“Belə davam etsə, acından öləcəyik” – Müğənni Günay “30 yaşım var, bundan sonra məni kim alacaq?“ - VİDEO Şəhidimizin xanımından qələbə kompozisiyası: “Yenilməzsən, Azərbaycan!“ -VİDEO Evə dönməyə hazırlaşan əsgərlərimizin rəqsi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 Yanvar 2021

    “Belə davam etsə, acından öləcəyik” – Müğənni Günay

  • / Maqazin / — 07 Yanvar 2021

    “30 yaşım var, bundan sonra məni kim alacaq?“ - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2020

    Şəhidimizin xanımından qələbə kompozisiyası: “Yenilməzsən, Azərbaycan!“ -VİDEO

  • / Maqazin / — 27 Noyabr 2020

    Evə dönməyə hazırlaşan əsgərlərimizin rəqsi - VİDEO

  • / Maqazin / — 22 Noyabr 2020

    Ağdamda “Yallı” rəqsi ifa edən əsgərlərimiz - VİDEO

  • / Maqazin / — 19 Noyabr 2020

    Sosial şəbəkədə ən çox görüntüsü paylaşılan şəhid xanəndə - VİDEO

Məhkəmə həbsdəki sabiq icra başçısı ilə bağlı yeni qərar verdi – Mahir Quliyevin həbs müddəti uzadıldı

Tarix 24.11.20, 18:21

Font ölçüsü : - / +
bitmap-img6


Səbail rayon Məhkəməsində Biləsuvar rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb.

Məlumata görə, hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə istintaq orqanını təqdimatı təmin olunub.

Məhkəmənin qərarı ilə Mahir Quliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha bir ay uzadılıb.

Qeyd edək ki, Mahir Quliyev bu ilin aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin birinci müavini Xanlar Məmmədov vasitəsilə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar maddi yardıma ehtiyacı olan şəxslərə sosial yardım üçün ayrılan vəsaitin bir qismini hissə-hissə mənimsəməsi, habelə icra hakimiyyətinin sərəncamında olan digər vəsaitlərdən sosial yardım adı altında ayıraraq hissəsinin ona verilməsini tapşırmasına dair əsaslı şübhələr müəyyən olunub.

Bundan başqa, Mahir Quliyevin köməkçisi Pöhran Şahbazov və tabeçiliyində olan başqa vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında özünün pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.

Həmçinin dövlət qayğısı ilə əhatə olunan işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Mahir Quliyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib.

Eyni zamanda, Mahir Quliyev tərəfindən təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin nağdlaşdırılaraq mənimsənildiyinə, vətəndaşlardan müxtəlif təyinatlı tikintilərin aparılması üçün zəruri olan sənədləşmə işləri və digər əsaslarla ümumilikdə təkrarən rüşvət tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində, Mahir Quliyevin xidməti otağında növbəti dəfə rüşvət almasından sonra məhkəmənin qərarı əsasında keçirilən baxış zamanı həmin pul vəsaitləri, aparılan araşdırmalarla bağlı iş üzrə əhəmiyyət kəsb edən müxtəlif sənədlər və digər maddi sübutlar aşkar edilərək götürülüb.

İstintaq orqanı tərəfindən Mahir Quliyevin barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib/APA.



Xəbərin oxunma sayı : 688

loading...

Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda