“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

MİDA-dan ipoteka ilə ev almaq istəyirdi, başına OYUN GƏLDİ

Tarix 26.04.25, 20:56

Font ölçüsü : - / +
bitmap-img6


Sumqayıtda dələduzluq edən şəxsə cinayət işi açılıb.

AzFakt.com lent.az-a istinadən xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin güzəştli şərtlərlə sosial evlər layihəsindən ipoteka ilə ev almaq istəyən şəhər sakini E. Süleymanov dələduzluqla üzləşib.

Belə ki, Sumqayıt şəhər sakini O. Abasov E. Süleymanova MİDA-nın həyata keçirdiyi layihə çərçivəsində inşa olunan binalardan birində 4 otaqlı evi ipoteka ilə almağa kömək edəcəyini söz verib. Bu məqsədlə ondan ümumilikdə 7460 manat pul alıb. Həmin pullar O. Abasova müxtəlif məbləğlərlə ayrı-ayrı yerlərdə verilib. Hadisələr isə 2023-cü ilin aprelindən noyabradək davam edib.

Lakin sonda aldadıldığını başa düşən Süleymanov hüquq-mühafizə orqanlarına üz tutub. Nəticədə O. Abasov saxlanılaraq, məsuliyyətə cəlb olunub. Onun barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq, xeyli miqdarda törədildikdə) maddəsilə cinayət işi açılıb.

Hazırda cinayət işi üzrə ibtidai istintaq başa çatıb və Sumqayıt şəhər Məhkəməsinə göndərilib. Məhkəmə araşdırmaları davam edir.



Xəbərin oxunma sayı : 163




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap