Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Oğlu ölən şəxs “Şərurlu İsfəndiyar”dan 2 milyon tələb edir - məhkəmə isə...

Tarix 24.03.21, 22:49

Font ölçüsü : - / +
bitmap-img6


Naxçıvanlı iş adamı İsfəndiyar Axundovun şirkətində baş verən ölüm hadisəsi ilə bağlı məhkəmənin ilkin qərarından apelyasiya şikayəti verilib. Mərhumun ailəsinin şirkətdən tələb etdiyi təzminatın məbləğinə dair ilkin instansiya məhkəməsinin qərarı mərhumun ailəsini narazı salıb.

2015-ci ildə Azadlıq prospekti və Süleyman Sani Axundov küçəsinin kəsişməsində “Şərur” MTK-nın inşa etdiyi çoxmərtəbəli binada qəlibçi işləyən Nahid Əliyev yıxılaraq dünyasını dəyişmişdi. Digər qəlibçi - Azad Abbasov isə az ağır xəsarət alıb.

Araşdırmalar zamanı hadisəyə səbəb tikinti-quraşdırma işləri zamanı təhlükəsizlik qaydalarının pozulması göstərilmişdi.

Buna görə də “Şərur” MTK-nın icraçı direktoru Nizami Nağıyev cinayət məsuliyyətinə cəlb edilmişdi.

Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən və s. işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma, ehtiyatsızlıqdan ölümə və ağır nəticələrə səbəb olduqda) maddəsilə təqsirləndirilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il həbs cəzası almışdı.

Mərhum 19 yaşlı Nahid Əliyevin atası, Cəlilabad rayonunun Soltankənd kəndinin sakini Əzizxan Əliyev “Şərur” Mənzil-Tikinti Kooperativinə (MTK) qarşı 2 milyon manat təzminat tələbilə iddia qaldırıb.

Əzizxan Əliyev tək oğlunu itirdiyi üçün mənəvi ziyana görə kompensasiya ödənilməsini istəyir. Bu tələblə də Nizami rayon Məhkəməsində “Şərur” MTK-ya qarşı iddia qaldırıb. Məhkəmənin hakimi Solmaz Ədilova 2020-ci ilin noyabrında bu məsələ ilə bağlı qərar verərək, şirkətin üzərinə zərərçəkmişə oğlunun ölümünə görə 5000 manat təzminat ödəmək öhdəliyi qoyub.

İddiaçı Əliyev deyir ki, 19 yaşlı gəncin ölümünə görə cəmi 5000 manat mənəvi təzminat müəyyənləşdirmək insana qarşı hörmətsizlikdir.

Əzizxan Əliyev qərardan apellyasiya şikayəti verib.

Musavat.com



Xəbərin oxunma sayı : 949




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap