Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Problemi olmayan elektrik sayğacı dəyişdirildi, 271 manat borc yazıldı“ - VİDEO

Tarix 11.04.26, 0:12

Font ölçüsü : - / +
bitmap-img6


Masallıda obyektin problemi olmayan elektrik sayğacının dəyişdirildiyi iddia edilir.

Xezerxeber.az-ın məlumatına görə, Masallı rayonunun Musaküçə kənd sakini Rəsul Mirzəyev onlara məxsus obyektin elektrik sayğacının dəyişdirilməsindən sonra yaranmış borcla bağlı narazılıq edir.

Vətəndaşın sözlərinə görə, atası Ələkbər Mirzəyevin adına qeydiyyatda olan və oğlu Rəsul Mirzəyev tərəfindən bərbərxana və oyun salonu kimi istifadə edilən obyektə 2011-ci ildə "Azərişıq" tərəfindən quraşdırılmış elektrik sayğacı cari ilin mart ayının 12-də qurum əməkdaşları tərəfindən yenisi ilə əvəz olunub. Dediyinə görə, sayğac dəyişdirilərkən abonent qurumun əməkdaşlarından hər hansı borcun və ya qanunsuz müdaxilənin olub-olmadığını soruşub. Ona deyilib ki, heç bir ödəniş olmayacaq.

Lakin Rəsul Mirzəyev iddia edir ki, bir neçə gün sonra yeni sayğac üzrə ödəniş etmək istəyərkən hesabında 271 manat 28 qəpik məbləğində borcun olduğunu görüb.

Abonentin 271 manat 28 qəpik borcunun yaranma səbəbini öyrənmək üçün aidiyyəti qurumla əlaqə saxladıq. "Azərişıq" Açıq Səhmdar Cəmiyyətindən bildirildi ki, həmin abonentin obyektin sayğacı dəyişdirildikdən sonra borc kimi görünən vəsait sayğcquraşdırmaya görə ödənilməli olan məbləğdir. Qurumdan o da qeyd edilib ki, sayğacın dəyişdirilməsi əhali abonentlər üçün tam pulsuzdur, qeyri-əhali abonentlərdə isə ödənişlidir.




Xəbərin oxunma sayı : 307




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap