“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Yeni işçi qrupları yaradıldı - Bu deputatlara vəzifə verildi

Tarix 24.02.26, 12:18

Font ölçüsü : - / +
bitmap-img6


Milli Məclisin parlamentlərarası əlaqələr üzrə yeni işçi qrupları yaradılıb.

AzFakt.com xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə İşçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Milli Məclisin qərarına dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirə olunub.

Qərara əsasən, Milli Məclisin Keniya, Qambiya, Laos, Maldiv parlamentləri ilə işçi qrupları yaradılıb.

Sənədə görə, Azərbaycan- Keniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri deputat Ramid Namazov, Azərbaycan - Qambiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri deputat Eyvaz Qurbanov, Azərbaycan - Laos parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Gülşən Paşayeva, Azərbaycan - Maldiv parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri isə deputat Azər Allahverənov təyin edilib.

Qərar layihəsində həmçinin vurğulanıb ki, Azərbaycan-Nepal parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri deputat Vasif Qafarov təyin edilir.

Qeyd edək ki, daha öncə həmin işçi qrupuna Ramil Həsən rəhbərlik edirdi. 2025-ci il oktyabrın 15-də onun deputat səlahiyyətlərinə xitam verilib. İndiyə qədər sözügedən işçi qrupuna rəhbər təyin edilməmişdi.

Qərar layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul olunub.



Xəbərin oxunma sayı : 199




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap