| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Nuru paşanın silahdaşı, ölümü Rəsulzadəni sarsıdan Sarı Ələkbər – Əfsanəvi həyat
Tarix 16.03.21, 9:55 |
|
AzFakt.com Azərbaycanda erməni-daşnak teroruna qarşı xalq mübarizəsinin və milli istiqlal davasının öncüllərindən biri Sarı Ələkbərlə bağlı maraqlı faktları təqdim edir.
***
Ələkbər İmamqulu oğlu (Sarı Ələkbər) 1874-ci ildə Gəncədə anadan olub. İlk təhsilini bu şəhərdə alıb.
Bəzi qaynaqlarda Sarı Ələkbərin Gəncədəki Xəlfəli məhəlləsinin adlı-sanlı nəsillərindən olduğu deyilir.
***
Sarı Ələkbər gənc yaşlarında yerli əhaliyə qarşı zülm edən çar məmurlarına qarşı mübarizə aparan qaçaqlara qoşulub və onlara silahdaşlıq edib.
1900-cü illərin əvvəllərindən, daha dəqiq desək, 1906-cı ildən yeni yaradılan və daşnak terroruna qarşı mübarizəni qarşısına məqsəd qoyan «Difai» milli təşkilatının üzvü olub. Bir qədər sonra Gəncə Milli Komitəsinin aparıcı şəxslərindən biri olmaqla onun iki zərbə dəstəsindən birinə başçılıq edib.
***
Bir dəfə naməlum quldurlar Gəncənin ən zəngin ailələrindən olan Axundovların evinə basqın edir, ailə üzvlərini öldürürlər. Yalnız beş yaşlı Mirəli (sonralar tanınmış zooloq-alim olub) çarpayının altında gizləndiyindən sağ qala bilir. Sarı Ələkbər uzun axtarışlardan sonra basqının Yevlaxdan gələn 8 nəfərlik quldur dəstəsi tərəfindən törədildiyini dəqiqləşdirir. Öz silahlıları ilə Yevlaxa gedərək həmin 8 nəfəri məhv edir. Beləliklə, həm günahsız bir ailənin qisasını alır, həm də Gəncədə at oynatmağa çalışanlara bunun onlara baha başa gələcəyinin mesajını verir.
***
Sarı Ələkbərin başçılıq etdiyi dəstə 1918-ci ildə Nuru Paşanın başçılığı altında Azərbaycan gələn Türk-İslam ordusu ilə birgə döyüşüb.
***
Azərbaycanın ilk Cümhuriyyətinin qurulmasında və möhkəmlənməsində də fəal iştirak edən Sarı Ələkbər 1920-ci ilin aprel işğalından sonra yenidən qaçaqlığa qayıdıb. Bu dəfə o, rus-bolşevik istilaçıları ilə mübarizəyə girişib. Sarı Ələkbər 1920-ci ilin mayın 24-dən iyunun 5-dək davam edən sovetləşməyə qarşı Gəncə üsyanının əsas simalarından olub.
***
Yeri gəlmişkən: on gündən artıq davam edən Gəncə üsyanı nəticəsində müqavimət hərəkatının 12 min üzvü qətlə yetirilib. 11-ci Qızıl Ordu tərəfdən verilən itkilərin isə 8500 nəfər olduğu bildirilir.
***
Gəncə üsyanının başçılarından biri Cahangir bəy Kazımbəy xatirələrində 1920-ci il mayın 24-dən 25-nə keçən gecə Gəncədəki Balabağban məscidində partizan dəstələrinin rəhbərləri Sarı Ələkbər və Qaçaq Qəmbərlə üsyana başlamaq haqqında razılığa gəldiklərini qeyd edib. Sitat: "Qərara alındı ki, onlar hər biri, öz dəstəsilə, Bağman tərəfdən hərəkətə başlayaraq, Gəncə çayını keçəcək və şəhərin erməni hissəsində yerləşmiş Qızıl Ordu hissələrinə hücum edəcəklər...
Saat 6-da bizim batalyon və rota komandirləri ilə müşavirə keçirib, plan qururuq...
İlk atəşlər açılan kimi, şəhərin demək olar ki, bütün kişi əhalisi ələ nə gəldi silahlanaraq, küçələrə çıxır və döyüşən dəstələrimizə köməyə gəlir...
Axşam saat 11-də, özünün bütün komandir heyəti və artilleriyası ilə birgə bütün qırmızı diviziya, eləcə də "Şəriət alayı" tərk-silah edilərək, şəhər həbsxanasına salınır".
Beləliklə, Gəncə işğlaçılardan təmizlənir...
1952-ci ildə Parisdə nəşr olunan "Azərbaycan" jurnalının ikinci sayında isə Ceyhun bəy Hacıbəyli də Gəncə üsyanının qəhrəmanları sırasında Sarı Ələkbərin də adını çəkib.
***
Üsyan yatırıldıqdan sonra sağ qalan savaşçılardan bəziləri Türkiyə sərhədini keçərək, qardaş ölkəyə sığınmışlar. Bu zaman Sarı Ələkbər də övladlarından yalnız birini, on yaşlı İsmayılı gizlətməyə macal taparaq Türkiyəyə keçirməyə müvəffəq olub.
***
Sovet işğalından sonra bütün sərvəti bolşeviklər tərəfindən yağmalanan Sarı Ələkbərin ailəsi də böyük məhrumiyyətlərə düçar olublar. Onun anası Başxanım, həyat yoldaşı Cəvahir xanım, eləcə də digər övladları – oğlu Qulu və qızı Brilyant Qazaxıstana sürgün ediliblər. Bacıları isə bolşevik repressiyasına tuş gəldikləri üçün ailələri ilə birgə Gəncəbasarda gizlənməli olublar.
Tükürpədici məqam: həmin vaxt Sarı Ələkbərin anasının 85 yaşı olub, odur ki, sürgünə getməyə bilərdi, amma o, "mən sizi yalnız buraxa bilmərəm, oğluma nə cavab verərəm? Ölsəm də sizinlə gələcəyəm” deyərək gəlinini və nəvələrini bu məşəqqətli yolda tək qoymayıb.
***
Bir müddət sonra Sarı Ələkbərdən xəbər gəlir. Göyçədən Məmmədəli bəy adlı bir tacir Gəncədə olarkən, Sarı Ələkbərin bacılarına onun Qars şəhərində məskunlaşdığını xəbər verir. O, Sarı Ələkbərin ailəsinin də Türkiyəyə göndərilməsini arzuladığını deyir. Sarı Ələkbərin həyat yoldaşı və iki övladını gizlicə etibarlı adamların köməyi ilə bir neçə aya Qazaxıstandan Gəncəyə gətirirlər. Bu müddətdə Məmmədəli bəy də dəfələrlə sınağa çəkilir. Axırda o, son dəfə Türkiyədən dönərkən özü ilə tutarlı dəlil, Sarı Ələkbərin papağını və kəmərini gətirdikdən sonra şübhə yeri qalmır. Beləliklə, Sarı Ələkbərin ailəsi onunla Ermənistan-Türkiyə sərhəd məntəqəsindən yola düşür. Sarı Ələkbər bura göndərdiyi adamları vasitəsilə ailəsini Türkiyəyə keçirir. Məmmədəli bəy Gəncəyə növbəti səfəri zamanı məşhur fədainin ailəsinə qovuşması haqda müjdə gətirir.
***
Sarı Ələkbərin beş bacısı olub: Nərgiz, Kübra, Gilə, Sarabəyim və ömrünü Orta Asiyada sürgündə başa vuran Zinyət xanım.
Onun yeganə qardaşı Məhəmmədrza isə rus-bolşevik işğalından bir müddət sonra bolşevikləşmiş erməni quldurları tərəfindən xəyanət nəticəsində ələ keçirilib və vəhşicəsinə qətlə yetirilib.
***
Sarı Ələkbərin bacıları qardaşlarının meyitini necə olursa-olsun saxlandığı yerdən, yəni bolşeviklərin məskunlaşdığı kazarmaların ərazisindən çıxarmağı qərara alırlar. Məhəmmədrzanın qayınatası Hacı Kərimin köməyi ilə Nərgiz və Gilə gecə ikən qızıl əsgərlərə qızıl verərək şəhid qardaşlarının nəşini kazarmalardan çıxarırlar. Bacılar onu arabada, ot-ələfin altında gizlədərək Səbizkar qəbiristanlığına gətirir, orada bütün dini ayinlərə riayət edərək torpağa tapşırırlar.
***
Sarı Ələkbərin bununla da kifayətlənməyən bacıları qardaşlarının qanını yerdə qoymayacaqlarına söz verirlər. Onlar Məhəmmədrzanın gizləndiyi yeri bolşeviklərə nişan vermiş satqını da müəyyənləşdirməyə müvəffəq olurlar. Böyük miqdarda pul müqabilində bacılara təhvil verilən satqını Nərgiz xanım Kür sahilində öz əlləri ilə güllələyib.
***
Sarı Ələkbər Qarsda yaşayıb və orada gübrə zavoduna sahiblik edib.
1956-cı ildə 71 yaşında vəfat edən qəhrəman yurddaşımızın övladları İsmayıl, Brilyant və Qulu qardaş ölkədə öz savad və bacarıqları ilə yüksək məqamlara çatıblar. Onlar ixtisasca həkim olublar. İsmayıl orduda, Brilyant xanım isə Türkiyə Səhiyyə Nazirliyində yüksək vəzifələr tutmuşlar.
Sarı Ələkbər və onun nəsli Türkiyədə "Sarıyal" soyadını götürüblər. Bu soyad qardaş ölkədə çox tanınır. Brilyant xanımın oğlu Türkiyə parlamentinin üzvü – İstanbuldan millət vəkili seçilib.
***
Sarı Ələkbərin dünyasını dəyişdiyindən xəbər tutan Azərbaycan Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə onun ailəsinə başsağlığı məktubu yollayıb. Məktubda Sarı Ələkbərin Azərbaycan üçün xidmətlərini yüksək qiymətləndirib, onun ölümündən dərin üzüntüsünü ifadə edib.
Bu da həmin tarixi məktubun mətni və fotosu:
Varşava, 17.12.{19}38
Muhterem Dr. Bay İsmail Sarıyal`a
Aziz arkadaş!
Saygılı atanızın vefatı haberini çok büyük bir teessürle haber aldım.
Bu yüzden duyduğunuz sonsuz teessüre candan iştirak ederken, merhum Ali Akber`in Milli Azerbaycan mücadelesi yolunda göstermiş olduğu unutulmaz mücahedelerile Milli harekete karşı beslediği sadakat hislerinin minnetdar hatıralarımızda ebediyen yaşayacağını ehemiyetle kayt eder, gerek bizzat kendim ve gerek arkadaşlar namına size yürekten başsağlığı veririm.
Sevgi ve saygılarla.
M.E.Resulzade
Adres: Warszawa. W.Kielecka 36. 8
***
Daha bir maraqlı fakt: sonralar Rəsulzadə polşalı xanımı ilə birgə Türkiyəyə köçüb və həmin vaxt Sarı Ələkbərin ailəsinə baş çəkib.
Mənbə: Azmarka.az


Xəbərin oxunma sayı : 1315
Xəbərlər
-
Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
-
Azərbaycandan dünyaya uzanan yaşıl enerji xəritəsi
-
“Planet Kids“də işə düzəltmək adı ilə pul aldı - Məhkəmə qərar verdi
-
Afət Fərmanqızı ilə Dəniz Əsədovanın məhkəməsi - Nələr oldu?
-
Tezliklə Ərəb dənizi də “düşmən qüvvələri“ndən təmizlənəcək - Müctəba Xamenei
-
Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq - RƏSMİ
-
“Biz artıq top-komanda deyilik” - Şvaynştayger millini topa tutdu
-
Şuşa rayonunda mina partlayışı baş verib - Bakı sakini yaralandı
-
Prezident üç rayona icra başçısı təyin etdi - SƏRƏNCAM
-
Uzunmüddətli inkişaf strategiyası
-
Xatunun yolunu bağlayan kimdir? - “Mənə dedilər ki...“
-
“Süni intellekt milyardlarla insanın ölümünə səbəb ola bilər” - Bill Qeyts
-
Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri - Açıqlandı
-
Ermənistanda benzininin qiyməti rekord səviyyəyə çatdı - TASS
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Pakistanda azərbaycanlı qadına təcavüz edildi - TƏFƏRRÜAT
-
Madyarın toxunulmazlığı ləğv edildi - Oğurluqda ittiham olunur
-
Azərbaycan xurmanı hansı ölkələrə və neçəyə satıb? - Siyahı
-
Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
-
Məktəblərdə kütləvi pul yığılır - SƏS YAZILARI
-
112 min manatlıq qanunsuz qumar əməliyyatı - TƏFƏRRÜAT
-
Bakıda oğul öldürüldü - Ananın da meyiti tapıldı
-
Prezidentin yeni rütbələr verdiyi şəxslər kimdir? - FOTOLAR
-
Həyat yoldaşının gözünü “göyərtdi“ - Məhkum edildi
-
Bu 5 küçədə ancaq piyadalar hərəkət edə biləcək - Oktyabrın 5-dən
-
Sabah Azərbaycanda leysan olacaq -Xəbərdarlıq
-
Toyuq filesi marketlərdə niyə yoxdur? - AÇIQLANDI
-
Jurnalist Əvəz Zeynallı vəfat etdi
-
Bakıda yağış, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
-
Minatəmizləmə Agentliyi 5 maşın alır - 719 min manat xərclənəcək
-
Sabunçuda qadın qətlə yetirildi - Əri saxlanıldı
-
Ketçup hansı ölkələrdən gətirilir və marketdə neçəyə satılır? - Siyahı
-
Avtoxuliqanlıq edən sürücü həbs olundu - 15 sutka
-
Ebru Gündeş 200 min dollarlıq əməliyyatdan sonra - FOTOLAR
-
Bakıda bu ərazidə yeni tunel inşa ediləcək - VİDEO
-
Prezident onlara ali xüsusi və ali hərbi rütbələr verdi - SƏRƏNCAM
-
Ərdoğan İlham Əliyevə zəng etdi - Anım Günü ilə əlaqədar
-
Kredit kartlarından istifadədə diqqətçəkən dəyişiklik:Vətəndaşların yeni maliyyə seçimi
-
Prezident bir qrup prokurorluq işçisini təltif etdi - SİYAHI
-
Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib - Tokayev
-
Yasamal rayonunda yaşıllığı məhv edərək hotel tikirlər? - VİDEO
-
Aİ-də miqrasiya böhranına qarşı yeni plan: 24 saata qüvvələr göndəriləcək
-
Tehran Vaşinqtonla həm yeni münaqişəyə, həm də danışıqlara hazırdır - Əraqçı
-
Paytaxtda hərəkəti çətinləşdirən əsas səbəb nədir? - VİDEO
-
Xırdalanda bir qrup sakin mənzillərinə çıxarış ala bilmirlər - VİDEO
-
27 Sentyabr Anım Günü tarixi Zəfərə aparan yolun başlanğıcı
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti artacaq - VİDEO
-
Azərbaycanda 490 manata satılan meyvə - Xaricdən 22 manata gətirilir
-
“Kaşif Kozinoğlu işi“ ilə bağlı YENİ DETAL: Daha əvvəl saxlanılan həkim evində ölü tapıldı
-
Tramp Feyrford aviabazasındakı həbslərdən danışdı: “Onları uzun müddət izlədik“
-
“Xəbərdarlıq etmişdik, dinləmədilər” - “Real”dan Fransa millisinə ittiham
-
Azərbaycanda avtomobil almaq çətinləşir? - İdxal niyə kəskin azalıb?
-
Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib - Fotolar
-
Bakıda bu mənzil 10 milyona satılır - FOTOLAR
-
İran generalından ABŞ-a xəbərdarlıq: “Region daha böyük müharibəyə sürüklənəcək”
-
Anar Ələkbərov “44” filmindən daha bir hissəni paylaşıb - Video
-
“Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə qalacaq” - Ərdoğan
-
Millətlər Liqası:Azərbaycan Litva ilə heç-heçə etdi
-
Hörmüz boğazından rekord həcmdə neft daşınıb - Tramp
-
Dünyada deputatların ən çox maaş aldığı 10 ölkə - SİYAHI
-
KTN rəhbərlik və kollektivi Zəfər parkında - FOTOLAR
-
Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq - Hikmət Hacıyev
-
Baxçalı 2 mafiya liderini barışdırdı - Sedat Peker dəstək verdi
-
Niderland əhaliyə çağırış etdi: Üç günlük ərzaq və su ehtiyatı saxlayın
-
Azərbaycan xalqının milli kimliyinin və ləyaqətinin nə qədər yüksək olduğunun bütün dünyaya nümayişi
-
“Hər şey Sizdən başladı, cənab General“ - Polad Həşimovun xanımı
-
Beyləqanda ehsan süfrəsi açıldı - FOTOLAR
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - ŞOK İDDİA
-
27 sentyabr-Anım Günü: Milli birlik, həmrəylik rəmzi, qəhrəman şəhidlərimizə dərin ehtiramın ifadəsi
-
Smartfonlar Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - Siyahıda ABŞ və Avropa yoxdur
-
Dostunun kartından özünə 2020 manat köçürüb qaçdı - Bu cəza verildi
-
Yüzlərlə kilometr köhnə avtobuslarda: Rayonlara gediş-gəliş niyə sınağa çevrilir?
-
ABŞ İrana iqtisadi təzyiqi artırır - 50-dən çox ölkə ilə danışıqlar aparılıb
-
Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi - FOTOLAR
-
Pensiya sistemi dəyişir: Yeni qaydalar kimlərə və necə təsir edəcək?
-
YAP-ın qurultayı növbədənkənar deyil - Tahir Budaqov
-
DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı - Video - Fotolar
-
44 günlük qəhrəmanlıq dastanının yazılmasının başlandığı tarix
-
Müşavir vəzifəsindən çıxdı, şöbə müdiri təyin olundu - FOTO
-
Prezident və birinci xanım Zəfər parkında - FOTOLAR
-
Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - FOTO
-
Vətən müharibəsinin ilk mülki qurbanları - Qurbanovlar ailəsi
-
Dünyda ən çox dizel ixrac edən ölkələr - SİYAHI
-
TikTok 100 milyon dollar ödəyir - Uşaqlar üçün yeni rejim
-
Səhər nə içmək daha yaxşıdır: Qəhvə, yoxsa portağal şirəsi?
-
Kuba ilə ordusuz razılığa gələcəyik - Donald Tramp
-
Bakının bu ərazisində bulvar salınır - VİDEO
-
Ağsu aşırımında aktivlik yenidən artdı - VİDEO
-
Putin və Zelenski razılığa gələcəklər? - Trampdan yeni açıqlama
-
Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım - FOTO
-
Ət bazarında yeni qaydalar: Qiymətlər bahalaşa bilər
-
Prezident Anım Günü ilə bağlı paylaşım edib - FOTO
-
Anım Günü - Vətən müharibəsinin başlanmasından 6 il ötür
-
Moskva və Vaşinqton xəttində gizli diplomatiya: Putin və Tramp telefonla nələri danışıb?
-
Suraxanıda narkotik əməliyyatı keçirilib - VİDEO
-
Azərbaycanda ətin qiyməti ucuzlaşacaq? - Nazir açıqladı
-
Əli Kərimli 20 ilə kimi və ya ömürlük həbs edilə bilər - İstintaq bitdi
-
Xəstəlik səbəbilə pul alanların DİQQƏTİNƏ - Bu qədər məbləğ çıxılacaq
-
SOCAR-ın satın aldığı bank niyə yığıncaq keçirə bilmir? - Yenə təxirə salındı
-
Avtobuslar “Avtovağzal”dan Bakı-Sumqayıt yoluna daha tez çıxacaqlar – Video
-
Nazirlik bu şəxslərin hesabına pul köçürdü - Məbləğ və say açıqlandı
-
Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq - Sabahın havası
-
Vəzir Həsənovun idarəsində yoxlama - Cəzalandırılanlar var
-
Prezident İlham Əliyev qəbullar keçirdi - FOTOLAR
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - Video
-
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
-
Prezident Tacikistan Baş nazirini qəbul etdi - FOTOLAR
-
Neft ixracı üçün əlimizdə boğazlardan kənar marşrutlar da var – Aramco rəhbəri
-
Bakıda qadın dişini çəkdirdiyinə görə vəfat edib? - VİDEO
-
“Azərpoçt“dan çıxdı, ASCO-da yeni vəzifəyə təyin olundu
-
Energetik Mürsəliyevin təhsilə uzanan əli - Həmdullayev necə sürətlə yüksəlib?
-
Beyləqanda əmək yarmarkası keçirildi - FOTOLAR
-
Azərbaycan nefti daha 4.5 dollar bahalaşdı - Qara qızılın son qiyməti
-
Trampın qadağasına hakim “yox” dedi - Ağ Evə qayıdırlar
-
Bayramov Nyu-Yordka Mirzoyanla görüşdü: Nələr müzakirə edildi? (FOTO)
-
Vətəndaşın əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - VİDEO
-
Binəqədidə bağçanın bağlanması valideynləri narahat edib - VİDEO
-
Zəngin resurslar iqtisadi gücə çevrilir
-
İqtisadiyyat üçün əlavə dəyər amili
TOP 10
ARXİV






