“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

“Kurskda döyüşlər gedir” - Ukrayna Gerasimovun bəyanatını təkzib etdi

Tarix 26.04.25, 19:31

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Vladimir Putinə Kursk vilayətinin Ukrayna Silahlı Qüvvələrindən azad edilməsi üzrə əməliyyatın başa çatması barədə məlumat verib. Bu barədə “İnterfaks”a Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Gerasimovun sözlərinə görə, aprelin 26-da rus hərbçiləri Kursk vilayətində sonuncu yaşayış məntəqəsini – Qornal kəndini Ukrayna bölmələrindən “azad edib”.

Valeri Gerasimov Putinə Kursk vilayətinin “azad edilməsi” barədə məruzə edərkən həm də Şimali Koreyadan olan hərbçilərin buna “kömək etdiyini” də qeyd edib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Kurskun tam azad edilməsi barədə Rusiya tərəfinin iddialarını təkzib edib. Qeyd olunur ki, Rusiya ali komandanlığının nümayəndələrinin Kursk vilayətində hərbi əməliyyatların guya sona çatması ilə bağlı bəyanatı reallığa uyğun gəlmir: "Ukrayna Müdafiə Qüvvələrinin Kursk vilayətinin müəyyən ərazilərində müdafiə əməliyyatı davam edir. Əməliyyat vəziyyəti ağır olsa da, bölmələrimiz bütün növ silahlardan, o cümlədən aktiv müdafiə taktikasından istifadə etməklə ruslara effektiv atəş zərbələri vurmaqla müəyyən mövqeləri tutmaqda və qarşıya qoyulmuş tapşırıqları yerinə yetirməkdədir. Döyüş toqquşmaları hələ də davam edir”.

Həmçinin bildirilir ki, Ukrayna bölmələrinin mühasirəyə düşməsi təhlükəsi yoxdur.



Xəbərin oxunma sayı : 175




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap