Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“İşğal zamanı ərazilərimiz beynəlxalq terrorçuların hazırlanması üçün istifadə edilib“ - Prezident

Tarix 15.09.23, 15:43

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistan Respublikası 30 ilə yaxın ölkəmizin 20 faiz torpaqlarını işğal altında saxlamışdır. Fürsətdən istifadə edərək, işğal zamanı və sonrakı mərhələdə Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə göstərdikləri prinsipial mövqeyə görə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrə minnətdarlığımı bildirmək istəyirəm. Bu dövr ərzində orada insanlıq əleyhinə və hərbi cinayətlər törədilmiş, etnik təmizləmə aparılmış, həmin ərazilərimiz narkotik vasitələrin yetişdirilməsi və daşınması, habelə beynəlxalq terrorçuların hazırlanması üçün istifadə edilmişdir.

Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin İƏT-ə üzv dövlətlərin baş prokurorlarının 4-cü iclasının iştirakçılarına ünvanlandığı məktubda yer alıb.

Dövlətimizin başçısı qeyd edib ki, 2020-ci ildə ərazilərimiz işğaldan azad edildikdən sonra Azərbaycan digər çağırışlarla qarşılaşıb. Ölkəmizin şəhər və kəndləri Ermənistan tərəfindən qəsdən dağıdılıb, talan olunub, bütün mədəni və dini abidələr dağıdılıb, məscidlər təhqir olunub, qarət edilib. Birinci Qarabağ müharibəsi və sonrakı dövrlərdə 4 minə yaxın insan itkin düşüb ki, onların taleyi ilə bağlı qarşı tərəf hələ də heç bir məlumat vermir. Ermənistan işğal etdiyi ərazilərimizdə bir milyona yaxın mina basdırıb, urbisid, kultursid və ekosid cinayətləri törədib. İşğala son qoyulan kimi dövlətimiz bütün gücünü səfərbər edərək bu ərazilərdə geniş quruculuq və bərpa işlərinə, erməni vandalizminin nəticələrini aradan qaldırmağa başlayıb.

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın üzvü olduğu ilk təşkilatlardan birinin də İqtisadi Əməkdaşlıq Təşkilatı olduğunu qeyd edən Prezident İlham Əliyev İƏT-in fəal üzvü kimi təşkilata üzv dövlətlərlə dostluq və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığımızın beynəlxalq platformalar çərçivəsində də uğurla inkişaf etməsini sevindirici hal adlandırıb.



Xəbərin oxunma sayı : 1003




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap