“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

NATO-nun Ankara sammitində Ukraynaya uzunmüddətli dəstək məsələsi müzakirə olunacaq - Rütte

Tarix 01.07.26, 21:22

Font ölçüsü : - / +
bitmap-img6


Gələn həftə Ankarada (Türkiyə) keçiriləcək NATO sammitində müttəfiqlər Ukraynaya təhlükəsizlik sahəsində davamlı, proqnozlaşdırıla bilən və uzunmüddətli yardım təmin etməyi öhdələrinə götürəcəklər.

Bunu Alyansın Baş katibi Mark Rütte Berlində Almaniya Kansleri Fridrix Merts və müdafiə naziri Boris Pistoriusla birgə mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, sammit iştirakçıları həmçinin müdafiə xərclərinin artırılmasına, silah istehsalının çoxaldılmasına və Alyans ölkələrində müdafiə sənayesinin inkişafına diqqəti cəmləyəcəklər.

M.Rütte qeyd edib ki, Rusiyaya qarşı təzyiqi qoruyub saxlamaq lazımdır, çünki onun sözlərinə görə, hətta Ukraynaya qarşı müharibə başa çatdıqdan sonra da Moskva Avroatlantik təhlükəsizlik üçün uzunmüddətli təhdid olaraq qalacaq.

Alyansın Baş katibi, həmçinin Almaniyanın müdafiə xərclərini artırmaq səylərini yüksək qiymətləndirərək bildirib ki, ölkə 2029-cu ilə qədər hərbi xərcləri ÜDM-in 3,5 %-i səviyyəsinə çatdırmağa çalışır. Alyansın Baş katibi bunu təhlükəsizliklə bağlı vəziyyətin pisləşdiyi bir şəraitdə "nəzərəçarpan nailiyyət" və siyasi qətiyyət nümunəsi adlandırıb.(report)



Xəbərin oxunma sayı : 289




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap