Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Xam neft hasilatında azalma davam edir - 1.5 milyon ton fərq...

Tarix 17.11.25, 15:11

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın xam neft hasilatı son illərdə davamlı olaraq azalır və bu tendensiya 2025-ci ilin yanvar-sentyabr aylarında da qorunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ilin 9 ayında ümumi neft hasilatı 20,6 milyon ton təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,5% və ya 1,1 milyon ton azdır. Əgər azalmanın tempi eyni qalarsa, 2025-ci ilin yekunu üzrə neft hasilatı 27,5 milyon ton səviyyəsində olacaq ki, bu da 2024-cü ilə nisbətən 1,5 milyon ton azalma deməkdir.

Dövlət Statistika Komitəsinin məlumat bazası göstərir ki, 2010-2024-cü illərdə Azərbaycan əmtəəlik xam neft hasilatını demək olar ki, yarıbayarı itirib – 50,7 milyon tondan 29 milyon tona enib. SOCAR-ın illik hesabatları isə göstərir ki, neft hasilatındakı əsas azalma xarici şirkətlərin istehsalındakı ixtisarlardan qaynaqlanır. 2010-2024-cü illərdə xarici şirkətlərin hasilatı 43,3 milyon tondan 21,5 milyon tona düşüb, SOCAR-ın istehsalı isə nisbətən sabit qalıb.

2010-cu ilin baza il kimi seçilməsi təsadüfi deyil. Həmin il Azərbaycanın xam neft hasilatı tarixdə ən yüksək səviyyəyə çatmışdı və sonrakı illərdə hər 5 ildən bir hasilat 7–8 milyon ton azalma tendensiyası göstərmişdir.

Hökumətin parlamentə təqdim etdiyi 2026-cı il büdcə proqnozlarına görə, SOCAR-ın hasilatı da artıq azalma dövrünə daxil olur. 2025-ci ildə şirkətin hasilatı 2024-cü illə müqayisədə 1,4 milyon ton, 2026-cı ildə isə əlavə 0,5 milyon ton azalacaq. Beləliklə, 2026-cı ildə SOCAR-dan gözlənilən hasilat 5,6 milyon ton, ölkə üzrə ümumi hasilat isə 27 milyon ton səviyyəsindən aşağı düşə bilər. Bu isə birbaşa dövlət büdcəsinə ödənilən neft vergilərinin həcminə mənfi təsir edəcək.


Hesablama Palatasının məlumatına görə, 2010-2021-ci illərdə neft sektorundan dövlət büdcəsinə ödənilən vergi təxminən 2–2,2 milyard manat arasında olub. 2022-ci ildən Şahdəniz layihəsi çərçivəsində qaz hasilatına görə də vergi ödəmələri başlasa da, 2022-ci ildə neft-qaz sektorundan gələn vergi 7,4 milyard manata çataraq pik həddə yüksəlib.

Parlamentə təqdim olunan proqnozlara görə, 2025-2026-cı illərdə neft-qaz sektorundan gələcək vergi ödənişləri təxminən 3,6 milyard manat ətrafında sabitləşəcək ki, bu da 2022-ci ildəkindən 2,1 dəfə aşağıdır. Xüsusilə xam neft üzrə vergi gəlirlərinin təxminən 1 milyard manat azalacağı gözlənilir.

Qaz gəlirlərinin azalması əsasən satış qiymətlərinin düşməsi ilə bağlıdır. 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi nəticəsində Avropada qaz qiymətləri 5 dəfədən çox artmışdı, amma hazırda qiymətlər müharibədən əvvəlki səviyyəyə yaxınlaşır. Bu da gələcəkdə qazdan əldə ediləcək gəlirlərin azalacağını göstərir.

Xam neft hasilatında davamlı azalma Azərbaycanın büdcə gəlirlərinə ciddi təzyiq göstərir. Xarici şirkətlərin hasilatının kəskin azalması sektordakı asılılığı artırır, SOCAR-ın gələcək proqnozları və ümumi hasilatın azalması büdcə planlamasında riskləri yüksəldir.

Vergi gəlirlərindəki azalmanın qarşısını almaq üçün əlavə mexanizmlərin tətbiqi, qeyri-neft gəlirlərinin artırılması və hasilatın stimullaşdırılması zəruridir.



Xəbərin oxunma sayı : 337




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap