“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Yayımı qadağan olunmuş filmlərimiz: “Yarasa“, “Köpək“, “Dağıdılmış körpülər“...

Tarix 24.01.26, 20:02

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, “Səkkiz” serialının yayımı bərpa olunub. Serialın quruluşçu rejissoru və baş rolun ifaçısı, aktyor Hikmət Rəhimov bildirib ki, serialın 2-ci bölümü bu gün saat 23:00-da ARB-də yayımlanacaq.

Xatırladaq ki, yanvarın 13-də ARB kanalının efirində yayımlanan “Səkkiz” serialında personajlardan biri söyüş məzmunlu ifadələrdən istifadə edib və yayım zamanı bu səsləndirmə texniki vasitələrlə məhdudlaşdırılmayıb. Qeyd olunanlar nəzərə alınaraq, Audiovizual Şuranın üzvləri ARB kanalına qarşı sanksiya tətbiq edilməsi və kanalın yayımının yanvarın 15-də üç saatlıq dayandırılması barədə qərar qəbul ediblər. Daha sonra serialın yayımının həm YouTube platformasında, həm TV-də, həm də kinoteatrlarda dayandırılması barədə qərar verilib.

Bu məsələ, yayımı bu günə kimi də qadağan olunan Azərbaycan filmləri ilə bağlı məsələni yenidən gündəmə gətirir.

“Köpək” - qadağan olunmuş Azərbaycan filmindən danışarkən ilk ağla gələn 1994-cü ildə çəkilmiş “Köpək” filmidir. Bu film Tofiq Tağızadənin son filmidir və ehtiyac üzündən, bir parça çörək məhəbbətindən köpəyə çevrilmiş yazıq insanların faciəsindən bəhs edir. Qarınlarını doyurmaq üçün iş axtaran bir qrup insan aldadılaraq qul kimi işləməyə, tabe olmağa, satqınlığa, yaltaqlığa məruz qoyulur. Əvvəlcə dirənən, qürurunu yıxdırmayan insanlar sonradan bir dilim çörək ucbatından hər şeyə tabe olmağa məcbur qalırlar. Eyni zamanda, “Köpək”də insanın insan kimi qalması və bu uğurda mübarizəsi təsvir olunur.

Filmin quruluşçu rejissoru Tofiq Tağızadə, ssenari müəllifi Loğman Kərimov, rəssamı Mayis Ağabəyov, quruluşçu operatoru Rafiq Quliyevdir. Rolları Məmməd Səfa, Fuad Poladov, Muxtar İbadov, Nuriyə Əhmədova, Yaşar Nuri və başqaları ifa edirlər. Film sovet hakimiyyətinin mənzərəsini əks etdirir. Film ekranda yayımlanmasa da, bir neçə ildir ki, YouTube platformasında təqdim olunub və geniş maraqla qarşılanıb.

Dünyada yayımı qadağan edilən filmlər

"Yarasa" - Azərbaycan kinosunu beynəlxalq səviyyəyə yüksəltmiş və ümumdünya kinofestivallarında ilk Qran-Pri qazanmış müstəqil Azərbaycanda çəkilmiş ilk bədii filmdir. Əməkdar incəsənət xadimi, kinorejissor Ayaz Salayevin 1995-ci ildə çəkdiyi "Yarasa" filmi otuza yaxın beynəlxalq müsabiqədə iştirak edib, bir çox nüfuzlu mükafatlara layiq görülüb. Bu film, Ayaz Salayevin çəkdiyi ilk bədii film idi. Lakin film erotik epizodlara görə ölkədə geniş rezonans doğurmuşdu və nəticədə televiziya ektanlarında yayımlanmır.

“Dağıdılmış körpülər” – ABŞ və Azərbaycanın birgə istehsalı olan bu film 1996-cı ildə rejissor Rafiq Puyyanın quruluşunda lentə alınıb. Ssenari müəllifi Rüstəm İbrahimbəyov və Rafiq Puyya olan ekran işində baş rolları Piter Rekel (Cef Vəlizadə), Rebeka Buş (Suzan), Fatimə İbrahimbəyova (Ceyran), Bəhruz Vüsuqi (Maykl) və başqaları canlandırıblar. 1996-cı ildə çəkilən filmin ilk baxışı 19 noyabr 2004-cü ildə baş tutub. Filmin süjeti oğulun ana haqqında xatirələri əsasında qurulub. Ana ilə balanı isə bütöv Azərbaycanı iki yerə – şimal və cənuba bölən sərhəd ayırır. Anası Cənubi Azərbaycandan olan Cef Vəlizadə yaşadığı ABŞ-dan Azərbaycana gəlib film çəkmək fikrinə düşür. Burada onu maraqlı hadisələr və sürprizlər gözləyir. Bu film Azərbaycan efir məkanına çıxarılmayıb, televiziyalarımızda nümayiş etdirilmir.


“Məhsəti” – rejissor Suada Qarayevanın qısametrajlı filmi ilə bağlı ölkədə günlərlə müzakirələr və tənqidlər səsləndi. Səbəb filmdə Məhsəti Gəmcəvi obrazının etnoqrafik çalarlarda verilməsi ilə bağlı idi. Film bir sıra beynəlxalq festivallarda nümayiş olunsa da, Mədəniyyət Nazirliyi və Kino Agentliyinin təşkil etdiyi “Baku Cinema Breeze 25” festivalının proqramından çıxarılmışdı. Filmə görə Suada Qarayevə Azərbaycan xalqından üzr istəmişdi.



Xəbərin oxunma sayı : 373




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap