Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

“Kürəkənimin sevgilisi təzyiq edirdi” - Qətlə yetirilən Ayşənin anası

Tarix 21.11.25, 12:07

Font ölçüsü : - / +
bitmap-img6


Gəncədə noyabrın 7-də törədilmiş qətlin təfərrüatları məlum olub.

“Qafqazinfo” xəbər verir ki, mərhumun anası Mehriban Sadıqova gencexeber.az-a açıqlamasında kürəkəni Ramin Alıyevin başqa qadınla münasibət qurmasının cinayətə səbəb olduğunu deyib.

O iddia edib ki, Ramin 4 il əvvəl Zümrüd adlı (ad şərtidir) qadınla birgə yaşamağa başlayıb və bu münasibət ailədə gərginliyi artırıb. Ayşən həmin dövrdə davamlı olaraq zorakılıq, təhqir və döyülmələrə məruz qalıb.

İddialara görə, Ramin həm Ayşən və üç övladı ilə Gülüstan qəsəbəsində kirayədə yaşayıb, həm də Zümrüd üçün ayrıca ev tutaraq onunla gizli münasibətini davam etdirib. Mehriban Sadıqova qeyd edib ki, Ramin Zümrüd üçün 4 min manatlıq telefon və çoxsaylı qızıl-zinət əşyaları alıb, lakin övladlarının qayğısını təmin etməyib. Onun sözlərinə görə, bütün xərcləri özü qarşılayıb.

Hadisədən bir neçə ay əvvəl Zümrüd Ayşənin uşaqları ilə yaşadığı binanın həyətinə içkili halda gələrək səs-küy salıb. Qonşuların sözlərinə görə, qadın Ayşənin Ramindən ayrılmasını tələb edib və nalayiq ifadələr işlədib.

O əlavə edib  ki, həmin vaxt Ramin Alıyev hadisə yerinə gəlib və Zümrüdü zorla maşına mindirərək aparıb. Qadın sonradan hüquq-mühafizə orqanlarına şikayət edib.

“Kürəkənimin sevgilisi qızımı söyür, təhqir edirdi, saysız-hesabsız zənglər olurdu, təzyiq göstərirdi”, - mərhumun anası qeyd edib.

Eyni zamanda, Raminin paralel münasibəti və qadının tələblərini yerinə yetirmək üçün etdiyi xərclər ailəyə 10 minlərlə manat borc yükü yaradıb.

Qeyd edək ki, 31 yaşlı Ayşən Sadıqova 2 həftə əvvəl Gəncədə küçədə bıçaqlanıb. Qadın xəstəxanaya çatdırılsa da, yolda vəfat edib. Onun 42 yaşlı həyat yoldaşı Ramin Alıyev şübhəli kimi saxlanılıb.

Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir.







Xəbərin oxunma sayı : 346




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap