Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Natiq Nəbili seçicilərlə ilk görüşünü keçirdi - FOTOLAR

Tarix 23.01.20, 22:23

Font ölçüsü : - / +
bitmap-img6


54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizəd Natiq Nəbili seçicilərlə görüşüb.

Yenicag.az xəbər verir ki, aktiv seçki təbliğatına başlayan Natiq Nəbili Şabran rayonu Ağbaş, Ağalıq və Gəndov kəndinin sakinləri ilə görüşüb.

Kənd sakinlərini öz seçki platforması ilə tanış edən Natiq Nəbili sakinləri seçkidə iştirak etməyə çağırıb:

“Artıq 20 ildir ki, kənd təsərrüfatı sahəsi üzrə bizneslə məşğulam və şabranlılarla çox yaxın iş münasibətində olmuşam. Buradakı problemlərlə yaxından tanışam. Hər şeydən əvvəl sizə demək istəyirəm ki, seçkilərdə iştirak edin. Kimə səs verməyinizdən asılı olmayaraq seçkilərdə iştirak etməklə, siz öz gələcəyinizi müəyyənləşdirirsiniz. Mənim millət vəkili seçilmək istəməyimdə məqsədim hər hansı bir statusa yiyələnmək deyil. Sizlərin içindən çıxmış birisi kimi deyirəm ki, bunu özümə bir borc bilirəm, istəyirəm ki, cənab prezident İlham Əliyevin islahatlarının bu bölgədə reallaşmasında mənim də bir payım olsun. Sizlərin problemlərini dilə gətirim və o problemlərin həllinə birlikdə nail olaq. Ümid edirəm ki, 9 fevral günü doğru seçim edəcək və öz layiqli təmsilçinizi seçəcəksiniz”.

Seçicilərlə qarşılıqlı dialoq formasında keçən görüşdə kənd sakinləri Natiq Nəbili ilə öz təəssüratlarını bölüşüb, təkliflərini veriblər.

Məlumat üçün bildirək ki, 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizəd Natiq Nəbilinin seçki qərargahı Heydər Əliyev prospektində yerləşir. Seçicilər günün istənilən vaxtı seçki qərargahına müraciət edə bilərlər.











Xəbərin oxunma sayı : 490




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap