“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Xırdalanda ağacları kəsib, yerini sürətlə betonlayırlar - FOTOLAR

Tarix 05.01.26, 13:20

Font ölçüsü : - / +
bitmap-img6


Abşeron rayonu Xırdalan qəsəbəsində, Mehdi Hüseynzadə küçəsində Misir Parkı ilə üz-üzə olan ərazidə ağaclar kəsilib, yerləri betonlanıb.

AzFakt.com xəbər verir ki, bu barədə jurnalist Ruhiyyə Daşsalahlı məlumat verib.

O, özünün sosial şəbəkə hesabında paylaşım edərək, yaşıllığın sürətlə məhv edildiyini bildirib: "Hər şey çox sürətlə baş verir, sanki heç burada ağac-filan yoxmuş kimi görüntü yaratmağa çalışırlar. Abşeron rayon İcra Hakimiyyətinin xəbəri olar yəqin ki, ağaclar kimə satıldı, ərazi kimə?!"

Qeyd edək ki, jurnalist hadisə yerindən görüntülər də təqdim edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Təhlükəsizlik Xidməti məsələyə reaksiya verib. Xidmətin açıqladığı məlumatında bildirilib ki, Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi 541 ünvanında yeni tikilmiş yaşayış binasının qarşısında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb.

İdarənin rəisi Asif Məcidovun sözlərinə görə, araşdırma zamanı ağacların yaşayış binasının qarşısında tikinti və abadlaşdırma işləri aparılan zaman tikintiyə cavabdeh şəxs Vüsal Fərzəliyev tərəfindən kəsildiyi müəyyən edilib.

Faktla bağlı V.Fərzəliyev barəsində akt və protokol tərtib edilib və ona vəzifəli şəxs qismində 13 250 manat məbləğində cərimə və ziyan tətbiq olunub.

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.



Xəbərin oxunma sayı : 739




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap