Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

Türk Dünyası ölkələri arasında əməkdaşlıq inkişaf edir

Tarix 12.11.24, 7:10

Font ölçüsü : - / +
bitmap-img6


Qırğızıstanın paytaxtı Bişkekdə 06 noyabr 2024-cü il tarixində Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşü keçirildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tədbirdə iştirak etmək üçün Prezident Adminstrasiyasına gəldi. Qırğız Respublikasının Prezidenti cənab Sadır Japarov cənab Prezident İlham Əliyevi, digər dövlət və hökumət  başçılarını qarşıladı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxış etdi.

Dövlətimizin Başçısı çıxışında bu ilin Türk Dövlətlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümü olduğunu, təşkilatın bu dövr ərzində uğurlu inkişaf yolu keçdiyini və iyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verdiyini bildirdi. Cənab Prezident  İlham Əliyev çıxışında  demişdir ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra davam etdirəcək. Türk Dövlətləri Təşkilatının mövcud büdcəsi qarşıya qoyulan hədəflərin həyata keçirilməsi üçün yetərli deyildir. Sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın da Türk Dövlətləri Təşkilatının  Katibliyinə 2 milyon və Ağsaqqallar 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcəyinə ümid etdiyini bildirdi.

Dövlətimizin Başçısı çıxışında vurğuladı ki, ötən ilin sentyabr ayında Azərbaycan öz suverenliyini tam bərpa etdi. İşğaldan azad olunmuş ərazilərdə indi genişmiqyaslı yenidənqurma və bərpa layihələri həyata keçirilir, eyni zamanda, Böyük Qayıdış Proqramının icrası çərçivəsində keçmiş məcburi köçkünlər öz doğma yurdlarına geri dönürlər. Sonra cənab Prezident İlham Əliyev Özbəkistan, Qazaxıstan, Qırğızıstan və  Macarıstanın dövlət və hökumət başçılarına azad olunmuş ərazilərdə qardaşlıq hədiyyəsi olan məktəbə və yaradıcılıq mərkəzinə, eləcə də tikiləcək məktəblərə təşəkkürünü bildirdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yaxın günlərdə
Azərbaycanın COP29 iqlim konfransına ev sahibliyini, keçən ilin dekabrında 200-ə yaxın ölkənin Azərbaycanın namizədliyini yekdilliklə dəstəklədiyini bildirdi. Bunun da beynəlxalq aləmin ölkəmizə hörmətinin və dəstəyinin təzahürü olduğunu qeyd etdi.
Elvin Rzayev



Xəbərin oxunma sayı : 319




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap