Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Bəzi taksilərin kartla sifarişi ləğv etməsi problemi nə vaxt həll olunacaq? - VİDEO

Tarix 17.11.25, 13:24

Font ölçüsü : - / +
bitmap-img6


Sürücü sifarişi sərnişinin ləğv etməyini istəyir, sərnişin isə sürücünün. Kartla taksi sifariş verən əksər sərnişin bu vəziyyətlə qarşılaşdığını iddia edirlər.

Xezerxeber.az-ın xəbərinə görə, sərnişinlər deyirlər ki, nağdsız ödəmə üsulu ilə sifariş verdikdə sürücünün etirazı ilə qarşılaşırlar. Adətən sürücü sərnişindən sifarişi ləğv etməyini tələb edir.

Sürücülər isə bildirirlər ki, sifarişdən imtina etmələri onların proqramda bloklanmasına səbəb olur. İmtina çox olduqda proqramın onlara ötürdüyü sifarişlər də azalır.

Məsələ ilə bağlı taksi şirkətləri ilə əlaqə saxladıq. Bildirildi ki, sürücüdən xal tutulması xidmətdən imtina hallarının qarşısını almaq üçündür.

Yerüstü Nəqliyyat Agentliyindən isə bildirildi ki, sərnişinlər qarşılaşdıqları problemlərlə bağlı qurumun 141 Çağrı Mərkəzi, eləcə də sosial şəbəkə hesabları üzərindən müraciət etməli, həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumat verməlidilər. Belə halda daxil olan müracətlər araşdırılaraq, tələbləri yerinə yetirməyən sürücülərin icazələri qanunamüvafiq qaydada ləğv ediləcək. 




Xəbərin oxunma sayı : 232




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap