Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

“Dostluq“ yatağı dostcasına bölünüb? - “Hələlik, təxminən 30 faizi Azərbaycandadır...“

Tarix 19.02.21, 21:27

Font ölçüsü : - / +
bitmap-img6


"Azərbaycan Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisə təqdim edilib. 

Sənəd fevralın 18-də Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində müzakirə edilib.  Bildirildiyinə görə, layihəyə əsasən, "Dostluq" yatağının karbohidrogen resurslarının 30 faizi Azərbaycana, 70 faizi isə Türkmənistana düşür.

30 ilə yaxındır iki ölkə arasında mübahisə predmeti olan bu yatağın belə bölgüsü nə dərəcədə düz və nə dərəcədə dostcasınadır?

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə "Turan" agentliyinə deyib ki, Azərbaycanla Türkmənistan arasında imzalanmış sənəd, hələlik, memorandumdur: "Pay bölgüsü müvafiq kontrakt imzalananda müəyyənləşəcək. Hələlik, təxminən 30 faizi Azərbaycandadır və təbii olaraq, bu pay bölgüsü də yatırımı nəzərdə tutur. Hər zaman pay bölgüsünə uyğun olaraq, yatırım da eyni miqdarda olur. Kimin nə qədər yatırıma imkanı varsa, kim işlərin daha böyük həcmini üzərinə götürübsə, təbii ki, pay bölgüsü də ona uyğun aparılır. Amma bütün bu məsələlər kontrakt imzalananda daha dəqiq olacaq, hər bir istiqamətdə dəyişiklik ola bilər".

Deputatın fikrincə, imzalanmış memorandum böyük əhəmiyyət kəsb edir: "Azərbaycan bu razılaşmadan sonra Orta Asiyanın Avropa ilə enerji məsələlərində aktiv rol oynayacaq, Xəzərin bütün enerji ehtiyatları məhz Azərbaycan vasitəsilə dünyaya çıxacaq. Azərbaycanın nəqliyyat tranzit sistemlərindən istifadə edilməsi bizəəlavə zəruri divident gətirəcək".

Komitə üzvü qeyd edib ki, uzun illərdir hamının gözlədiyi layihə üçün yaşıl işıq yanıb: "Artıq bizim region Avropanın enerji təhlükəsizliyində çox mühüm rol oynayacaq. Bu, Azərbaycanın həyata keçirdiyi bütün layihələr üçün yeni və ciddi dəstəkdir. Buna sadəcə adi bir layihə kimi baxmaq kifayət eləmir".



Xəbərin oxunma sayı : 877




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap