“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

İranda etirazlar davam edir - Ölənlərin sayı 20-yə çatıb

Tarix 05.01.26, 10:37

Font ölçüsü : - / +
bitmap-img6


İranda etirazlar səkkizinci gündür davam edir, ölənlərin sayı 20-yə çatıb

APA xəbər verir ki, bu barədə İnsan Hüquqları Fəalları Xəbər Agentliyi (HRANA) məlumat yayıb.

Qeyd edilib ki, İranda ardıcıl səkkizinci gündür etiraz aksiyaları keçirilir.

26 vilayətin 78 şəhərində 222 yerdə nümayişlər, tətillər və tələbə etirazları qeydə alınıb, ölənlərin sayı 20-yə çatıb.


Məlumata görə, gücləndirilmiş təhlükəsizlik tədbirlərinə, bir neçə ərazidə davam edən qarşıdurmalara baxmayaraq, etirazların coğrafi yayılması dəyişməz olaraq qalıb.

Bildirilib ki, son 8 gündə ən azı 19 mülki şəxs və bir təhlükəsizlik qüvvəsi əməkdaşı ölüb, ən azı 51 nəfər yaralanıb.

HRANA bildirib ki, etirazlar zamanı 17 universitetdə tələbə fəallığı müşahidə olunub.

Təkcə son 24 saat ərzində Tehran, Məşhəd, Şiraz, Kərəc, Qəzvin, Yəzd, Bəndər Abbas, Təbriz, Kirmanşah, Xorrəmabad, Şahrud, Dorud, Qəçsaran, Yasuc, Buşehr, Lahican, Nişapur, Məhəllət, Rudbar, Borucerd və Mərvdəşt də daxil olmaqla 20-dən çox şəhərdə etirazlar baş verib.

Şənbə günü İranın qərbindəki İlam vilayətinin Məlikşahi şəhərində təhlükəsizlik qüvvələri etirazçılara atəş açıb, nəticədə ən azı 5 nəfər ölüb, 30 nəfər yaralanıb.



Xəbərin oxunma sayı : 532




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap