![]() |
|














Məhkəmədə o görüntüləri də göstərdilər - Fotolar
Tarix 08.05.25, 22:21 |
|

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası mayın 8-də davam etdirilib.
AZƏRTAC xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Məhkəmədə əvvəlcə Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli Kəlbəcər işğal edilən zaman ermənilərin çəkdiyi videomaterialları təqdim edib. Nümayiş olunan videomaterialdan biri 1993-cü ilin mart və aprel aylarında lentə alınıb.
Həmin görüntülərdə Ermənistan hərbçiləri rabitə əlaqəsi ilə Monte Melkonyana keçirilmiş hərbi əməliyyatlar, Azərbaycanın hansı ərazilərini işğal etdiklərinə dair məlumat verir.
Kadrlarda Monte Melkonyan erməni hərbçilərdən bir neçə dəfə təkrar soruşur ki, "bu gün nə etmişik?”, "bu gün indi haradayıq?”, "dünən haradaydıq, nə etdik?”
Hərbçi cavab olaraq hazırda Kəlbəcərdən 20 kilometr məsafədə olduqlarını bildirir.
Videogörüntülərdə danışan Monte Melkonyan deyir ki, onlar Ağdərənin qərb hissəsindən, Ağdaban istiqamətindən hərəkətə başladılar, indi Kəlbəcərə çatıblar. "Kəlbəcəri Ermənistana birləşdirməklə bütün Qarabağ Ermənistana "birləşəcək”, Ermənistana çox yollar açılacaq. Ümid edirəm azərilər (azərbaycanlılar – red.) başa düşəcək və qəbul edəcək ki, hər şey bitdi”, - deyə videomaterialda "Avo” ləqəbli Monte Melkonyan bildirir.
Kadrlarda, həmçinin Monte Melkonyan azərbaycanlıların güclü müqavimət göstərib-göstərmədiyi barədə suala cavabında bildirir ki, "Bəli möhkəm xətt idi. Biz Laçın yolunu kəsib bura gəldik. Hər bir erməni başa düşsün ki, bu işdə onun iştirakı çox vacibdir. Bu ərazilər 1988-ci ildə qəbul edildiyi kimi Ermənistana "birləşəcək””.
Videomaterialda danışan Monte Melkonyan döyüş zamanı təxminən 70 nəfər azərbaycanlının öldürüldüyünü deyir.
Kadrlarda qətlə yetirilmiş azərbaycanlıların nəşləri göstərilir.
Görüntülərdə Ermənistan qoşunlarının Kəlbəcərə və ətraf kəndlərə girdiyi də nümayiş etdirilir.
Bundan sonra məhkəmədə zərərçəkmiş şəxslər dindirilib.
Əvvəlcə çıxış edən zərərçəkmiş Zabil Səfərov ifadəsində 1993-cü aprel 4-də Ermənistan silahlı bölmələrinin Kəlbəcərə girdiyini, onları mühasirəyə aldığını deyib.
"Ermənilər məni tanka mindirib aparanda nənəm yalvardı ki, uşağı məndən ayırmayın. Amma onlar buna məhəl qoymadı. Bundan sonra nənəmi "nə vaxtsa bizim ordu bu torpaqları alacaq” sözünə görə orada öldürdülər. Nənəmi öldürəndən sonra məni Kəlbəcərin Vəng kəndinə gətirdilər. Orada da bizə işgəncə verib, sonra rayona gətirdilər”, - deyə o bildirib.
Zərərçəkmiş şəxs xatırlayıb ki, Ermənistan silahlı qüvvələrinin hərbçiləri girov götürdükləri qadınları təhqir edir, qoca, uşaq demədən hamıya işgəncələr verir, onları qətlə yetirirdilər.
"Ermənilər şişi qızdırıb bizim əsgərin bədənini yandırdılar.
Mən Şuşa "türmə”sində olarkən birinin bədənini yandırdıqlarının şahidi oldum. Ermənilərin bir neçə azərbaycanlını döyərək öldürdüklərini gördüm.
Həmçinin onlar 23 nəfəri gözümün qarşısında diri-diri basdırdılar, sadəcə, başları çöldə qalmışdı.
Ermənilər azərbaycanlılara o qədər işgəncə verirdilər ki, onlar dözə bilməyərək özlərini öldürürdülər.
Ermənistan ordusunun hərbçiləri qəbiristanlıqlarımızı talan edir, nəşləri qəbirdən çıxarıb təhqir edirdilər.
Mənə edilən işgəncələrə görə sağ qulağım yaxşı eşitmir, gözümdə zəiflik yaranıb. Dişlərimi qırdılar”, - deyə Z.Səfərov diqqətə çatdırıb.
Dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabında Z.Səfərov deyib dedi ki, məhkəmədə nümayiş etdirilən videgörüntülər 1993-cü il aprelin 12-də lentə alınıb. Videodakı azyaşlı oğlan odur. Girovluqda qaldırları zaman çəkilib. Həmin görüntüdə azərbaycanlı girovlar ermənilərə çörək bişirir. Videonu Svetlana adlı ukraynalı jurnalist çəkib. Ermənilər elə görüntü yaradır ki, guya girovlara yaxşı baxırlar və onları dəyişəcəklər. Əvvəlcədən də girovlara tapşırıblar ki, işgəncə barədə bir kəlmə də danşmasınlar.
Zabil Səfərov zərərçəkmişlərin nümayəndəsinin sualına cavabda deyib ki, o, 1995-ci ilin noyabrında girovluqdan azad edilib.
İfadə verən zərəçəkmiş şəxs Nəsimi Səfərov bildirib ki, Kəlbəcər rayonunun Ağdaban kəndində ata, ana, 3 qardaş, 2 bacı, həyat yoldaşı və oğlu ilə birlikdə yaşayıb. 1989-cu il iyulun 10-da Ermənistan silahlı bölmələrinin Ağdaban kəndinə ilk hücumları olub. Hücum edənlər Ağdərə rayonunun Çapar kəndinin sakinləri olublar. Onların başçıları Çapar kəndinin kolxoz sədri, Ermənistandan bu hadisələrə başçılıq etmək üçün göndərilən "Qaqo” adlı erməni olub. 1991-ci ilin oktyabr-noyabr aylarında Ermənistan silahlı bölmələri 2 dəfə Ağdaban kəndinə silahlı hücum edib, kəndin özünümüdafiə dəstəsi isə kəndi özlərində olan ov silahları ilə müdafiə edib və ermənilər kəndi işğal edə bilməyiblər.
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıraran N.Səfərov qeyd edib ki, 1992-ci il aprelin 8-də səhər saatlarında Ermənistan ordusunun hərbçiləri çox böyük bir qüvvə ilə, təxminən 1000 nəfərə yaxın hərbçi və 6 zirehli texnika ilə kəndə hücuma keçdilər: "Hücum zamanı biz təxminən 30-35 nəfər şəxs idik. Ermənistan ordusunun bölmələrinin hücumu zamanı Ağdaban kəndinin 32 nəfər sakini şəhid oldu, 9 nəfər yaralandı, 5 nəfər isə girov götürüldü. Ermənilər kənddəki evlərin təxminən yarısını yandırdılar. Onlar kənd əhalisinə məxsus mal-qaranı, evlərdə olan müxtəlif məişət əşyalarını talayaraq apardılar.
Kəndin qalan əhalisi isə məcburi şəkildə Kəlbəcərin Bağırlı kəndi istiqamətində qaçdılar. Onlar kəndi məcburi şəkildə, meşələr vasitəsilə piyada olaraq tərk etdilər.
Ermənilər həm say, həm də silah-sursat baxımından dəfələrlə üstün olduğu üçün kəndi müdafiə edə bilmədik”.
Zərərçəkmiş şəxsin hüquqi varisi Zamin Qurbanov Ermənistan silahlı qüvvələrinin hərbçilərinin 1992-ci il aprelin 8-də Kəlbəcər rayonunun Ağdaban və Çayqovuşan kəndlərinə silahlı hücum etdiyini bildirib.
"Həmin hücum zamanı atam Bakı Qocayev və anam Zeynəb Qocayeva yaşadıqları evdə yandırılaraq öldürülüblər.
Ermənistan silahlı bölmələrinin kəndə silahlı hücumu zamanı bibim qızı evdə olduğu zaman ev ermənilər tərəfindən yandırılıb. O da evin içində yanaraq qətlə yetirilib. Onların meyitləri demək olar ki, tamamən yanaraq kül olmuşdu. Həmin vaxt həyat yoldaşım və övladlarım ilə birlikdə Bərdə şəhərində yaşayırdım”, - deyə o əlavə edib.
Zərərçəkmiş şəxslərin ifadələrindən sonra növbəti videomaterial nümayiş olunub. Həmin videoda sonradan qondarma rejimin "daxili işlər, milli təhlükəsizlik nazirləri” və "baş prokuroru” olmuş Arşavir Qaramyan hərbçilərin əhvali-ruhiyyəsinin yaxşı olduğunu deyir. Həmin videoda Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və təcavüzkar müharibəni davam etdrməkdə isralı olduğu bir daha təsdiqini tapır.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin sualına cavabında zərərçəkmiş şəxs deyib ki, həmin hücum nəticəsində əmisi Qara Qocayev yaşadığı evin yaxınlığında açılmış atəş nəticəsində güllə yaraları xəsarəti alaraq həlak olub.
"1988-ci ilin əvvəllərindən ermənilər tərəfindən Qarabağ bölgəsində yaşayan azərbaycanlılara qarşı nifrət təbliğ olunurdu, ermənilər Ağdərə-Kəlbəcər yolunu bağlayıb və oradan keçən azərbaycanlılara məxsus nəqliyyat vasitələrinə daş atırdı, əllərində olan dəyənəklərlə maşınları vuraraq sürücü və sərnişinləri təhqir edirdilər. Onların məqsədi azərbaycanlıları öz doğma yurdlarından qovmaqdan ibarət idi və bu hərəkətləri ilə onları qorxudub evlərindən çıxartmaq istəyirdilər”, - deyə Z.Qurbanov deyib.
Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi İsgəndər Kərimov da ifadəsində bildirib ki, Kəlbəcər rayonu işğal olunanadək rayonda yerləşən "İstisu” sanatoriyasında həkim işləyib, Ağdaban kəndində yaşayıb.
O qeyd edib ki, Ağdaban kəndinin Ermənistan silahlı bölmələrinin hücumlarından müdafiə olunması üçün təşkil olunmuş özünümüdafiə dəstəsinə qoşulub.
Artıq 1990-cı ildən başlayaraq Ermənistan silahlı bölmələri mütəmadi şəkildə Ağdərə rayonunun Çapar kəndi istiqamətindən Ağdaban kəndini müxtəlif çaplı silahlardan atəşə tutub. 1992-ci ilin aprel ayında Ağdaban kəndində təxminən 137 ev olub, yəni kənddə 137 ailə olmaqla 700 nəfərə yaxın sakin yaşayıb.
"1992-ci il aprelin 8-də Ağdaban kəndi hər tərəfdən Ermənistan silahlı bölmələri tərəfindən müxtəlif odlu silahlardan atəşə tutuldu. Onlar Çapar kəndi tərəfdən gələrək, meşəlik və dağlıq ərazilərə keçib, kəndi tam mühasirəyə aldılar. Kəndi iri çaplı silahlardan, pulemyotlardan, digər meşəlik və dağlıq ərazidən isə avtomat silahlardan atəşə tuturdular”, - deyə zərərçəkmiş şəxs bildirib.
Daha sonra ifadə verən zərərçəkmiş şəxs Müşfiq Əliyev bildirib ki, 1993-cü il martın 31-də Kəlbəcər rayonu ərazisində Ermənistan ordusunun hərbçiləri tərəfindən girov götürülüb.
Sonra digər girovlar ilə birlikdə "Ural” markalı avtomobillə Xankəndi şəhərində yerləşən uşaq bağçasına aparılıb.
"1993-cü il aprelin 1-də Cəmilə Quliyeva ilə birlikdə Xankəndi şəhər uşaq xəstəxanasına aparıldım. Orada Stepanyan Edik adlı erməni həkim əvvəlcə güllə yarası almış ayağımı kəsmək istədi, sonradan isə kəsməyərək heç bir ağrıkəsici və keyidici dərman istifadə etmədən döyə-döyə əməliyyat etdi. Üç ay xəstəxanada qaldığım müddətdə həmin erməni həkimin onun üzərində eksperiment apardığını başa düşdüm”, - deyə zərərçəkmiş şəxs bildirib.
Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında zərərçəkmiş şəxs deyib ki, yaraları tam sağalmamış 5 nəfər girovla birlikdə Şuşa həbsxanasına aparılmaqla 1 il 7 ay saxlanılıb. "Bu müddətdə erməni nəzarətçiləri "Armo", "Ovik" və "Gena" qardaşları, "Slavik”, "Artur”, habelə adlarını xatırlamadığım digər erməni nəzarətçiləri tərəfindən mütəmadi olaraq yumruq-təpik, dəmir parçası, armatur, bel sapı, yoğun kabel və müxtəlif küt əşyalar ilə şiddətli şəkildə döyüldüm, eləcə də müxtəlif formada işgəncələrə məruz qaldım. Bəxtiyar Səfərov və adını xatırlamadığım bir azərbaycanlı girov ilə birlikdə Şuşa rayonu Malıbəyli kəndində yerləşən fermalarda zorla işlədilərək məcburi əməyə cəlb edilmişəm”, - deyə M.Əliyev əlavə edib.
Zərərçəkmiş şəxs dövlət ittihamçısı Fuad Musayevin sualına cavabda bildirib ki, girovluda saxlanılan bəzi azərbaycanlılar verilən işgəncələrə dözməyərək özlərinə qəsd edib. O da buna cəhd etsə də, başa çatdıra bilməyib. Hətta işgəncələrə dözməyərək özünü yandırmaq da istəyib.
Məhkəmə prosesində zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri də elan edilib.
Daha sonra Ermənistan ordusunun Kəlbəcər rayonunun Başlıbel kəndini işğal etməsi ilə bağlı videomaterial nümayiş olunub.
Kadrlarda hərbi formada olan ermənilərdən biri Ermənistan hərbçilərinin özlərini çox yaxşı apardıqlarını və ruhlarının yerində olduğunu deyib. O sözünə davam edərək deyir: "Kirovabada çatacağıq, qaraçıların dediyi kimi Gəncəyə”.
Daha sonra Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev Kəlbəcər rayonunun Başlıbel kəndində törədilmiş qətliamla bağlı protokolları elan edib.
Məhkəmənin növbəti iclası mayın 12-nə təyin olunub.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan David Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (besynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.
































Xəbərin oxunma sayı : 208
Hadisə
Xəbərlər
-
Prezidentdən Qələbə Günü ilə bağlı paylaşım - FOTO
-
Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
-
Şəbnəmdən Xuramana cavab - “Fotosessiyalarıma 3 min verirəm“
-
Həftənin rəmzi komandası - Yamal, Sommer, Hakimi...
-
Qramla satılan ətirlər ciddi problemlərə səbəb ola bilər - VİDEO
-
Yeni Roma Papası kimdir? – XIV Lev haqqında hər şey
-
BƏƏ prezidenti İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
-
Vətəndaşlar bu hala görə banklardan təzminat tələb edə bilərlər - VİDEO
-
Məhkəmədə o görüntüləri də göstərdilər - Fotolar
-
Yeni Papa o seçildi - İlk dəfə amerikalı
-
“Pulunu ver, balını artırım“ - Abituriyentlərə yeni təhlükə
-
“20 il ərzində bütün var-dövlətimi xeyriyyəçiliyə bağışlayacağam” - Qeyts
-
Bakının bu hissəsində hərəkət məhdudlaşdırılacaq - Xəbərdarlıq
-
Ağ Evin ən həssas mövzusu: Melaniya Tramp haradadır?
-
Rasim Məmmədov məhkəməyə şikayət edib - Əmlak davası
-
“8-ci kilometr“ bazarında xadimə ticarətçi qadını döydü: üz sümüyü sındı
-
Putinlə Si Cinpin arasında görüş 7 saat davam edib - VİDEO
-
Avtomobil almaq istəyənlər üçün şans - dövlət maşınları hərracda
-
Bakıdan Minskə uçmaq artıq daha bahadır – AZAL biletləri 1077 manata qədər yüksəlib
-
Vyetnamın birinci xanımı İçərişəhərdə - FOTOLAR
-
“Rusiya ordusu Ukraynada döyüş əməliyyatlarını tamamilə dayandırıb“ - Rəsmi Moskva
-
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
-
Quldurluq üçün evə basqın etdilər, polislərə atəş açdılar - Məhkəmə
-
Balakəndə kanat yolunun tikintisinə 5 milyon manat ayrıldı - SƏRƏNCAM
-
Hindistanın hücumu müharibəyə yol açır - Məhəmməd Asif
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük rəsmi məzənnəni açıqladı
-
Bu şəxslərə pulsuz evlər veriləcək - 120 milyonluq layihə
-
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
-
Şərurlu İsfəndiyarın ölkədən çıxışına qadağa qoyulacaq - Məhkəmə prosesi
-
Həbsdən çıxan narkoman arvadının da cibindən narkotik tapdı, onu öldürdü - 7 uşaq isə...
-
“Bu gün-sabah PKK silahı yerə qoyub təşkilatı ləğv edəcək“ - Ərdoğan
-
Kadırov istefa verəsi olmadı - Putinlə görüşüb
-
Prezidentdən XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına - Müraciət
-
Beyləqanda Ulu Öndərin 102 illik yubileyi keçirildi - Fotolar
-
Gəncədə restoran tikintisində faciə - Hündürlükdən yıxılıb öldü
-
Türkiyə Rusiyaya uçuşları dayandırdı - 16 reys təxirə salındı
-
Əli Əsədov To Lam ilə görüşüb - Nələr müzakirə olunub? (FOTO)
-
Mərhum başçı 14 il əvvəl oğlunun obyektinə icazə vermişdi - Reyesterə indi daxil edilib
-
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi - FOTO
-
“Azərbaycanla sülh müqaviləsinin imzalanmasında irəliləyiş yoxdur“ - Armen Qriqoryan
-
Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu
-
Bakıda evi plana düşən sakinlər narazılıq edir: “48 000 AZN-ə ev ala bilərəm?“
-
Arif Babayevə Heydər Əliyev Mükafatı verildi - Sərəncam
-
Vəfat edən şəxsin pensiyasını bu şəxslər də ala biləcək - VİDEO
-
Naxçıvan Ali Məclisinin sədri nazir təyin edə bilməyəcək? - Təyinat mexanizmi dəyişir
-
Abşeronda polis əməliyyatı: İranlının kuryeri tutuldu - VİDEO
-
İcra hakimiyyətinin işçiləri qəzaya düşdü - Xəsarət alanlar var
-
Suriya və İsrail danışıqlar aparır - Şaraa təsdiqlədi
-
Hindistan və Pakistan tarixin ən böyük və ən uzun hava döyüşünü keçirdi - CNN
-
Azərbaycanda gənclər ən çox hansı xəstəliklərə yoluxur? - SƏBƏB
-
Bayramov vyetnamlı həmkarı ilə görüşdü - Müzakirə
-
Tiflisdə partlayış təhlükəsi: ABŞ səfirliyindən sensasion xəbərdarlıq
-
Çempionlar Liqası: “Qarabağ” 2-ci təsnifata yüksəldi!
-
“Panorama“ hoteldə əxlaqsızlıq yuvası aşkarlandı, sahibkara HÖKM OXUNDU
-
İnam Kərimov Türkiyədəki konfransda - Fotolar
-
“Elə bir nöqtəyə gəlirik ki...” - Tramp Ukrayna barədə
-
Arzu Əliyeva uşaqları ziyarət etdi - FOTOLAR
-
Əkrəm İmamoğlunun “X” hesabı bloklandı - FOTO
-
“Uşaqların ikisi itib, bilmirik kim aparıb” - Evini su basan sakin+Video
-
“Onsuz kartımda pul yoxdur” deyib keçməyin! - Təhlükə saçır - VİDEO
-
Xatirə İslam sənətdən gedəcək - Bu tarixdə
-
Yaşı 30-dan yuxarı şəxslərə çağırış mesajı niyə gəlir? - VİDEO
-
Nəsrin Cavadzadə eyvanda elə pozalar verdi ki... - FOTOLAR
-
Banklar vətəndaşların kartından oğurlanan pullara görə nə vaxt məsuliyyət daşıyacaq? - VİDEO
-
Prezident ailə üzvləri və qonaqlarla “Gülüstan” sarayında - Fotolar
-
Vəzifəli şəxsi aldadıblar - Oğlunu nazirliyə işə götürmək adıyla
-
Ərdoğan Şahbaz Şəriflə telefonla danışıb - Pakistanın həmrəyik
-
Bakıda dövlət ziyafəti verildi - FOTOLAR
-
İcra başçıları xidməti avtomobilləri üçün benzini kimdən alır? - SİYAHI
-
Fransadan diplomatik hörmətsizlik: Azərbaycan səfiri Qələbə tədbirinə dəvət olunmadı
-
Bakıda güclü yanğın - Sakinlər təxliyə edilir + VİDEO
-
Prezident İlham Əliyev Qələbə Paradına getməyəcək! - Səbəbləri məlum oldu
-
“Vasmoy” bazarında qəribə fırıldaq - Pomidorun qırmızı görünməsi üçün görün nə edirlər (VİDEO)
-
Oliqarx oğlunun əmlakının üzərinə həbs qoyuldu - SENSASİON GƏLİŞMƏ
-
Putin Kadırovla görüşdü - Vəzifədən gedir?
-
“Hindistanla gərginlik nüvə müharibəsinə səbəb ola bilər“ - Havaca Asif
-
Sabah bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Mehriban Əliyeva No Fon Li ilə görüşdü - VİDEO/FOTO
-
İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla çıxış edib - Fotolar
-
Növbəti üç gündə leysan yağacaq - XƏBƏRDARLIQ
-
Azərbaycanla Vyetnam arasında sənədlər mübadilə edildi - Fotolar
-
Prezidentin köməkçisi NATO nümayəndəsi ilə görüşüb - FOTO
-
Hacıqabulda suçəkmə işləri davam etdirilir - Video+Fotolar
-
Atasının qətlini 60 minə sifariş edibmiş: Təbii yolla öldüyü bilinsin deyə “tok”a verəcəklərmiş
-
Vilayət Eyvazov xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirdi - FOTO/VİDEO
-
Bakıda iki maklerə cinayət işi açıldı - 155 minlik dələduzluq
-
Suya borcu olan abonentlərin nəzərinə! - VİDEO
-
İlham Əliyevlə To Lamın geniş tərkibdə görüşü başladı - FOTO
-
Bayramov İraq Prezidenti ilə görüşdü - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Meydan TV“ işi üzrə saxlanılan jurnalist həbs edilib - 1 ay 29 gün
-
Vyetnam lideri Bakıda - İlham Əliyev və birinci xanım qarşılayıblar
-
Serbiya Prezidentinin təyyarəsi Bakıda təcili eniş etdi - Moskvaya gedə bilmədi
-
Prezidentdən sənaye parkları ilə bağlı - Fərman
-
Azərbaycan bank sektorunda aparılan islahatlarla regionda irəlidədir - “S&P Global Ratings“ açıqladı
-
Pensiya kapitalından necə istifadə etmək olar? - Deputat qanunun tələblərini açıqladı
-
Nazirin təyinat xəbəri silindi - Naxçıvanda nə baş verir?
-
Türkiyə turizmdən rekord məbləğdə gəlir əldə etdi - FOTOLAR
-
Kosmetoloq Dilrubə Sətyarlı lisenziyasız fəaliyyətini davam etdirir - FOTOLAR
-
Nazirlik tərəfindən bataqlıq ərazidə tikilmiş binanın sakinləri çəvəziyyətdə - VİDEO
-
Bakıda qadın estetik əməliyyatlarına pul verməyən kişinin başını əzdi - Cinayət işi açıldı
-
Öz ayağı ilə getdiyi xəstəxanadan niyə meyiti çıxdı? - VİDEO
-
“Pakistan Hindistanın raket hücumlarına cavab haqqını özündə saxlayır“ - Təhlükəsizlik Komitəsi
-
Vialon” MMC vətəndaşın başına daş yağdırır - VİDEO
-
Azad edilmiş rayonlarda tikinti xərcləri açıqlanıb - SİYAHI
-
Gənc müğənni Dilarə Mahmudova: “Musiqi mənim üçün həyatın özü, nəfəs aldığım dünyadır”
-
Bakıda masaj salonu işlədən qadın dabankeşlə döyüldü - Şəriki saxlanıldı
-
“Çox bahalı prosedurlardır, cəmiyyəti və dostları xəbərdar edəcəyik“ - Əvəz Zeynallı
-
Taksidə mübahisə qanla bitdi - Əhməd Məmmədli saxlanıldı
-
Bakının bu ərazilərində evlər kəskin bahalaşacaq - QİYMƏTLƏR
-
Sevgilisinin saçını qırxan kişi - Həbs edildi
-
Cəmi 3 ay müşavir işlədi - Yeni vəzifəyə getdi
-
Tiktoker Mahirə cinayət məsuliyyətinə cəlb olunub - İnsan alverində günahlandırılır
-
Azərbaycan və İraqın XİN rəhbərləri görüşdü - FOTO
-
Dövlət İmtahan Mərkəzində nələr baş verir? - Təhsil eksperti elə ittihamlar səsləndirir ki...
-
Maşınının qaçırıldığını gələn cərimə ilə bilib - Turalın üçüncü cinayəti
-
Azərbaycan XİN Pakistana qarşı hərbi hücumları pisləyib
-
Özünü şəhid atası kimi təqdim edən şəxs saxlanılıb - FOTO
-
Hakan Fidan pakistanlı həmkarına zəng vurdu - Türkiyənin Pakistanla həmrəy olduğunu bildirdi
-
Toy üstündə dava: Gitara ifaçısı müğənnini xəstəxanalıq etdi
TOP 10
ARXİV