“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

“Venesuelada hərbi əməliyyatımız zamanı çoxlu Kuba vətəndaşı öldü“ - ABŞ prezidenti

Tarix 05.01.26, 9:15

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Donald Tramp bildirib ki, Venesuela lideri Nikolas Maduronu qoruyan çoxlu Kuba vətəndaşı Birləşmiş Ştatların Venesueladakı hərbi əməliyyatı zamanı həlak olub.

"Report"un məlumatına görə, o, bu açıqlamanı Milad və Yeni il tətillərini Mar-a-Laqodakı iqamətgahında keçirdiyi Vest-Palm-Biçdən Vaşinqtona gedən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən verib.

"Bilirsiniz, dünən (yanvarın 3-də red) çoxlu kubalı öldü. Bu sizə məlumdur. Çoxlu kubalı öldü", - Tramp bildirib.

O, ABŞ tərəfində itki olmadığını bildirib. "Bizim tərəfdə ölüm olmayıb, amma təəssüf ki, digər tərəfdə çoxlu ölüm olub. Dünən onu qorumağa çalışan çoxlu kubalı öldü", - ABŞ lideri qeyd edib.

Kuba Prezidenti Migel Dias-Kanel öz növbəsində həlak olan həmvətənlərinin xatirəsini yad edərək bildirib ki, onlar yanvarın 3-də ABŞ-nin hərbçiləri tərəfindən qaçırılan Venesuela Prezidenti Nikolas Maduronu müdafiə edirlər. "Cəsur Kuba döyüşçülərinə şərəf və şöhrət", - Dias-Kanel sosial mediada yazıb.



Xəbərin oxunma sayı : 520




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap