Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Məhkəmə-Hüquq Şurasına yeni səlahiyyət verilir - Dəyişiklik

Tarix 13.10.25, 15:01

Font ölçüsü : - / +
bitmap-img6


Hakimlərin xidməti vəsiqəsinin nümunəsi Məhkəmə-Hüquq Şurası tərəfindən təsdiq və təqdim ediləcək.

AzFakt.com xəbər verir ki, bununla bağlı "Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" qanunlara dəyişiklik təklif edilir.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.

Bildirilib ki, qanun layihəsi məhkəmə hakimiyyətinin müstəqilliyi, habelə məhkəmə hakimiyyətinin özünüidarə orqanı kimi Məhkəmə-Hüquq Şurasının statusu və səlahiyyətləri nəzərə alınmaqla hakimin xidməti vəsiqəsinin təsvirinin və nümunəsinin təsdiq edilməsi, habelə həmin xidməti vəsiqələrin təqdim olunmasının vahid formada Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilməsi məqsədilə hazırlanıb.

Məlum olduğu kimi, 1999-cu il 22 iyun tarixli 691-IQ nömrəli qanunla təsdiq edilmiş "Hakimlərin xidməti vəsiqəsi haqqında Əsasnamə" ilə hakimlərin xidməti vəsiqəsinin təsviri və vəsiqədə göstərilən məlumatlar müəyyən edilib. Eyni zamanda, "Məhkəmə-Hüquq Şurası haqqında" qanunda 2011-ci il iyunun 10-da edilmiş dəyişikliklərə əsasən hakimlərin vəsiqələrinin nümunələrinin təsdiq edilməsi Məhkəmə-Hüquq Şurasının vəzifələrinə aid edilib.

Bununla əlaqədar olaraq, hakimlərin xidməti vəsiqələrinin nümunələri "Hakimlərin xidməti vəsiqəsi haqqında Əsasnamə"nin tələblərinə uyğun olaraq Məhkəmə-Hüquq Şurasının 2012-ci il 10 fevral tarixli qərarı ilə təsdiq edilib.

Bununla belə, hakimlərin vəsiqələrinin nümunələri Şura tərəfindən təsdiq edilsə də, yuxarıda qeyd edilən Əsasnamə qüvvədə olduğundan faktiki olaraq Şura həmin Əsasnamədə vəsiqələrə dair müəyyən edilmiş tələblərdən kənara çıxa bilməyib.

Vurğulanıb ki, məhkəmə instansiyalarından asılı olaraq hakim vəsiqələrinin təqdim edilməsi qaydasında mövcud olan fərqlər aradan qaldırılmayıb.

Qeyd olunanlara əsasən, layihədə hakimlərin xidməti vəsiqəsinin nümunəsinin Məhkəmə-Hüquq Şurası tərəfindən təsdiq edilməsi və Məhkəmə-Hüquq Şurasının sədri tərəfindən təqdim edilməsi müəyyən edilir. Buna uyğun olaraq, layihədə "Hakimlərin xidməti vəsiqəsi haqqında" qanunun və həmin qanunla təsdiq edilən eyniadlı Əsasnamənin ləğvi təklif olunur.

Bundan başqa, eyni yanaşma prokurorluq işçilərinin xidməti vəsiqələrinə münasibətdə də tətbiq olunub. Belə ki, "Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında" qanun və həmin sənədlə təsdiq edilən eyniadlı Əsasnamə ləğv edilib, prokurorluq işçilərinin xidməti vəsiqəsinin nümunəsinin Azərbaycanın Baş prokuroru tərəfindən təsdiq edilməsi müəyyən olunub.



Xəbərin oxunma sayı : 178




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap