“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

ABŞ Havananın havasını suda alır - 66 illik rejim ağır sınaq qarşısında

Tarix 25.01.26, 13:01

Font ölçüsü : - / +
bitmap-img6


Karib dənizi arealından gələn xəbərlərə görə, tezliklə bu regionda ikinci “Karib böhranı” baş verə bilər.

Bunun birincidən – ABŞ prezidenti Con Kennedi və SSRİ rəhbəri Nikita Xruşovun dövründə olan böhrandan əsaslı surətdə fərqlənəcəyi gözlənsə də, hər halda qumar masasında yenə də Kuba xalqının taleyidir.

ABŞ bu ölkəyə neft tədarükünü kəsmək niyyətindədir. Venesuela prezidenti Nikolas Maduronun gecəylə götürülməsindən sonra ABŞ Karib hövzəsində narkotik tranziti ilə yanaşı, neft daşınmasını da nəzarətə götürüb və bunun əsas zərərçəkəni Kubadır.

Belə anlaşılır ki, Monro doktrinasına uyğun olaraq bütün Amerika qitəsini, bütövlükdə arxipelaqlar da daxil Qərb yarımkürəsini öz ovlağı elan edən prezident Tramp fürsətdən istifadə edərək, ölkəsi ilə 66 ildən bəri intriqada olan Kubanı ram etmək istəyir.

karib1.jpg (57 KB)


Hazırda Kuba yetimdir. 66 il əvvəldən fərqli olaraq Moskvanın ona dəstək verməsi, qoruması gözlənilmir. Çünki dünyada elə bir qlobal pay-bölüş prosesi gedir ki, hansısa kiçik ada dövlətinin taleyi əhəmiyyət kəsb etmir. Necə deyərlər, bir Kuba o tərəfə, bir Donbas bu tərəfə, nə olacaq ki?

Ona görə də ABŞ Kubanın kommunist hökumətini devirmək, yerində 66 il əvvəlkinə oxşayan bir rejim bərqərar etmək barədə qəti qərara gəlsə, Kuba kommunistlərinin işi çətin olacaq. İndi nə Kastro qardaşları var, nə də hansısa fanatik çe gevaralar. ABŞ imperializminə qarşı partizan müharibəsi başlasa da, ömrü uzun çəkməyəcək.

Hələlik Ağ Evdə müzakirə gedir: “Kuba problemi”ni indi həll etmək, yoxsa sonraya saxlamaq.

Təşəbbüsün tərəfdarları da var, əleyhdarları da.

Tramp administrasiyasının “qırğı”larından olan Marko Rubio bir çox məsələlərdə olduğu kimi, yenə də qəti hərəkətlər tərəfdarıdır. Bu xüsusda o, Trampı uğurla müşayiət edə bilir.

Görünür, Tramp da özünü sələflərinin (10 ABŞ prezidentinin) həll edə bilmədiyi problemi həll etməyə hazır və qadir sayır. Çünki dünya çox dəyişib.

“Kuba problemi” ABŞ üçün 1953-59-cu illər arasında yaranmağa başlayıb və 1959-cu ildən etibarən əsl problem halına gəlib.

O zamanlar ABŞ-də prezident postunda II dünya müharibəsinin qəhrəman generalı Duayt Eyzenhauer olub. Ancaq nə onun, nə də xələfi Con Kennedinin bu problemi isti-isti həll etməyə gücləri çatmayıb. Sonrakı prezidentlər isə sırf III dünya müharibəsinə səbəb ol bilər deyə “Kuba problemi” ilə yanaşı yaşamağı üstün tutublar. Təsəvvür edin ki, o vaxt Moskva ABŞ-nin düz qulağının dibində, Florida ştatının yaxınlığında özünə vassal bir dövlət yaradıb, onu Həştərxan vilayəti qədər ərklə idarə edib və bu satellit dövlət uzun illər ABŞ-nin kabusu olub.

İndi gerçəklik budur ki, bu gün ABŞ havadan, sudan, qurudan hücum edib Kubanı işğal etməyə qalxsa, bu, nəinki dünya müharibəsinə səbəb olmaz, hətta başlanmış lokal müharibənin müddəti uzun çəkməz, xüsusi əməliyyat kimi bir şey olar.

batis.jpg (122 KB)

1959-cu ilə qədər isə Kuba ABŞ-nin vassalı olub. ABŞ bu ölkədə yerli diktator Fulgencio Batistanın rəhbərliyi ilə amansız rejim bərqərar edib. Ada dövlətində korrupsiya, işsizlik, aqrar bərabərsizlik hökm sürüb. Hər yanda ABŞ kapitalı dominant olub, əsas sənaye sahələri (şəkər, rabitə) Amerika şirkətləri tərəfindən idarə olunub.

1952-ci il çevrilişindən sonra Batista ölkənin konstitusiyasını ləğv edib, söz azadlığını yasaqlayıb, repressiv rejim qurub və zaman həm yerli mafiya, həm də ABŞ tərəfindən tam dəstəklənib. Xalq kütlələri həm Batistanın amansız rejimindən, həm də ölkənin ABŞ-nin açıq müstəmləkəsi olmasından narazı olub.

Belə bir vəziyyətdə Fidel Kastronun təşkilatçılığı ilə gənc marksistlər silahlı üsyana başlayıblar, 1953-cü ildə Monkada kazarmalarına hücuma keçiblər. Birinci həmlə uğursuz olsa da, inqilabçılar geri durmayıblar, aclıq çəkən kəndlilərə, istismar olunan fəhlələrə sosial islahatlar vəd verərək xalq dəstəyi qazanıblar.

Nəhayət, 1959-cu ilin əvvəlində inqilab Batista rejiminin devrilməsi ilə nəticələnib. Devrilmiş hakimiyyətinin məmurları və imkanlı tərəfdarları Karib dənizinin o biri sahilinə, Floridaya adlayaraq, Pentaqonun dəstəyi ilə yenidən Kubaya qayıdacaqları günün intizarı ilə yaşamağa başlayıblar.

Onların tam əksəriyyəti artıq həyatda yoxdur, 3-4 yaşında qucaqda qaçanların isə artıq 70 yaşı var. Ancaq budur, mühacir kubalıların iki qərinədən çox intizarla gözlədiyi qətiyyətli ABŞ lideri gəlib. Yəqin ki, Kubaya qayıdış perspektivi onları olmasa da, Batista rejiminin məmurlarının övladlarını, nəvələrini xeyli həyəcanlandırıb.

Kuba xalqı isə heç Fidel Kastronun rəhbərliyi və SSRİ-nin limitsiz yardımları ilə də xoşbəxt olmadı. Ölkədə ciddi güzəran problemləri var. Bununla belə, Kubanın səhiyyəsi, idmanı, təhsil sistemi və hərbi hazırlığı digər Karib hövzəsi ölkələrindən üstündür.

Güman etmək olar ki, ABŞ Kubanı yenidən öz ağuşuna qaytarsa, bəlkə onda bu əzabkeş xalq, nəhayət, hərtərəfli inkişafın nə olduğunu biləcək. Ancaq indiki şərtlərlə bu da çətin olacaq. Əvvəlki prezidentlərdən fərqli olaraq, Tramp 250 il əvvəlki plantatorlar kimi düşünür.

Musavat.com



Xəbərin oxunma sayı : 346




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap