“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Yeni Roma Papası kimdir? – XIV Lev haqqında hər şey

Tarix 08.05.25, 23:14

Font ölçüsü : - / +
bitmap-img6


Amerikalı kardinal Robert Prevo Roma Papası seçildi

AzFakt.com xəbər verir ki, Vatikan - Katolik kilsəsində mühüm tarixi dəyişiklik baş verib. Amerikalı kardinal Robert Fransisk Prevo yeni Roma Papası seçilərək pontifik adını XIV Lev olaraq elan edib. Bu hadisə həm Amerika, həm də dünya katolikləri üçün xüsusi bir mərhələnin başlanğıcı hesab olunur.

Xalq qarşısında ilk çıxış

Yeni Papa bu gün Vatikanın Müqəddəs Pyotr bazilikasının məşhur eyvanından xalqa göründü. Onun seçilməsi ilə Roma Papalığı tarixində ikinci dəfədir ki, bu vəzifəyə Amerika qitəsindən biri gətirilir. İlk dəfə bu tarixə argentinalı Xorxe Mario Berqolyo – hazırkı Papa Fransisk yazılmışdı.

Latın Amerikası təcrübəsi və islahat mesajı

69 yaşlı Robert Prevo ABŞ-da doğulub. Buna baxmayaraq, uzun illərini Peruda missionerlik fəaliyyətinə həsr edib. O, eyni zamanda Vatikanın Piskoposlar üzrə Dikasteriyasının prefekti kimi çalışıb və Avqustinyan rahiblərinin rəhbəri vəzifəsini iki dəfə icra edib.

Yeni Papa islahat yönümlü çıxışları, mülayim mövqeyi və beynəlxalq dini əməkdaşlıq təşəbbüsləri ilə tanınır. Onun rəhbərliyi dövründə Katolik Kilsəsində islahatların davam edəcəyi gözlənilir.

XIV Lev KİMDİR?

Əsl adı: Robert Fransisk Prevo

Yaşı: 69

Doğum yeri: ABŞ

Keçmiş vəzifələri:

Vatikanın Piskoposlar üzrə Dikasteriyasının prefekti

Avqustinyan rahiblərinin rəhbəri (iki müddət)

Təcrübəsi: Uzun illər Peru’da missionerlik fəaliyyəti

Katolik Kilsəsində yenilikçi və islahat yönümlü mövqeyi ilə tanınır

Tarixdə Amerikadan seçilən ikinci Roma Papasıdır 



Xəbərin oxunma sayı : 175




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap