“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Krediti ödəyə bilməyənlərin nəzərinə: Bəzi hallarda müddəti uzatmaq mümkündür

Tarix 05.01.26, 13:02

Font ölçüsü : - / +
bitmap-img6


Kreditini ödəməkdə çətinlik çəkən vətəndaşlar bir çox hallarda müddətin uzadılmasını istəyirlər. Məsələn, 1 il müddətinə götürülən kredit 2 ilə qədər uzadıldıqda aylıq ödəniş azalır.

Bəs bu imkan nə qədər əlçatandır və hər kəsə şamil edilə bilərmi?

AzFakt.com Xəzər TV-yə istinadən xəbər verir ki, iqtisadçı-ekspert Əkrəm Həsənovun sözlərinə görə, bu kimi hallarda banklar borcalanın maliyyə vəziyyətini, ödəniş tarixçəsini və risk amillərini nəzərə alaraq qərar qəbul edirlər. Yəni bu imkan müəyyən şərtlərlə tətbiq olunur.

Əgər borcalan bank qarşısında öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirə bilmədiyini sübut edər və bank buna razılıq verərsə, kreditin müddəti uzadıla bilər. Bu zaman tərəflər arasında əlavə razılaşma bağlanır. Bank razılıq verməsə, kredit müddətinin uzadılması mümkün deyil.

Ekspertlərin söylədiklərinə görə, banklar bu cür güzəştlərə fərdi qaydada baxırlar. Hər müraciət ayrıca qiymətləndirilir. Bu imkan bütün müştərilərə şamil edilməyə bilər.





Xəbərin oxunma sayı : 553




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap