Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

“İranın nüvə probleminin hərbi həlli yoxdur“ - Abbas Əraqçi

Tarix 16.11.25, 18:26

Font ölçüsü : - / +
bitmap-img6


Bugünə qədər İranın nüvə problemi üçün hərbi həll yolu mövcud deyil. Konsensusa diplomatiya və ədalətli danışıqlar vasitəsilə, tərəflərdən birinin şərtlərini diktə etməyə çalışmadan nail olmaq mümkündür.

"Report"un İran KİV-inə istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi beynəlxalq konfransda bəyan edib.

"Biz heç vaxt nüvə texnologiyalarının inkişafı və uranın zənginləşdirilməsi hüququmuzdan imtina etməyəcəyik. İndi biz 12 günlük müharibə (İsraillə – red.) dövründən daha güclüyük", - o bildirib və ABŞ ilə İsrailin İranın nüvə proqramını məhv etmək cəhdlərinin uğursuz olduğunu vurğulayıb.
Ətraflı
Ad - 00:12

Əraqçi qeyd edib ki, İran həmişə danışıqlara hazır olduğunu nümayiş etdirib, lakin bu danışıqlar döyüş meydanında əldə olunmayan məqsədləri diktə etmək üçün vasitə kimi istifadə olunmamalıdır: "Danışıqlarda kompromis və qarşılıqlı fayda var. Bir tərəfin istədiyi hər şeyi əldə etməsi mümkün deyil".

Onun sözlərinə görə, Tehranın nüvə proqramı nüvə silahlarının yayılmaması müqaviləsinin 4-cü maddəsində təsbit olunmuş hüquqlara əsaslanır: "Sülh məqsədli nüvə texnologiyalarının inkişafı, o cümlədən zənginləşdirmə, İran xalqının ayrılmaz hüququdur; bu hüquqdan biz heç vaxt imtina etməmişik və etməyəcəyik".

İranın XİN rəhbəri bildirib ki, İsrail ABŞ-nin dəstəyi ilə öz geosiyasi ambisiyalarını həyata keçirir və beynəlxalq hüququn əsaslarını tapdalayır. O vurğulayıb ki, Vaşinqton dağıdıcı siyasət yeridir, Tehrana öz şərtlərini güc mövqeyindən diktə etməyə çalışır.



Xəbərin oxunma sayı : 235




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap