Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Mühəndislik Universiteti bu dəfə avtobus alır - 145 min manata

Tarix 19.11.25, 16:44

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Mühəndislik Universiteti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Auto Azərbaycan” MMC (VÖEN – 1500040601) olub.
Qeyd olunur ki, Bakı Mühəndislik Universiteti “Auto Azərbaycan” MMC-dən 145 min manata bir ədəd 2025-ci il istehsalı, 28+1 ədəd oturacaq sayı olan avtobus tipli nəqliyyat vasitəsi alacaq.

Onu da qeyd edək ki, Bakı Mühəndislik Universiteti ötən ay “Auto Azərbaycan” MMC-dən 84 min 900 manata, 2025-ci il istehsalı olan bir ədəd hibrid avtomobil də alıb.
Məlumat üçün bildirək ki, “Hyundai” markalı avtomobillərin Azərbaycandakı rəsmi distributoru “Auto Azərbaycan” MMC 9 iyul 1996-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 15 milyon 352 min 742 ABŞ dolları olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Ziya Bünyadov prospekti, ev 118-də yerləşir.
MMC-nin qanuni təmsilçisi İsmayılov Emil Hüseyn oğludur. “Auto Azərbaycan” MMC, Türkiyədə yaşayan İran əsilli Eromi ailəsinin təsis etdiyi “NAB Holdinq” şirkətlər qrupuna daxildir.
“NAB Holdinq” şirkətlər qrupuna “Bank of Baku”, “Baku Electronics”, “Qafqaz Lizinq”, “Buta Sığorta”, “Baku Service Company” və “Auto Azərbaycan” kimi şirkətlər daxildir. “Qafqaz Lizinq” və “Buta Sığorta” fəaliyyətini dayandırsa da, digər şirkətlər fəaliyyətlərini davam etdirirlər.



Xəbərin oxunma sayı : 112




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap