Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

"Yaxın Şərqdə heç kim münaqişənin genişlənməsini istəmir" - Putin

Tarix 24.10.24, 22:57

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya Yaxın Şərqdə münaqişənin qızışmasında maraqlı deyil.

“Report” xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Kazanda keçirilən BRICS sammitindən sonra baş tutan mətbuat konfransında bildirib.

“Yaxın Şərq regionunda baş verənlərdən çox narahatıq. Kim nə deyir, desin, Rusiya münaqişənin daha da qızışmasında maraqlı deyil. Strateji olaraq biz bundan heç nə qazanmayacağıq, ancaq əlavə problemlər görəcəyik”, - o deyib.

Putin qeyd edib ki, Rusiya və İran sıx təmasdadır. 

“Biz öz rolumuzu qarşılıqlı kompromislər axtarmaq yolu ilə vəziyyətin həlli üçün şərait yaratmaqda görürük. Mənə elə gəlir ki, hazırda regionda heç kim münaqişənin genişlənməsini istəmir”, - o vurğulayıb.

Rusiya lideri bildirib ki, prosesin bütün iştirakçıları, o cümlədən İsraillə işləmək və qarşıdurma səviyyəsinin azalmasına nail olmaq lazımdır. “Mənə elə gəlir ki, ümumilikdə, bu, mümkündür. Lakin biz çox diqqətli davranmalıyıq”, o əlavə edib.



Xəbərin oxunma sayı : 496




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap