlı dəhşətli statistika - Əksəriyyəti gəncdir
-
Şamaxıda ata evli qızını zirzəmiyə həbs etdi - TƏFƏRRÜAT
-
Dərmanların qiyməti niyə bahadır? - VİDEO
-
İlham Əliyev Eyvazxanbəyli kəndinin təməlini qoydu – Fotolar
-
Boris Consondan təklif: “Ukrayna NATO-ya qəbul edilsin“
-
Müəllimlərin maaşı bu sxemlə HESABLANIR
-
Ölkəyə gətirilən donuz ətinin miqdarı artıb – Qiyməti açıqlandı
-
“AzerGold”da daha bir dəyişiklik - Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Əli Kərimlinin məhkəməsində qərar olmadı – İttihamçının vəkili etiraz etdi
-
Suraxanı rayonunda saxta yuyucu vasitələr istehsal edən sex aşkarlanıb - VİDEO
-
Azərbaycan 1 milyard dollara avtomobillər aldı - RƏSMİ
-
Kredit ödəyəndə diqqət edin: “MilliÖn“ faiz tutur
-
“Sirab”ın su sifarişlərindən şikayətlər - Şirkət müştəriləri günlərlə susuz qoyur
-
Avropa Parlamenti Rusiya ərazisinə zərbələrə icazə verməyə çağırır - Qətnamə qəbul edildi
-
Gənc oğlan əri ölən qadının evinə getdi, bıçaqlansa da əl çəkmədi: “Yalvardım“...
-
Bakıdakı “lənətlənmiş bina“ - Burada nikaha girənlər xoşbəxtlik tapmır? (FOTO)
-
Agentlik “Turizm Könüllüləri” İB ilə 200 minlik müqaviləni necə imzalayıb? – Müəmma
-
Xəzərdə qaçaq siqaret daşıyan iranlı saxlanıldı – VİDEO
-
Mustafayev 2 milyon dövlət vəsaitini necə mənimsəyib? - Yeni faktlar
-
Təhsil İdarəsinin müdiri qəbul etmədi, səs-küy saldı - Cərimə edildi
-
Leysan yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Az Pro İnşaat” şirkəti cərimələndi - Məcburi auditdən yayındığı görə
-
Xankəndidə separatçılığı belə məhv etdik - Antiterror əməliyyatından öncə atılan addımlar
-
“İran da Yaxın Şərqdəki müharibəyə qoşula bilər“ - Hakan Fidan
-
Nəcməddin Sadıkova 20 milyon ötürən dəstənin məhkəməsi olacaq – ŞOK FAKTLAR
-
Kosmetoloqların fəaliyyətinə nəzarət varmı? - ARAŞDIRMA
-
Dövlət Suverenliyi Günü hələlik iş günü hesab edilən bayram günü olacaq - RƏSMİ
-
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib - DETALLAR
-
Prezident və oğlu Ağdamda - Bərpa işləri ilə tanış olublar
-
Nəsimi rayonunda piyada səkisini kimlər zəbt ediblər? - VİDEO
-
Özəl tibb müəssisələrinə - Xəbərdarlıq
-
“Yeni və təhlükəli dövr başlayır” - ABŞ mediası
-
Elza bu televiziya kanallarını məhkəməyə verdi - “Anar müəllimi narahat ediblər...“
-
“Bolt” şirkəti cərimələndi - Gömrük qaydalarını pozduğuna görə
-
Dövlət Suverenliyi Günü təsis edildi - SƏRƏNCAM
-
“Sülh planımız tam hazırdı“ - Zelenski
-
Leysan yağıb, külək əsib - FAKTİKİ HAVA
-
Bakıda tələbə “Audi” ilə qəza törətdi - Ölən var
-
İsveç hərbi xərclərini artırır – NATO-nun tələbi
-
Türkiyədə unikal sağlamlıq imkanları ilə özünüzü mükafatlandırın - FOTOLAR
-
Bəzi parklardan attraksionlar niyə yığışdırılıb? - VİDEO
-
“Hizbullah“ın peycerləri hansı ölkənin istehsalıdır? - VİDEO
-
Paytaxtın 19 yolunda tıxac var – Siyahı
-
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək? - VİDEO
-
Qarabağdakı antiterror əməliyyatından bir il ötür
-
Toyların ən bahalı müğənniləri: 20 min manat istəyən də var – SİYAHI
-
Klublarımızın yay bazarlığı: Kim gəlib, kim gedib?
-
“WhatsApp”da daha bir yenilik: bu da asanlaşdı
-
Azərbaycanda təmizlik vasitələrinin qiyməti bahalaşdı - VİDEO
-
Dünyada COVID-in yeni variantı yayılır: Onun xüsusiyyətləri nələrdir?
-
Sabiq deputatın şirkəti nağdsız ödənişlərdən imtina edir: 3 dəfə cərimələnib - MƏBLƏĞ
-
Bu maşınlar kəskin bahalaşdı - Satmaq üçün əla fürsətdir
-
Fransanın Baş naziri: “Büdcədə vəziyyət son dərəcə ağırdır“
-
Sabah Bakının iki rayonunda qaz olmayacaq - Xəbərdarlıq
-
AXCP-dən istefa: Əli Kərimlinin daha bir yaxın adamı partiyanı tərk etdi
-
“Neftçi“idman direktoru ilə yollarını ayırdı - Qarşılıqlı razılıq əsasında
-
“Badamdar Hotel“ məcburi auditdən yayınıb - Cərimə olunur
-
Saakaşvili İvanişvilini vətənə xəyanətdə ittiham etdi – “Separatçı rejimləri tanıyacaq...”
-
“Xalq Kapital”ın biznes itkiləri durmadan artır - 140 milyon manatı ötüb
-
Livanda rabitə cihazları yenidən partladı - 100 nəfər xəsarət alıb
-
“Trendyol”dan gələn xəbərdarlıq mesajı çaşqınlıq yaratdı - Nə baş verir?
-
“Ermənistan BRİKS-ə qoşulmaq niyyətində deyil” - Paşinyan
-
Leyla Əliyeva Milli Qəhrəman Mübariz İbrahimovun ailəsini ziyarət edib - FOTOLAR
-
Müdafiə Nazirliyi “Qisas“ əməliyyatından görüntülər yaydı - VİDEO
-
Dövlət Agentliyi aftafa, çəkic, dırmıq alacaq - 400 minlik tender
-
Türkiyə konstitusiya dəyişikliyi məsələsində qərarlıdır - Ərdoğan
-
Bəzi rayonlara yağış yağıb - Faktiki hava
-
2 ildə 2 milyondan çox pul mənimsəyib - İlqar Mustafayevin həbsinin detalları
-
“Zapravka”ları bağlanan məşhur şirkət müflis olub? - milyonlarla manat geri götürüldü
-
Restoranda 2 nəfərin şam yeməyi neçəyə başa gəlir? – Müqayisə
-
“ABŞ rəsmilərinin qərəzli fikirləri ikitərəfli münasibətlərə mənfi təsir edir” – Rəsmi Bakı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq - Xəbərdarlıq
-
Azərbaycanda qızıl bahalaşdı - AÇIQLAMA
-
Şagirdlərə açıq havada dərs keçən müəllim işdən çıxarılıb – Rəsmi
-
“Ermənistan Fransa və Hindistanla hərbi-texniki sahədə sıx əməkdaşlıq edir“ - Qriqoryan
-
Leyla Əliyeva uşaq bağçasının açılışında - FOTOLAR
-
Fransa prezidentinin Ermənistana səfəri baş tutmaya bilər - “Hraparak”
-
“Yaxın Şərqdəki müharibənin genişlənməsi ilə bağlı səylər çox təhlükəlidir“ - Ərdoğan
-
Maaş, pensiya və müavinətlər artacaq - 2 milyard ayrıldı
-
Avropa ölkələrində “Aİ-95” markalı benzinin qiyməti – Tam siyahı
-
“Bu mövqe son dərəcə təxribatçı və təhlükəlidir“ - Dmitri Peskov
-
Kütləvi davada tələbəyə 5 xəncər zərbəsi vuruldu - VİDEO
-
Türkiyə ilə sərhədlər açılmalıdır - Paşinyan
-
Bakıda məşhur avtosalonun sahibi həbs edildi - TƏFƏRRÜAT
-
“Minsk qrupunun fəaliyyətinə son qoyulmalıdır“ - Hikmət Hacıyev
-
I sinfə və məktəbəhazırlıq qruplarına elektron qəbul prosesi aktivləşdirilib
-
Bəzi rayonlarda leysan yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Ermənistana münasibətdə yeni Marşal planı hazırlanır“ - Prezidentin köməkçisi
-
ABŞ ilə münasibətlərə yenidən baxıla bilər - İrakli Kobaxidze
-
Məhkəmə “Araz Supermarket”i növbəti dəfə cərimələdi - SƏBƏB
-
Noyabrda ardıcıl 6 gün iş olmayacaq – QƏRAR
-
Ermənistanda dövlət çevrilişinə cəhd - “Onlar Rusiyada təlim keçiblər“ (VİDEO)
-
Dövlət Gömrük Komitəsi “Norm” şirkətini cərimələdi - SƏBƏB
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis olundu - SƏRƏNCAM
-
“KTMT-də iştirak Ermənistanın suverenliyinə təhdiddir“ - Paşinyan
-
Livandakı peycer partlayışlarının arxasında İsrail dayanır – KİV
-
Dünyada karbon qazı emissiyaları rekord həddə çatıb - ARAŞDIRMA
-
Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır - VİDEO
-
I Qarabağ müharibəsinin daha dörd itkin şəhidi dəfn ediləcək - ADLARI + FOTO
-
Bu poliklinkalarda qrip əleyhinə vaksinasiya başlayıb - SİYAHI
-
İsrailin “telefon terroru“... - Niyə indi bunu etdi?
-
Tələbələrə nəqliyyatda güzəştlər ediləcək? - Rəsmi açıqlama
-
Hikmət Hacıyev diplomatik korpusun Kəlbəcərə səfəri ilə bağlı paylaşım etdi - VİDEO
-
Manatın məzənnəsi sabit qalacaq - Rəsmi
-
Bakıda bir sıra yollarda tıxac var – Siyahı
-
“Üçüncü Dünya müharibəsi başlayacaq” - Lukaşenko
-
Çempionlar Liqası: “Bayern”dən 9 qollu qələbə
-
Bu gün instaqramda diqqət çəkənlər - FOTOLAR
-
Zığ gölünün ətrafında antisanitar vəziyyət hökm sürür - VİDEO
-
Ağ Evdən açıqlama: Peycerlərin partladılmasında biz iştirak etməmişik
-
Şoyqu İrana getdi – Pezeşkianla görüşdü
-
Maliyyə Nazirliyi: Bu sahələr üzrə xərclər azaldılır
-
Bakıya giriş-çıxış bağlanır? - “Böyük bir dayanacağın yaradılması lazımdır“
TOP 10
ARXİV