Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Kremldən sülhməramlılara təlimat: “Azərbaycan hərbçiləri ilə...”

Tarix 28.03.23, 17:43

Font ölçüsü : - / +
bitmap-img6


“Moskva-İrəvan münasibətlərindəki hazırkı vəziyyət Qarabağ separatçılarını çıxılmaz vəziyyətə sürükləyir”.

AzFakt.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Rusiya-Ermənistan gərginliyinin artdığını bildirib:

“Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın Beynəlxalq Cinayətlər Məhkəməsinin Roma Statutuna qoşulmaq planını tənqid edərək, İrəvanın ünvanına belə bir cümlə işlədib: “Beynəlxalq Cinayətlər Məhkəməsinin Rusiya rəhbərliyinə qarşı son qanunsuz və hüquqi cəhətdən etibarsız orderləri fonunda Ermənistanın qərarını tamamilə qəbuledilməz hesab edirik”.

Moskva Ermənistanın sözügedən istiqamətdə atacağı addımların ikitərəfli münasibətlərə mənfi təsir göstərəcəyini bildirib. “Atacağı addımlar” dedikdə söhbət Beynəlxalq Cinayətlər Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putinin həbsinə verdiyi orderdən gedir. Başqa sözlə, Putin İrəvana gedərsə, Ermənistan hüquq-mühafizə orqanları onu həbs etməlidir. Aydındır ki, Ermənistan Beynəlxalq Cinayətlər Məhkəməsinin Roma Statutuna qoşularsa belə, İrəvanın Putini həbs etməyə cəsarəti çatmaz. Digər tərəfdən, belə vəziyyətdə Putin də İrəvana getmək istəməz”.

Elxan Şahinoğlu Rusiya hərbçilərinin Zəngəzurda keçirdiyi təlimlərə də diqqət çəkib:

“Maraqlıdır ki, Rusiya Xarici İşlər Nazirliyi Kremlin təlimatı ilə Ermənistan hakimiyyətinin qərarını sərt tənqid edərkən, Rusiya Müdafiə Nazirliyi Ermənistanla birgə Qərbi Zəngəzurda birgə hərbi təlimlər keçirib. Bu təlimlər Azərbaycanın əleyhinədir. Kreml bununla demək istəyir ki, Baş nazir Nikol Paşinyanın siyasətindən narazı qalsa da, Ermənistanın Azərbaycan qarşısında gücsüz qalmasını istəmir. Buna baxmayaraq, Kreml-İrəvan münasibətləri tarixin ən soyuq dövrünü yaşayır ki, bu, Azərbaycanın maraqlarına uyğundur.

Moskva-İrəvan münasibətlərindəki hazırkı vəziyyət Qarabağ separatçılarını çıxılmaz vəziyyətə sürükləyir. Erməni separatçıları Qarabağda Rusiyasız “fəaliyyət”lərinə davam edə bilməyəcəklərini anlayırlar. Ancaq Kremlin Rusiya hərbi kontingentinə verdiyi hazırkı tapşırıq bundan ibarətdir ki, Azərbaycan hərbçiləri ilə toqquşmamalıdırlar. Bu, erməniləri ciddi narahat edir. Çünki erməni separatçıları Rusiya hərbi kontingentinin Azərbaycan hərbçilərini dayandırmasını istəyir. Bu baş vermədiyinə görə, erməni separatçılarının Rusiyadan məyusluğu artır. Bu o demək deyil ki, Rusiya Azərbaycanın maraqlarına uyğun hərəkət edir, sadəcə biz Qarabağda hədəflərimizə doğru irəliləməkdə davam edə bilərik”. (musavat.com)



Xəbərin oxunma sayı : 412




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap