“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Pakistanda bir gündə 12 terror aktı - 58 silahlı məhv edildi

Tarix 31.01.26, 17:29

Font ölçüsü : - / +
bitmap-img6


Pakistanın Bəlucistan əyalətində “Bəlucistan Azadlıq Ordusu” (BLA) separatçı qruplaşması tərəfindən həyata keçirilən genişmiqyaslı terror aktları nəticəsində gərginlik pik həddə çatıb.

 “The Pakistan Times” xəbər verir ki, yanvarın 31-i səhər saatlarından etibarən əyalətin 12 fərqli nöqtəsində, o cümlədən əyalətin paytaxtı Kvetta, Mastunq, Qvadar, Pasni və Turbat şəhərlərində hücumlar qeydə alınıb.

Hadisələr zamanı azı 10 təhlükəsizlik əməkdaşı və 5 mülki şəxs (o cümlədən qadın və uşaqlar) həlak olub. Mastunq rayonunda terrorçuların həbsxanaya hücum edərək 30-dan çox məhbusu qaçırdığı bildirilir.

Bəlucistanın Baş naziri Sərfraz Buqti əməliyyatların gedişi ilə bağlı mühüm rəqəmləri açıqlayıb:

“Son 24 saat ərzində 58 silahlı məhv edilib, ümumilikdə isə son iki gündə keçirilən əməliyyatlarda öldürülən terrorçuların sayı 70-ə çatıb.

Baş nazir sözügedən hücumların arxasında Hindistanın dayandığını və terrorçuların xaricdən dəstəkləndiyini iddia edib.

Qeyd edək ki, Hücumlar nəticəsində dəmir yolu xətləri zədələnib, Bəlucistanla ölkənin digər hissələri arasında qatarların hərəkəti dayandırılıb. Eyni zamanda bölgədə mobil rabitə və internet xidmətlərində ciddi kəsintilər yaranıb.

 



Xəbərin oxunma sayı : 451




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap