“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Maduronun tutulması neftin qiymətlərinə - Necə təsir göstərəcək?

Tarix 05.01.26, 12:29

Font ölçüsü : - / +
bitmap-img6


“Venesuela Prezidenti Nikolas Maduronun tutulmasından sonra investorları düşündürən ən vacib suallardan biri də məhz bu hadisənin strateji məhsulların qiymətinə necə təsir göstərməsidir. Bu isə birbaşa zəngin ehtiyatlara malik olan Venesuelanın neft hasilatçısı olması ilə bağlıdır”.

Bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, N.Maduronun tutulmasının neftin qiymətlərinə təsirlərinə gəldikdə isə, bir neçə ssenari üzrə proqnozlar təqdim edilməkdədir: “Venesuelanın gündəlik neft hasilatı ilə bağlı beynəlxalq təşkilatların fərqli göstəriciləri təqdim olunsa da, bütün rəqəmlərdə sözügedən dövlətin bazarda xüsusi mövqeyə malik olmadığı aydınlaşır. ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, gündəlik 1.098 milyon barel istehsalı ilə Venesuela neft hasilat edən ölkələr arasında 18-ci yerdədir. EİA bütövlükdə neft hasilatının 72 faizinin 10 ölkənin payına düşdüyünü açıqlayır. “Trading Economics” eyni olmasa da, oxşar nəticəni bölüşür: 1.142 milyon gündəlik hasilat ilə siyahıda 17-ci pillə”.

V.Bayramov bildirib ki, məsələnin digər tərəfi Venesuelanın neft ixrac edən ölkələr arasında ilk iyirmilikdə yer almamasıdır: “Belə ki, bu ölkə dünya bazarına 438 min barel neft çıxarmaqla ixracatçı ölkələr arasında 22-ci pillədə qərarlaşıb. Neft ixracatının az olması isə, təbii ki, Venesuelaya tətbiq edilən sanksiyalarla bağlıdır. 2024-cü ildə dəyər ifadəsində neft ixracatının 15.2 faizi Səudiyyə Ərəbistanının payına düşüb. İlk beşliyi Rusiya (9.7 %), ABŞ (9.4 %), Birləşmiş Ərəb Əmirlikləri (9.1 %) və Kanada (8.5 %) tamamlayır.

Açıklama yok.
Amma investorlar üçün bütün bunlardan daha vacib olan məqam Venesuelanın neft ehtiyatlarına görə dünyada birinci olmasıdır. Kəşf edilən neft ehtiyatlarının 18.2 faizi Venesuelanın payına düşür. Dördlüyü Səudiyyə Ərəbistanı (16.2 faiz), Kanada (10.4 faiz) və İran (9.6 faiz) tamamlayırlar. Bu isə o deməkdir ki, Venesuelanın neft ehtiyatlarının ABŞ tərəfindən istismar edilməsi yaxın gələcəkdə bazara böyük həcmdə neftin daxil olmasına və təklifin kəskin artmasına səbəb olacaq. Bu isə bazardakı qiymətlər üçün isti nə isə vəd etmir.

Müqayisə üçün qeyd edək ki, ABŞ sərmayəsinin İraq neft sektoruna daxil olmasından sonra hasilatı kəskin artıran İraq hazırda dəyər ifadəsində ümumi neft ixracatının 8.0 faizini formalaşdırır.

Bununla belə, kəskin təklif ssenarisinin reallaşmasının zaman alacağı istisna deyil. Çünki Venesualının neft infrastrukturunun texnoloji baxımdan yenidən qurulması sadəcə vəsait deyil, həmçinin zaman tələb edir. Bu isə Venesueladan bazara daxil olacaq böyük neft kütləsi üçün əlavə vaxt deməkdir”.

Deputatın sözlərinə görə, digər ssenari isə Venesuelada potensial xaos riskidir: “Bu halda neft bazarı proseslərə fərqli reaksiya verəcək. Bununla yanaşı, bu halda belə neft qiymətlərində kəskin artım gözlənilmir. Çünki Venesuelanın mövcud hasilat və ixracatı bazara xüsusi təsir etmir. Hətta o ixrac azalsa da belə bu, qiymət artımları üçün zəmin yaratmır.

Bütün bunlar isə deməyə əsas verir ki, hətta qısa müddətdə olmasa da, orta müddətdə neftin qiymətlərində hiss edilən azalmalar qaçılmaz olacaq. Bu isə neft gəlirlərinin iqtisadiyyatın diversifikasiya nəticəsində digər mənbələr ilə əvəzlənməsi prioritetliyini daha da artırır”.



Xəbərin oxunma sayı : 559




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap