|
Paşinyan yenə imtina etdi... - Bakı və İrəvan arasında sülh danışıqları dalana dirənib
“Ermənistan təhlükəli oyunlara qoşulub“ - Prezidentdən sərt xəbərdarlıq
Beynəlxalq Bankın 1,3 milyonluq tenderini olmayan şirkət necə udub? – Təfərrüat
Türkiyənin HERİKKS HHM sistemləri Azərbaycanda - Kəlbəcərdə quraşdırılıb
Hərbi güc təhlükəsizliyin əsas qarantıdır - Prezidentin mesajlarının pərdəarxası
Üçtərəfli Bəyannamənin ilk səkkiz bəndini kim pozub? - VİDEO
Şirkət rəhbəri 20 məmurla əlbir olub pulları mənimsədi - Korrupsiyaya bulaşmış rəsmilər kimlərdir? + ADLAR
Deputatın istirahət mərkəzi əl dəyişir... - Təhvil-təslim işlərinə hazırlıq gedir
Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir? - ARAŞDIRMA
Qlobal qarşıdurma kəskinləşir - Azərbaycan nə etməlidir?
ABŞ ordusunun əsgərləri Zəngəzura yerləşir - Nə baş verir? + VİDEO
Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi - “Bu, növbəti müharibəyə hazırlıqdır...“
Ankara uyğurlara diqqəti artırıb – Çin türk kəndlərinin adlarını dəyişdirir
“Üçüncü dünya müharibəsi riski artıb“ – “Qara dəniz üzərində ABŞ və Rusiya toqquşa bilər...”
BBC-nin “kotlet-çörək” jurnalistikası...- Çingiz Özgür yazır
Tarix 13.11.24, 15:08 |
|
Xaricdə yaşayan dostum zəng eləmişdi dünən. Dünya işləri ilə, siyasətlə, filanla qəti arası olmaz. Belə işlərə qarışmağa özünün də etiraf etdiyi kimi həvəsi, vaxtı və o savadı da yoxdur. Di gəl vətəni haqda harada nə görsə, nə eşitsə qulaq kəsilər, dalğanı dəyişməz, kanalı çevirməz.
Bax mənim o əziz dostum Vüqar dünən zəng eləmişdi ki, “Bakıda nə yeyib-içmək tədbiri keçirilir ki? BBC dünən iki dəfə Bakıdan reportaj verdi, ikisində də yeməklərin qiymətindən şikayət elədi”. (Dostumun BBC ilə bağlı uşaqlıqdan travması var, ona görə xüsusi həssasiyətlə izləyir o kanalı, bunu sonda danışacağam). Dostum Vüqarın Bakıda keçirilən tədbir haqda bilgisi, təqribən “Azadlıq” radiosu müxbirinin bilgisi qədər olardı. Yaxşı bir dərsə ehtiyacı vardı.
Amma ki, məndə Hikmət Hacıyev səbri-hövsələsi yox idi ki, telefonun və dünyanın o biri ucunda olan dostuma tədbirin adını və mahiyyətini başa sala bilim. Bir an ağlıma gəldi ki, dostuma təklif edim, qayıdıb gəlsin xarici radio-televiziyalardan birində işə düzəlsin. Həm çox sevdiyi vətənində yaşamış olar, həm də bu iş üçün tələb olunacaq qədər ağlı-savadı da var. Beş-altı sözdür də, əzbərlə, sonra hansı hadisə, tədbir və tədbirin mahiyyətinin nə olmasından asılı olmayaraq, qabağına keçən bütün dövlət və hökümət yetkililərinə o sözlərdən cümlə qurub sual ver, qurtardı getdi.
Amma dostum məndən təklif yox, cavab gözləyirdi. Digər tərəfdən, təkcə dostuma da yox, bir xeyli adama maraqlı qalıb ki, dünyanın ən aparıcı kanallarından biri, milyonlarla insanın izlədiyi bir kanal, BMT səviyyəli qlobal bir tədbirdən niyə “kotlet-çörək” reportajı verir? Məncə bir balaca özlərinə əziyyət verib, daha ciddi məsələlərə toxuna bilərdilər. Məsələn, söhbət iqlim dəyişmələrindən, ekologiyadan gedirsə, “Bakı retoranlarında bişirilən lülə kababa vurulan quyruğun miqdarının çoxluğu səbəbindən kabab manqallarında kömürün üstünə tökülən quyruğun tüstülənmə prosesləri və bu tüstünün ekologiyaya zərəri” – mövzusunda geniş bir araşdırma edə bilərdi BBC.
O cümlədən, tədbirin əsas diqqət çəkilən mövzularından biri enerjiyə qənaət, israf hallarına yol verməməkdir. BBC zəhmət çəkib tarixə ekskurs edə, nənələrimizin küftə və kotlet bişirmək, habelə lülə kabab çəkmək üçün əti daş üstündə toxmaqla döyməklərindən, ətçəkən maşınlar çıxandan sonra bu adətin yox olmasından və o ətçəkən maşınların yaratdığı elektrik enerjisi israfından geniş reportaj edə bilərdilər. Sonda bildirərdilər ki, nəticədə meşələr qırılır, ekologiya məhv olur və sual qoyulardı: “Belə bir ölkədə “Azadlığ”ın müxbiri demiş, “iqlim konfransı” keçirmək nə dərəcədə doğrudur?”
Yox da, qaralama kampaniyası edirsiniz, bir az əziyyət çəkin də. Düşmənçiliyə də tənbəlsiniz e. Elə bir mövzu tapıblar - “yemək bahadı”. Yaradıcı olun, bəylər, xanımlar! İstedadınızı işlədin!
Yaxşı, gələk söhbətin ciddi tərəfinə. Arada saytlara baxan istənilən adamın diqqətini çəkməmiş olmaz, noyabrın 8-i AZƏRTAC xəbər yaymışdı ki, Bakı Olimpiya Stadionu bu axşam (yəni 8 noyabr axşamı) BMT-yə təhvil veriləcək. Lap belə loru dildə deyək ki, tədbirin keçirildiyi bütün yerlər, tədbir günlərində BMT-nin “ərazisi” sayılır. Necə ki, dünyanın hansı aeroportunda dayanmasından asılı olmayaraq, təyyarə dayandığı ölkənin yox, məxsus olduğu ölkənin ərazisidir. Bax bu da elə bir şeydir.
Tədbirin keçirildiyi yerlər, o cümlədən tədbir iştirakçılarının zəruri ehtiyaclarını ödədiyi obyektlər, buna yemək yediyiniz yerlər də daxildir, hamısı BMT-nin nəzarətindədir. Siz ki bu məsələləri çox yaxşı bilirsiniz, saytlardan oxumağa ehtiyacınız yoxdur. Əksinə, dünya bunları sizdən eşitməli, oxumalıdır. Siz çox yaxşı bilirsiniz ki, tədbrilə bağlı bütün məsələlər razılaşdırılır. Kimsə gəlib orada çadır qurub kafe-restoran açmayıb. Bizim ayağımız düşməyən, amma siz BBC jurnalistləri üçün “su yolu” sayılan Nyu -Yorkdakı BMT-nin Baş Qərargahı və ya “Mənzil Qərargahı” adlandırılan bina kompleksində az kofe içib yemək yeməmisiniz axı. Deyilənə görə, adi günlərdə 2-3 dollara içilə bilən kofenin qiyməti, BMT Baş Assembleyasının sessiyası keçirilən günlərdə 8-10 dollara qədər qalxa bilirmiş. Amma nə BBC-nin bircə dəfə bu barədə reportajını görmüşük, nə də başqa hansısa kanalın etirazını. Bir yerdə ki, kofeni səndən əvvəl İngiltərənin, səndən sonra Almaniyanın dövlət başçısı alıb içə, o yerdə qiymət necə olmalıdır ki?
Ətraflı
Qayıdaq Bakıya. “Azadlığ”ın adını “iqlim konfransı” qoyduğu, “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı” haqda bir ilə yaxındır ki, məlumatımız var. Belə tədbirlər haqda adətən ən çox deyilən o olur ki, xalqa müfəssəl məlumat verilmir, maarifləndirmə zəifdir və s. Düzü o “müfəssəl məlumat və maarifləndirmə” tam olaraq necə edilməlidir, heç bir fikrim yoxdur. On milyonluq xalqı kurslara dəvət edib, mühazirələr təşkil etmək kimi bir təcrübə hələ ki yoxdur və olmayacaq da. Amma xalqdan yana narahat olmağa da dəyməz.
Birincisi, xalq artıq eləcə düşmənlərimizin mövqeyindən anlayır ki, nə baş verir. Ermənistan və dünyanın hər yerindəki erməni mahiyyətli insanlar ölkəmizdə keçiriləcək tədbirin əleyhinədir, bir ildir ki, durmadan min oyun çıxarır, tədbiri pozmağa çalışırlar. Bu bəs edir ki, tədbirin önəmi xalqa bəlli olsun.
İkincisi, hətta indi bilinməsə də, önümüzdəki illərdə mütləq bilinəcək. Məsələn, “Qoşulmama Hərəkatı” adlanan təşkilatın Bakıda keçirilən tədbirlərində yaxşıca tıxac olurdu və biz hamımız gileylənirdik.
Təşkilatın adından tutmuş, nümayəndələrinə qədər, bütün mövzularda lağlağı edirdik. Hətta bir dəfə, azca yağış çiləyən soyuq payız axşamında yenə bu səbəbdən yol bağlı idi. Yanımda duran maşının sürücüsü yol polisindən xahiş-minnət edirdi ki, onu buraxsın. Çünki onun daha vacib işi var. Bunun mümkün olmadığını başa düşəndə uca səslə “Allah haqqı, uşaxlar məni gözləyir, xəngəli də sifariş veribləre. Xəngəl soyudu, zay oldu...” -deyib tələsdiyi vacib tədbirin tam olaraq nə olduğunu bizim üçün aydınlaşdırdı. Sonralar, tarixi Zəfər savaşı günlərində bu təşkilatın bizim üçün nə qədər önəmli olduğunu xalq olaraq çox dərindən hiss etdik.
Bu günlərdə baş tutan tədbir isə, bizim ölkə tarixindəki ən böyük tədbirdir və obrazlı desək, belə tədbirlər üçün nə qədər “xəngəl soyuyub zay olsa” eybi yox, dəyər!
Qayıdaq dostumun telefon zənginə. Dedim axı, uşaqlıqdan BBC ilə bağlı travması var. Mən yuxarıda yazdıqlarımdan heç nə demədim Vüqara. Eləcə soruşdum ki, 5-ci sinifdə oxuyanda baş verən hadisə yadında deyilmi? Onda ölkəmiz üçün ən çətin günlər - 90-cı illər idi. Sovetlər dağılhadağılda, imperiya son günlərini yaşamaqda idi. Qarabağ savaşı, erməni oyunları yenicə qızışırdı. Hər axşam xarici radioları dinləyən müəllimlərimiz səhər tənəffüslərdə söhbət edər, biz də qulaq müsafiri olardıq. “BBC belə dedi, elə dedi” söhbətləri ediləndə hər dəfə mənim dostum eyni saf maraqla sual verirdi: “Kimin bibisi?”
Biz bunun radio adı olduğunu desək də, sabahısı eyni mövzu olanda yenə eyni sual ortaya çıxardı. Günlərdən birində yenə bu radioda ermənilərin xeyrinə, bizim əleyhimizə verilən xəbərlərdən xeyli əsəb yığan Vasif müəllimin “BBC deyir ki...” cümləsini dostum ağzında qoyub, eyni saflıqla soruşdu: “Müəllim, kimin bibisi?”
Vasif müəllimin BBC-yə olan bütün əsəbi yağlı bir şilləyə dönüb dostumun sifətində “partladı”. Ardınca da, illər keçsə də, qulağımızdan getməyəcək qəzəbli səs: “Kimin olacaq, ermənilərin bibisi, ay Vüqar, ermənilərin bibisi!”
Ondan sonra daha heç vaxt Vüqar o sualı vermədi...
Çingiz Özgür
Xəbərin oxunma sayı : 253
Sosial
Xəbərlər
-
UEFA Qəbələ şəhər stadionunun tribunalarına girişi məhdudlaşdırıb - SƏBƏBİ
-
Prezident Avropa Şurasının Baş katibi ilə görüşüb - Nələr müzakirə edilib?
-
“Bədənimi kopyaladılar, amma sənətimi edə bilməzlər“ - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Xaricdən 2 manata gətirilən gül kələm və brokkoli marketlərdə neçəyə satılır? - SİYAHI
-
Kəlbəcər şəhərində yollar qurulur - Ən son görüntülər
-
Bakıda sabiq icra başçısının klinikasında qəssabxana açıldı - AQTA bağladı
-
Prezident İlham Əliyev İslam İnkişaf Bankının prezidenti ilə görüşüb - FOTOLAR
-
Trampın vəkili ABŞ baş prokurorunun müavini ola bilər - CNN
-
Ağadadaş Ağayev məhkəməyə gəldi - FOTO
-
Dünya paxlava gününü möhtəşəm Türkiyə klassikası ilə qeyd edin - FOTOLAR
-
Prezident İlham Əliyev görüşlər keçirir - Fotolar
-
“Qarabağ”ın dəvəti ilə Avropanın bu klubları Bakıya gələcək - Siyahı
-
“İqlim fəlakətləri dövründə erkən xəbərdarlıq sistemi zərurətdir“ - Quterreş
-
Toy üçün qızıl almaq istəyənlərin nəzərinə! - Ucuzlaşdı - QİYMƏTLƏR
-
Prezident İlham Əliyev görüşlər keçirir - FOTOLAR
-
Bayden Ağ Evdə Trampla görüşdü - Fotolar
-
“Ukrayna Rusiya ilə cəbhədə məğlub olur“ - Mark Rütte
-
“Əgər biz cəngəlliyiksə, onda işlərimizə qarışmayın “ - Prezidentdən ağır ittihamlar + VİDEO
-
Azərbaycanda ingilis dilini necə bilirlər? - Ölkələrin siyahısı
-
“Hizbullah”dan İsrailə pua hücumu - Baş Qərargah ərazisi vuruldu
-
Kamran Əliyev BMT-nin Baş katibinin müavini ilə görüşdü - Fotolar
-
Əkrəm İmamoğlu Bakıdadır – Fotolar
-
Leyla Əliyeva “AzərEnerji” və “Azərişıq” ASC-lərin pavilyonuna da baxdı - VİDEO
-
İlham Əliyev kiçik ada dövlətlərinin Sammitində iştirak edib - FOTO/VİDEO
-
Azərbaycanlıların Türkiyədən nə qədər ev aldıqları açıqlandı - Rəsmi
-
Ronaldinyo Bakıdan paylaşım etdi - FOTO
-
Sabahdan bu marşrutların hərəkəti bərpa edilir - Siyahı
-
“İrəvan bu günlərdə Bakının sülh müqaviləsi ilə bağlı son təkliflər paketinə cavab verib“ - Paşinyan
-
“ATƏT-in Minsk qrupu dəfn olunub“ - Rusiya XİN
-
Prezident İlham Əliyev görüşlər keçirir - FOTOLAR
-
KOB-ların yaşıl keçidin təşviqinə və əməkdaşlığa dair sənədlər imzalanıb - FOTOLAR
-
“Rusiyanın cavabı dağıdıcı olacaq” - Zaxarova
-
Azərbaycan üçün TDT-nin güclənməsi prioritet məsələdir
-
“Türkiyə hazırda İsraillə bütün əlaqələrini kəsib“ - Ərdoğan
-
Əksər rayonlarda yağıntılı hava müşahidə olunur - Faktiki hava
-
Maaş və pensiyalar artacaq - Deputatdan açıqlama
-
“Trampın prezident seçilməsi münasibətlərdə müsbət fərqlilik yarada bilər“ - Ərdoğan
-
Yanvarın əvvəlində prezident seçkilərinin keçiriləcəyi gözlənilir - Kobaxidze
-
Azərbaycanda gündəlik nə qədər neft hasil edilir? - OPEC açıqladı
-
BBC-nin “kotlet-çörək” jurnalistikası...- Çingiz Özgür yazır
-
“SOCAR və “Asarel Energy” arasında saziş imzalandı - Fotolar
-
“İsrailə hücum etsə, iqtisadiyyatı çökəcək“ - Netanyahu yenə İranı hədələyir
-
“Mən anayam və...“ - Ciorcia Meloninin Bakıdakı çıxışı
-
Tramp İlon Maskı yüksək vəzifəyə təyin edəcək - Açıqladı
-
“Qarşımızda ədalətli enerji keçidi vəzifəsi durur“ - BMT-nin Baş katibi
-
“Bu gün Fransanın və Niderlandın dənizaşırı əraziləri çox ciddi çətinliklərlə üzləşir“ - İlham Əliyev
-
Mixail Mişustin Azərbaycanda - FOTO
-
“Bakıda yerüstü relsli nəqliyyat ola bilər” - Anar Quliyev
-
İlham Əliyev Odil Reno-Basso ilə görüşdü - FOTO
-
Prezident sammitdə iştirak edib - Video - Fotolar
-
Bakıda 3 türk dövlətinin lideri arasında üçtərəfli görüşü olub - Sənədlər imzalanıb + FOTOLAR
-
“Havanın çirklənməsi hər il 7 milyon insanın ölümünə səbəb olur“ - ÜST rəhbəri
-
Azərbaycan və Albaniya Anlaşma Memorandumu imzaladı - FOTO
-
6 uşaq atası olan 37 yaşlı çobanın meyiti tapıldı -Gədəbəydə
-
“Sülh müqaviləsinin mətninin müzakirəsi ilə bağlı yeni proses başlayacaq” – Hikmət Hacıyev
-
Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır
-
Dünyəvi problemlər ancaq bəşəri münasibətlərlə həll edilə bilər
-
XXI əsr türk dünyasının inkişaf əsri olacaq
-
Türk Dünyası ölkələri arasında əməkdaşlıq inkişaf edir
-
Bu gün Azərbaycanda Konstitusiya Günüdür
-
Roza ilə Elza arasındakı qalmaqal daha da “ALOVLANDI“: “Pulsuz oynadılan meymunsan“
-
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib - FOTO
-
İstifadəsi qadağandır, lakin satışı var - Siqnal adı ilə müxtəlif səs çıxaran qurğular satılır (VİDEO)
-
Azərbaycanda qəribə dəvətnamə: “Toya uşağınızı gətirməyin!” - FOTO
-
Qırğızısan, Tacikistan və Kipr Prezidentləri Bakıda - FOTOLAR
-
Bakı aeroportu itirilmiş əşyaları satışa çıxarıb? - RƏSMİ CAVAB
-
Milyonçu “Oleq Bakinski” barədə qərar verildi - Həbsdə qaldı
-
İqlim qurbanlarının ağlasığmaz həyatı - Keniyada GÖRÜNTÜLƏR
-
“Gürcüstan Avropa yolunu tərk edir“ - Borreldən xəbərdarlıq
-
Bu rəsmilər də paytaxtımızdadır - SİYAHI/FOTO
-
Almazdan 10 min dəfə qiymətli daş - Yalnız Türkiyədə var
-
“Rufo Gəncinski” Moskvaya niyə qayıtdı - qan qoxusu...
-
Vətən müharibəsi şəhidinin qızı Avropa çempionu oldu
-
Balasanyan və dəstəsi belə diz çökdürülüb: Natiqin döyüşdüyü kilsədən GÖRÜNTÜLƏR
-
Leyla və Arzu Əliyevalar sərgidə - FOTOLAR
-
Dövlət və hökumət başçılarının Bakıya gəlişi davam edir - FOTOLAR
-
Bakıda qətl hadisəsi:42 yaşlı qadın öldürüldü
-
Prezident Quterreşlə görüşdü - FOTOLAR
-
Güclü külək əsəcək - Xəbərdarlıq
-
Əliyev Lukaşenko ilə görüşdü - Fotolar
-
“Ermənistanın COP-da iştirak edib-etməməsi öz qərarıdır” - Prezident
-
İlham Əliyev görüşlər keçirməyə davam edir - Fotolar
-
Tramp Baydenin sərəncamlarını ləğv edəcək - KİV
-
Quterreş və digər rəsmilər Bakıdadır - FOTOLAR
-
Prezident İlham Əliyev Şarl Mişellə görüşdü - FOTO/VİDEO
-
Leyla Əliyeva və Anar Ələkbərov Azərbaycan pavilyonunda – Fotolar
-
Serbiya, Belarus, Konko, Slavakiya və BƏƏ prezidentləri Bakıdadır - FOTOLAR
-
Prezident Əl-Əzhəri Şərifin şeyxi ilə görüşdü - FOTOLAR
-
Sabiq nazirin oğlu şirkət rəhbəri təyin edilib - FOTO
-
İlham Əliyev İraq Prezidenti ilə görüşdü - FOTOLAR
-
Bakıda COP29-un açılış mərasimi keçirilib - VİDEO
-
“Azərbaycanda mina qurbanlarının sayı artmağa davam edir“ - Hikmət Hacıyev
-
Türkiyədə əməliyyat keçirilib - Sərdar Ortaç və Məhmət Əli Ərbil saxlanılıb
-
Dövlət rəsmilərinin Bakıya səfəri davam edir - Fotolar
-
Yağış, leysan, dolu – Sabahən havası
-
“ABŞ Zelenskini devirmək istəyir” - Rusiya kəşfiyyatı
-
Bölgələrdən Bakıya gələnlərin nəzərinə! - Fasilələrlə buraxılacaqlar
-
MEDİA-dan SOCAR-ın zavodunda baş verən yanğınla bağlı MÜRACİƏT
-
Prezident Bakıya gələn qonaqları qəbul etdi - Videolar - Fotolar
-
Bakı bulvarında görüntülənən nədir? - VİDEO
-
“Aİ Şurasına sədrlik ölkəyə 140 milyon avrodan çox başa gələcək“ - Litvanın Maliyyə Nazirliyi
-
SOCAR-ın zavodunda yanğın olması iddiasına cavab - Rəsmi
-
Bu ölkə Prezidentlərinin də Azərbaycana səfəri başladı - FOTO
-
COP29 dövründə Bakı aeroportuna necə rahat çatmaq olar? - Sərnişinlərin nəzərinə
-
Bu gündən bu yollar bağlanır - Bəzi yerlərdə postlar qurulur
-
500 nəfərə yaxın qonaq üçün brifinq keçirildi - Fotolar
-
Şarl Mişel Azərbaycana gəldi - FOTO
-
Xəzər dənizində görüntülənən nəhəng canlı nədir? - VİDEO
-
Təhsil işçilərinə yeni kartlar veriləcək - VİDEO
-
Bəzi yollarda postlar qurulacaq - VİDEO
-
Niuenin Baş naziri Azərbaycana gəlib - COP29 iştirak etmək üçünü
-
Monqolustan Prezidenti Azərbaycana səfərə gəlib
-
Hərbçimiz minaya düşdü - Goranboyda
-
Burundinin vitse-prezidenti Azərbaycanda səfərdədir
-
Anqolanın vitse-prezidenti COP29-da iştirak üçün Azərbaycana gəlib
-
Zelenski COP29-da iştirak etmək üçün Bakıya gəlir - Bu, “Sülh Formulu“ diplomatiyası üçün zəmin yaradır
-
Şimali Makedoniyanın prezidenti Azərbaycana GƏLDİ
-
Dumana görə yollarda görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Növbəti 3 gündə hansı “ASAN Xidmət“lər işləyəcək? - Agentlikdən açıqlama
TOP 10
ARXİV