“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Biz Xocalıya qayıdacağıq. Başqa yolu yoxdur!” - “Ermənistan süni əngəllər yaratmaq istəsə...“

Tarix 26.02.21, 15:03

Font ölçüsü : - / +
bitmap-img6


“Biz əməkdaşlığa açıq ölkəyik. Azərbaycanda müxtəlif xalqların nümayəndələri əsrlər boyu bir ailə kimi yaşayır, burada heç vaxt nə dini, nə də milli zəmində hər hansı qarşıdurma və ya anlaşılmazlıq olmayıb. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Bütün xalqların nümayəndələri bir bayraq altında, bir yumruq kimi birləşdi və bu qələbədə Azərbaycanda yaşayan hər bir xalqın qiymətli payı var”.

Bu sözləri Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında deyib: “Ermənilərlə birgə yaşamağımıza gəlincə, müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda azərbaycanlılarla ermənilər birgə yaşayır. Bu yaxınlarda mənə verilən məlumata görə, jurnalistlər Ermənistanın keçmiş müdafiə nazirinin Azərbaycanda yaşayan bacısını tapmışdılar.

90-cı illərdə Ermənistan müdafiə naziri olan və azərbaycanlılara qarşı soyqırımı törədən şəxsin bacısı Azərbaycanda yaşayır. Ona bir söz deyən var? Yoxdur. Azərbaycan xalqının əxlaqı budur. Biz bundan sonra da buna hazırıq. Əminəm ki, Qarabağın sülhməramlı missiyanın nəzarətində olan hissəsinə də azərbaycanlılar qayıtmalıdırlar, qayıdacaqlar. Noyabrın 10-da imzalanmış bəyanatda bu göstərilir. Bəli, bu, bir qədər zaman tələb edir, birgə səylər tələb edəcək. O cümlədən biz Xocalıya da qayıdacağıq. Başqa yolu yoxdur. Ermənistan tərəfi də bunu anlamalıdır. Süni əngəllər yaratmaq istəsə, ancaq özünə zərbə vurmuş olar.

Müharibənin yaraları sağalmayıb. Xocalı yaraları heç vaxt sağalmayacaq. Biz heç vaxt Xocalı soyqırımını unutmayacağıq. Müharibənin yaralarının sağalması üçün vaxt lazımdır. Bunu biz başa düşürük və burada heç kimi tələsdirmək istəmirik, heç kimi məcbur etmək istəmirik”.



Xəbərin oxunma sayı : 1726




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap