Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 26 Mart 2024

    “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf

“Düşündüm ki, Aygün Kazımova dava salacaq“ - VİDEO

Tarix 13.01.22, 20:12

Font ölçüsü : - / +
bitmap-img6


Həkim-kosmetoloq Fidan Mustafayeva rejissor Nail Naiboğlunun "Youtube"da yayımlanan "Qırmızı" layihəsində qonaq olub.

Axşam.az xəbər verir ki, kosmetoloq məşhurlarla işbirliyindən danışıb. F.Mustafayeva "Aygün Kazımovaya pul verdiniz sizi reklam etdi" sualına belə cavab verib:

"Aygün Kazımovanın pula ehtiyacı var? Bir prosedur oldu, Aygün xanıma allergiya verdi. Bunu onun üzündə olan yanlış bir dolğunu əritmək üçün etmişdim. Bir az qorxdu, üzü şişdi, qızardı... Amma o qədər təmkinli, xanımyana davrandı ki... Düşündüm ki, dava salacaq ki, üzümü nə günə qoydunuz, bir də bura gəlməyəcəm. Ancaq əksi oldu. Onun dərisində heç bir problem yoxdur, azca quruluq və günəş qaralmasından yaranan ləkə. Sadəcə, baxım etdik".

Kosmetoloq öz üzünə etdirdiyi dolğulardan bəhs edib:

"İlk dəfə dodaq dolğusunu 27 yaşımda etdirmişəm. 10 ildir artıq. Heç vaxt imkan vermirəm ki, pasient məndən narazı getsin. Onlar məndən razı qalana qədər lazım olanı edirəm".

Şəxsi həyatından danışan F.Mustafayeva 3 övladı olduğunu bildirib:

"Həyat yoldaşımla bir sinifdə oxumuşuq, 30 ildən çoxdur bir-birimizi tanıyırıq. Yoldaşım qısqancdır... Əvvəl daha çox idi, indi müdrik hal alıb. Mən də qısqancam, amma sevmirəm büruzə verim. Özü də ona şərait yaratmır. Gizli pulqabım yoxdur. Aldığım maaşın hamısını həyat yoldaşıma verirəm. O da mənim kaprizlərimə dözür. Elə bir şey yoxdur ki, mən istəyim onu yoldaşım əldə etməsin. Əlbəttə, məndən çox qazanır".

"Diana Əhədpura dünyada kosmetoloq qəhəddir ki, sizi seçib" sualına isə həkim-kosmetoloq "Onun Rusiyada kosmetoloqu var. Azərbaycana gələn müddətdə bəzi prosedurlar təklif etdim, razılaşdı. Hər dəfə Bakıya gələndə gəlib prosedurları edir" cavabını verib.









Xəbərin oxunma sayı : 991




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap