| |
|
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Ramiz Mehdiyevin Rusiyaya yazdığı sensasiyalı məktub üzə çıxdı: nələr planlanırmış?
Rəisə rüşvət çatdırdığını etiraf etdi - MƏHKƏMƏ
Tarix 23.02.26, 17:33 |
|
Müdafiə Nazirliyinin “İstirahət evi”nin həbsdə olan sabiq rəisi İlham Haqverdiyevin barəsində olan cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.
APA xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
İttiham aktına görə, İlham Haqverdiyev xidməti vəzifəsini icra edərkən “İstirahət evi”nin müfəttiş vakansiyasına qəbul üçün 2500 manat, xadimə vakansiyasına görə 1000 manat, əmək müqaviləsinin uzadılması üçün 800 manat, növbə dəyişdirilməsi üçün 500 manat olmaqla, ümumilikdə 4800 manat rüşvət alıb.
Təqsirləndirilən İlham Haqverdiyev özünü təqsirli bilməyib. Məhkəmə prosesi şahid ifadələri ilə davam edib.
Cinayət işi üzrə şahid qismində tanınan, əvvəllər “İstirahət evi”nin Maddi-texniki təminat bölməsinin rəisi olmuş, hazırda isə “İstirahət evi”nin rəisi vəzifəsini icra edən Muraz Həsənov ifadə verib.
Bildirib ki, İlham Haqverdiyevlə ötən ilin əvvəlində tanış olub. Onun sözlərinə görə, İ. Haqverdiyev vəzifəyə yeni təyin olunduğu dövrdə iclaslar keçirərək “İstirahət evi”ndə vakansiyaların olduğunu və yeni şəxslərə ehtiyac yarandığını deyib: “Əməkdaşımız bacısı oğlunu işə düzəltmək istədiyini dedi. Mən məsələni İlham Haqverdiyevə çatdırdım. Sənədlər hazırlandı, əmr verildi və 2500 manat onların xidməti otağında mənə təqdim olundu. Mən də həmin pulu İlham Haqverdiyevə verdim. Sonra sürücümüz bacısını xadimə kimi işə düzəltmək istədiyini dedi. Bu barədə də İlham Haqverdiyevə məlumat verdim. 1500 manata razılaşdıq, lakin əmr çıxandan sonra qarşı tərəf yalnız 1000 manat verə bildi. Həmin məbləği də aparıb İlham Haqverdiyevə təqdim etdim”.
Şahid əlavə edib ki, 65 yaşlı əməkdaş da əmək müqaviləsinin bir il uzadılması üçün ondan kömək istəyib: “Bu barədə də İlham Haqverdiyevə məlumat verdim. Müqavilə bir il uzadıldı və bunun üçün 800 manat verildi. Həmin pulu da ona çatdırdım. Gündüz növbəsində çalışan əməkdaş növbəsini dəyişmək istədiyini dedi. İlham Haqverdiyevin razılığı ilə mənə 500 manat verildi, onu da aparıb təqdim etdim”.
Şahid əlavə edib ki, müəssisədə vəzifələr üzrə İlham Haqverdiyev tərəfindən müəyyən məbləğlər müəyyənləşdirilib: “Məsələn, xadimə işi üçün 1000 manat, bağban üçün 1500 manat müəyyən edilmişdi. Əməkhaqqı yüksək olduqca məbləğ də artırdı. Mənə müfəttiş vakansiyası üçün 2500 manat, xadimə üçün 1000 manat, müqavilə uzadılması üçün 800 manat, növbə dəyişdirilməsi üçün 500 manat təqdim olunub və hamısını İlham Haqverdiyevə vermişəm. Mənə isə ümumilikdə 1000 manat çatıb”.
Dövlət ittihamçısının suallarını cavablandıran şahid bildirib ki, işə götürülənlərdən alınan rüşvətin müəyyən məbləği ona verilib: “Maddi-texniki təminat bölməsinin rəhbəri olmuşam. Bizə verilən avtobusları rəngləmişəm, 650 manat xərc çəkmişəm. Verilən 500 manatı ora sərf etmişəm. Həmçinin televizor almışam, çatışmayan avadanlıqları öz vəsaitim hesabına təmin etmişəm”.
Vəkilin suallarına cavab olaraq isə o, “Cari təmir üçün vəsait nazirlik tərəfindən ayrılır. Lakin bunun üçün təqdimat yazılmalı, göndərilməli, baxılmalıdır, yəni vəsait ayrılması vaxt aparır. Rəhbərlik istirahətə gedəndə narazılıq olmasın deyə bəzi işləri öz hesabıma görürdüm”, cavabını verib.
İlham Haqverdiyevin vəkili prosesdə onu da bildirib ki, müdafiə etdiyi şəxs məhz Muraz Həsənovun şikayəti əsasında saxlanılıb.
Şahid istintaqın onun ifadəsi əsasında başlandığını təsdiqləyib.
Məhkəməyə sədrlik edən hakim isə deyib ki, istintaqa rüşvətlə bağlı müraciət olmayıb, Hərbi hospitalın Maddi texniki təminat bölməsinin rəisi Azər Paşayevin cinayət işi üzrə şahid qismində ifadə verən Murğuz Həsənovun şahid ifadəsi əsasında başlandığını bildirib.
Vəkil, həmçinin Muraz Həsənovun digər şahidlərə təsir imkanının olduğunu əsas gətirərək, onun tutduğu vəzifədən uzaqlaşdırılması üçün müdafiə naziri Zakir Həsənova müraciət etdiyini bildirib.
Məhkəmənin növbəti prosesi martın 2-nə təyin edilib.
Qeyd edək ki, Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Nazirliyin "İstirahət evi"nin rəisi mayor İlham Haqverdiyevin qanun pozuntusuna yol verdiyi müəyyən edilib və işə hüquqi qiymət verilməsi üçün materiallar Hərbi Prokurorluğa göndərilib. Məhkəmənin qərarı ilə İlham Haqverdiyev barəsində 2 ay 20 gün müddətə həbs qətimkan tədbiri seçilib. Ötən ilin dekabr ayında həbs müddəti 1 ay 20 gün uzadılıb.
Təqsirləndirilən İlham Haqverdiyev Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham edilir.
Xəbərin oxunma sayı : 250
Hadisə
Xəbərlər
-
“Heç bir qüvvə Azərbaycanı ədalətsiz mövqeyə məcbur edə bilməz“ - FOTOLAR
-
Qar yağacaq, çiskin olacaq - Sabaha olan hava proqnozu
-
Möhbalıyevin restoranında qalmaqal: İcraçı direktor pulları kazinoda uduzdu
-
İcbari tibbi sığortadan istifadə edənlərin nəzərinə - Müddət uzadıldı
-
Qarabağa ayrılan vəsait 26 milyarda çatacaq: Nə qədər əhali yaşayacaq?
-
Məhkəmə-Hüquq Şurasına yeni üzvlər təyin edildi - Onlar kimdir? + FOTO
-
Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu - SİYAHI
-
Cərimə meydançasında avtomobilə ziyan dəydikdə kim ödəyəcək? - Yeni qayda
-
Yeni işçi qrupları yaradıldı - Bu deputatlara vəzifə verildi
-
Rusiya və İran arasında gizli silah müqaviləsi bağlanıb - 589 milyon dollarlıq
-
Sahib Məmmədov şöbə müdirini işdən çıxardı - Cəbrayılova-Ərdoğana vəzifə verildi
-
Marketlərdə 21 manat olan fındığı xaricə 15 manata satmışıq - Ölkələrin siyahısı və qiymətlər
-
Sabiq deputat Türkiyədə vəfat etdi – Əməliyyat zamanı dünyasını dəyişib
-
İrandan PUA ilə atılan narkotik tutulub - İki nəfər saxlanılıb
-
AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq - Sabah
-
Minimum əməkhaqqı ilə bağlı yeni qayda təsdiq edildi - Kimlərin maaşı artacaq?
-
Novruz çərşənbələri ilə bağlı əhaliyə xəbərdarlıq - VİDEO
-
Şəmşad Ağanın ailəsində daha bir itki - Bacısı rəhmətə getdi
-
Kahı yükündə 79 kq narkotik keçirmək istədilər - Fotolar + Video
-
Vuçiçi yenə devirmək və öldürmək istəyiblər - Sui-qəsd cəhdinin üstü açılıb
-
Türkiyənin ən varlılarının siyahısı açıqlandı - Biri Bayraktardır
-
“Səhər, günorta, axşam eyni vəziyyətdir“: Binəqədi şosesindəki xaosun səbəbi nədir?
-
Qiyməti “od tutub yanan“ uşaq qidaları: Yerli istehsal çıxış yolu ola bilərmi? - VİDEO
-
Bu gün Novruzun ilk - Su çərşənbəsidir
-
Ramazan ayının altıncı günü - İmsak və iftar vaxtları
-
“Niyə bu tərbiyəsizliyin qarşısını almırsınız?“ - Aparıcı televiziyaları tənqid etdi
-
Ağbənd-Kəlalə avtomobil körpüsünün tikintisi başa çatıb - Şahin Mustafayev
-
“Türkiyə ilə Yunanıstanın münasibətləri yaxşılaşır“ - Ərdoğan
-
Mil düzündə “qadağan olunmuş ov” iddiaları: BƏƏ-nin hakim ailəsinin üzvünə imtiyaz verilib?..
-
“Bu detalları müzakirə etmək çox pisdir” - Zelenski Zalujnıya cavab verdi
-
Azərbaycan və İran arasında Anlaşma Memorandumu imzalandı - FOTO
-
Türkiyədən gətirilən duz yodsuz çıxdı, müsadirə olundu - 4 min cərimə
-
Mingəçevirdə 23 yaşlı qadın bıçaqlandı - Şübhəli əridir
-
Azərbaycanda hansı sahələrdə nə qədər əməkhaqqı verilir? - Tam siyahı
-
“Bəzi xarici dövlətlər onilliklər boyu ABŞ-nı aldadıb“ - Tramp
-
Müşfiq Abbasov həbs edildi -Baş Prokurorluqdan açıqlama
-
Xaricə 59 qəpiyə, yerli bazarda 1 manat - Qiymət fərqinin səbəbi nədir?
-
Agentlik 287 min manatdan çox pul xərcləyəcək - İşsizlərə təlim keçmək üçün
-
Rəisə rüşvət çatdırdığını etiraf etdi - MƏHKƏMƏ
-
Sosial şəbəkədə təhqir: 6 nəfər cəzalandırıldı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Yeznə-qayın Ramiz Mehdyevə görə bir-birindən şikayətçi oldu - Məhkəmə qalmaqalı
-
TƏBİB-də Səkinə Sadıxova “fenomeni”: Vüqar Qurbanov onu necə xilas edib?..
-
Qurban Qurbanov bu futbolçunu cəzalandırdı - İntizamı pozub
-
“Azəraqrar” direktoru vətəndaşı dövlətlə üz-üzə qoymağa çalışır - Vətəndaş narazılığı
-
Neft ixracatçısından bazar oyunçusuna: SOCAR-ın İtaliya sərgüzəşti bizə nə verəcək?
-
İsa Həbibbəyli Ramiz Mehdiyevin kadrına yüksək vəzifə verdi - Gizli təyinat
-
Bu okean sürətlə duzluluğunu itirir: Alimlər həyəcan təbili çalır
-
Sələmçini 23 dəfə bıçaqlamışdı - Bu gün hökm oxundu
-
Müharibə indi çox yaxındır: Tramp hətta vuracağı hədəfləri açıqladı
-
Bu şəxslər vergidən azad edildi - SƏRƏNCAM
-
Aparıcısı Könül Muxtarova paylaşımına şərh yazan şəxsi cərimələtdi - Təfərrüat
-
Hüseynov qardaşları Kasparovla niyə görüşüblər? - Tezliklə ortaya çıxacaq...
-
Xidmət rəisi generalı özünə köməkçi götürdü - Maraqlı təyinat
-
Şeyxin qudası ölkəni tərk etdi: “Türkiyədən də Amerikaya gedəcək“
-
Azərbaycanda ən çox əməkhaqqı hansı rayonda verilir? - Tam siyahı
-
Putin artıq Üçüncü Dünya Müharibəsini başladıb - Zelenski
-
“İran indiyə qədər ən zəif nöqtəsindədir“ - Kallas
-
Aparıcı müğənnidən 102-yə şikayət edib - Efirdə qalmaqal
-
Prezident bu şəxslərə “Tərəqqi” medalı verdi - SİYAHI
-
General oğlunun həbsi haqda yeni qərar - 3 ay uzadıldı
-
Hərbi xidmətə çağırış və təxris bu tarixdə başlayacaq - SƏRƏNCAM
-
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib - Fotolar
-
Bakıda 53 yaşlı kişi öldürüldü - Saxlanılan var
-
Sabiq icra başçısının həbs müddəti uzadılıb - 3 ay
-
Xəzərin sahillərində minlərlə batağan quşu tələf olub - FOTOLAR
-
Ermənistanmənşəli tətbiqlərdən istifadə edənlərə xəbərdarlıq - VİDEO
-
Sabunçu rayonunda antisanitar vəziyyət - VİDEO
-
Nazirlikdən xəbərdarlıq: İki ərazidə partlayışlar olacaq
-
Bakıda gül mağazasında partlayış oldu - VİDEO
-
Hansı qurumlar dəyişkən iş qrafikinə keçir? - VİDEO
-
Meksikada “El Menço” ləqəbli kartel lideri öldürüldü - Ştatlarda qarşıdurma yarandı
-
Tikinti şirkətlərinin özbaşınalığına SON: Kompensasiya necə ödənilməlidir?
-
Yağıntının çoxalması bəzi ərazilərdə sürüşməni aktivləşdirdi - VİDEO
-
“Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun
-
Azərbaycanda boşanmaların ən çox və ən az olduğu rayonlar - TAM SİYAHI
-
Tbilisi prospektində sürücülərdə çaşqınlıq yaradan yol nişanlanması - VİDEO
-
“NZS”də 2 aydır partlayan su boru xətti niyə təmir edilmir? - VİDEO
-
Azərbaycanda hansı peşə sahibləri gündə neçə saat işləyir? - SİYAHI
-
“Rusiya olmasaydı, Venesuela dövlətçiliyindən də çox az şey qalardı“ - Zaxarova
-
Piyada təhlükəsizliyi ilə bağlı yeni standart: Nə dəyişəcək?
-
Şahzadə ilə bağlı təcili qərar: Taxt varisliyinin ləğvi gündəmdə
-
Ramazanın beşinci günün duası - İmsak və iftar vaxtı
-
“ABŞ İranla danışıqların növbəti mərhələsinin keçirilməsi üçün şərt irəli sürüb“ - “Axios“
-
Nəfəs dələduzluğun qurbanı oldu - 80 min manat… (VİDEO)
-
“Ukraynada sülh gecikdirilə bilməz“ - Roma Papası
-
Sürücülərin nəzərinə: Bəzi yollarda duman olacaq
-
Avtomobili geri qaytardı, 6400 manat borc yazıldı - VİDEO
-
Fransanın Afrika siyasəti çökür: Niger generalları səfərbərlik elan edirlər
-
Satışda olan xurmalar: Əgər çox parlaq, yapışqandırsa...
-
Azərbaycanın bir sıra rayonlarına qar yağacaq - XƏBƏRDARLIQ
-
İran nüvə danışıqlarında ABŞ-yə güzəşt etməyəcək - Pezeşkian
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
QRU-nın rəis müavininə sui-qəsd cəhdinin arxasında Britaniya izi aşkarlanıb - Rusiya FSB
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq - XƏBƏRDARLIQ
-
Həm sürücülər, həm də piyadalar təhlükə ilə üzləşirlər: Kim haqlıdır? - VİDEO
-
90 AA 346 nömrə nişanlı “BMW”ni avtobus dayanacağının içində park edən sürücü….
-
Altı kəndi birləşdirən yol bərbad vəziyyətdədir - VİDEO
-
“İran və ABŞ arasında martın əvvəlində saziş imzalana bilər“ - “Reuters“
-
“Moskva diplomatiyanı deyil, zərbələri üstün tutur“ - Zelenski
-
Avropanın ən böyük qızıl anbarı - 60 ölkənin ehtiyatları buradadır - Video
-
Dominantlıq var, nəticə yoxdur: “Barselona“nın görünməyən problemi
-
Məlhəm Hospitalından pasiyentin şikayəti: Analizi məhv etdilər…
-
Tramp Neflix-i hədələdi: Onu işdən qovmasalar, nəticəsi ağır olacaq
-
Pakistan Əfqanıstanda qanlı əməliyyat keçirdi: Onlarla ölü və yaralı, “Taliban“dan sərt qisas mesajı!
-
Müdafiə naziri Hava Döyüş Komandanlığına göstərişlər verdi - VİDEO
-
Dolların “şah dövrü“ bitdi: Devalvasiya qorxusu arxada qalır - Manatın mövqeyi güclənir
-
“Keçmiş Şahzadə Endryu həbs olunmasına məxfi sənədlərin sızması səbəb olub“ - WSJ
-
Paytaxtda dəmir yolunun ətrafında tikilmiş bəzi evlər sökülə bilər: Layihələndirmə işləri aparılır - VİDEO
-
Anar Əlizadə ilə Adnan Əhmədzadənin “market imperiyasi”nin qaranlıq hesabı: Milyonluq dövriyyə, sıfır mənfəət...
-
“İran nüvə proqramı üzrə danışıqlarda xarici təzyiqlərə boyun əyməyəcək“ - Pezeşkian
-
Paytaxtın mərkəzində minlərlə ev söküntüsü: Böyük parkların salınması planlaşdırılır - VİDEO
-
ABŞ-nin İrana hücumu uzunmüddətli münaqişəyə çevrilə bilər - “New York Times“
-
“Çin yeni nəsil nüvə silahları hazırlaya bilər“ - CNN
-
Ukraynada müharibə hələ dalana dirənməyib - SIRSKİ
-
Elektromobillərin sayı artsa da, yanacaq xərcləri azalmır - Səbəb nədir?
-
Avtobus zolağı ləğv olundu, cərimə yazılmayacaq: Sürücülərin diqqətinə! - VİDEO
-
Orban Ukraynanı hədələdi - “Lazım gəlsə, enerjini kəsəcəyik”
-
Sertifikasiya dələduzluğu: İmtahandan keçmək istəyən müəllimlər aldadıldı
-
Fuad Nəcəfli istintaqa cəlb edildi - Keçmiş səlahiyyətli nümayəndə nədə ittiham olunur?
TOP 10
ARXİV






