“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Navalnı oteldə zəhərlənib - Su butulkasında “Noviçok“ izləri tapıldı

Tarix 17.09.20, 21:23

Font ölçüsü : - / +
bitmap-img6


Kremlin tənqidçisi Aleksey Navalnını zəhərləmək üçün istifadə olunan sinir qazı onun Sibirin Tomsk şəhərində qaldığı otel otağında boş su butulkasında aşkarlanıb. Bu haqda Navalnının komandası sentyabrın 17-də məlumat yayıb və antikorrupsiya fəalının aeroportda deyil, oteldə zəhərlənməsi ehtimalını irəli sürüb. Navalnı ötən ay Tomskdan Moskvaya uçarkən təyyarədə özünü qəfil pis his edib, bir neçə gündən sonra Berlinə aparılıb. Almaniya onun Noviçok sinir qazıyla zəhərləndiyini bildirib. Rusiya isə müxalifətçinin zəhərlənməsinə dəlil tapmadığını deyir.

Navalnının “Instagram” hesabında yerləşdirilmiş videoda onun komanda üzvləri avqustun 20-də Tomskdakı "Xander" otelində qaldığı nömrədə axtarış aparırlar. Axtarış müxalifətçinin şübhəli vəziyyətdə özünü pis hiss etməsi xəbəri yayılandan bir saat sonra aparılıb.

“Qərara alındı ki, hətta nəzəri baxımdan faydalı ola biləcək hər şey toplansın və Almaniyada həkimlərə verilsin. Məsələnin Rusiyada araşdırılmayacağı aydın idi”, – postda vurğulanır. Videoda komanda üzvlərinin boş mineral su butulkalarını, digər əşyaları qoruyucu əlcəklə topladığı görünür. “İki həftə sonra Almaniyadakı laboratoriya Tomskdakı otel otağında su butulkasından "Noviçok" izləri tapıb”, – postda deyilir.

“Bundan sonra Alekseydən götürülmüş başqa analizlər də onun zəhərləndiyini göstərdi. İndi biz anlayırıq: o otel otağını tərk edib aeroporta getməmişdən bu həyata keçirilib”, – məlumatda bildirilir.

Rusiya istintaq öncəsi yoxlamalar aparıb, ancaq işlə bağlı cinayət işi açılmağa tibbi təhlili görməli olduğunu bildirib.

“Proyekt” nəşri yazır ki, Navalnının qaldığı nömrənin lobbisindəki kameralar nə baş verdiyini anlamağa kömək edərdi. Amma güc strukturları müşahidə kameralarını və ona çıxaşa imkan verən texnikanı serverdən ayırıblar. Otel əməkdaşı hazırda oteldə videomüşahidə aparılmadığını bildirib.

Britaniya sentyabrın 16-da bəyan edib ki, Navalnıya hücumu Rusiya kəşfiyyat xidmətlərinin həyata keçirməsi dəqiqdir və kimyəvi silahdan istifadə qəbuledilməz olduğundan Rusiya buna görə cavab verməlidir.Navalnı Prezident Vladimir Putinin qatı tənqidçilərindəndir. (azadliq.org)



Xəbərin oxunma sayı : 787




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap