“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Netanyahunun xanımından qeyri-normal hərəkətlər – Təyyarədə qalmaqal yaratdı + VİDEO

Tarix 19.08.19, 17:30

Font ölçüsü : - / +
bitmap-img6


İsrailin millətçi baş naziri Binyamin Netanyahunu səfər zamanı müşayiət edən xanımı Sara Netanyahu laynerə daxil olarkən onu layiqincə qarşılamadığı üçün təyyarə komandirini danlayıb. “Vesti İzrail” xəbər verir ki, qalmaqal avqustun 19-na keçən gecə B.Netanyahunun Kiyevə uçduğu “El-Al” təyyarəsində yaşanıb.

S.Netanyahu qəzəblə yerindən tullanaraq pilot kabinəsinə hücum çəkib, lakin onu içəri buraxmayıblar. Bu, Baş nazirin özündən müştəbeh xanımını daha da hiddətləndirib. Nəticədə komandir Netanyahu cütlüyünü göyərtədə, Kiyevə enişdən 45 dəqiqə öncə yenidən salamlayıb.

Əslində layneriin komandiri S.Netanyahunu uçuşdan öncə də salamlayıb, lakin çox güman ki, o bunu eşitməyib və nəticədə insident yaranıb. İkinci dəfə Baş nazirin yoldaşının adı xüsusi vurğulanıb: “Hökumət başçısına və onun xanımı Sara Netanyahuya uğurlu səfər arzulayırıq”.

Hökumət başçısının dəftərxanasında məhz B.Netanyahunun mühafizəçilərinin pilot kabinəsinə yolu bağladıqları inkar edilir. Qeyd olunub ki, söhbət dərhal həll edilən anlaşılmazlıqdan gedir, hadisədən sonra uçuş adi rejimdə davam edib.



“El-Al”dan məsələyə münasibət bildirərək deyiblər ki, Netanyahu cütlüyü daimi olaraq bu aviaşirkətin xidmətlərindən istifadə edir: “Kiyevə uçuş zamanı Baş naziri və onun xanımını bizim təyyarəmizdə görməyə şad olduq”.

Lakin iş bununla bitməyib. Netanyahu ailəsi Kiyevdə təyyarədən enərkən ənənəvi Ukrayna geyimində olan üç qız onları duz-çörəklə qarşılayaraq salamlayıb. Bu mərasimdən anlayışı olan ölkə başçısı çörəkdən bir tikə qoparıb və duza batıraraq dişləyib. Dilimi yoldaşı Saraya uzatdıqda isə xanım onu yerə atıb.

Xatırladaq ki, bu, Binyamin Netanyahunun Kiyevə son 20 il ərzində ilk səfəridir.












Xəbərin oxunma sayı : 151




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap