“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Qırmızı xalçaya biri qara fata, digəri gəlinliklə çıxdı - Fotolar

Tarix 22.11.21, 15:17

Font ölçüsü : - / +
bitmap-img6


Ötən gün Los-Ancelesdə “American Music Awards” mükafatının təqdimetmə mərasimi keçirilib.

Axşam.az xəbər verir ki, tədbirin aparıcılığı reper Kardi B-yə həvalə olunub. O, gecə üçün seçdiyi “Schiaparelli”dən olan qara paltarını eyni rəngdə fata və qızılı maska ilə tamamlayıb.

Müğənni Cennifer Lopesin geyimi də mərasimdə seçilənlər arasında yer alıb. O, “Dolce & Gabbana”dan olan gəlinliyə bənzər libasını ağ duvaqlı baş geyimi ilə tamamlayıb. Lopez baş rolda çəkildiyi “Marry Me” filminin saundtreki olan “On My Way” mahnısını ifa edib. Sözügedən filmin təqdimatı fevralın 10-da olacaq.

Qırmızı xalçada obyektivlərə tuş gələn qonaqlar arasında “Maneskin”, “BTS” qrupları, Bruno Mars, Vinni Harlou, Billi Porter və Oliviya Rodriqo olub.

Tədbirdə il ərzində daha çox uğur əldə etmiş məşhurlar mükafata layiq görülüb.
 





Xəbərin oxunma sayı : 934




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap