“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Bu detalları müzakirə etmək çox pisdir” - Zelenski Zalujnıya cavab verdi

Tarix 23.02.26, 20:48

Font ölçüsü : - / +
bitmap-img6


Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Böyük Britaniyadakı səfir və Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnıyın 2022-ci ildə aralarında baş verən daxili münaqişənin təfərrüatlarını açıqlaması çox səhv idi.

Yeniavaz.com xəbər verir ki, bu barədə ölkə başçısı AFP-yə verdiyi müsahibədə danışıb.
“Yəqin ki, hamımız eyni hissləri keçirirdik - hələ tez deyilmi? Sadəcə inanıram ki, Valeri Fedoroviçin bu gün danışdığı təfərrüatları müzakirə etmək çox səhvdir. Çünki bundan heç kim faydalanmayacaq. Axı biz ordumuzdan danışırıq və bu gün döyüşür. Və deyək ki, əgər o, bu barədə danışsa, yaxşı görünməyəcək”, - Zelenski deyib.

Xatırladaq ki, Zalujnı daha öncə “Associated Press”ə verdiyi müsahibədə Zelenski ilə fikir ayrılıqlarından danışıb. Keçmiş baş komandanın sözlərinə görə, münaqişə 2022-ci ilin payızında onlarla Ukrayna Təhlükəsizlik Xidmətinin zabiti onun ofisinə basqın etdikdə kritik bir nöqtəyə çatıb. Zelenski müsahibə dərc olunandan bəri Zalujnı ilə danışmadığını qeyd edib. Ukrayna prezidentinin sözlərinə görə, indi seçkilərə deyil, başqa şeylərə diqqət yetirmək lazımdır:
“Çünki kim dedi ki, mütləq namizəd olacağam? Heç kim deməyib. Bəlkə də olacağam, heç kim bilmir. Çünki müharibə gedir. Vəziyyət belədir. Və biz buna ləyaqətlə son qoymalıyıq. İnsanlar hər kəsin necə yaşadığına, o dövrdə necə yaşadığına, kimin harada olduğuna və kimin nə etdiyinə əsasən mütləq hər şeyə və hər kəsə reaksiya verəcəklər. Məncə, bütün cavab budur”.

Qeyd edək ki, Valeri Zalujnı dəfələrlə Ukraynadakı prezident seçkilərində Zelenskinin əsas rəqibi kimi adlandırılıb. Son sorğulardan birinə görə, respondentlərin 23%-i Zalujnıya, 20%-i isə Zelenskiyə səs verməyə hazırdır.



Xəbərin oxunma sayı : 253




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap