Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

“Terrorçular Türkiyənin sülh və təhlükəsizliyini hədəfə alıblar“ - Ərdoğan

Tarix 25.10.24, 12:52

Font ölçüsü : - / +
bitmap-img6


Terrorçular TUSAŞ-a hücumla təkcə bir təşkilatı deyil, Türkiyənin sülh və təhlükəsizliyini hədəfə alıblar.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Aviasiya və Kosmik Sənaye Səhmdar Cəmiyyətində (TUSAŞ) olan terror aktı barədə jurnalistlərə açıqlamasında deyib.

Ərdoğan qeyd edib ki, Türkiyə əlində olan bütün vasitələrdən istifadə edərək terrora qarşı mübarizəsini davam etdirir:

"Suriyadan və ya fərqli yerlərdən bizə qarşı təxribatı hər an düşünmək, bütün təhlükəsizliyimizi təmin etmək məcburiyyətindəyik. Məqsədimiz tam müstəqil, vahid, bütöv və firavan Türkiyədir. Terrorun qaranlıq və qanlı kölgəsinin ölkəmizdən tamamilə çəkildiyi işıqlı, dinc və təhlükəsiz Türkiyə qurmaq məqsədimizə mütləq nail olacağıq. Müdafiə sənayemiz bunun flaqmanı olacaq. Biz satqınlara baxmayaraq, daha çox çalışacağıq, daha çox istehsal edəcəyik".

Qeyd edək ki, oktyabrın 23-də Ankarada TUSAŞ-ın ərazisində törədilən terror aktı nəticəsində 5 nəfər ölüb, 22 nəfər yaralanıb.



Xəbərin oxunma sayı : 277




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap