“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Nazirin rektor dostunun universitetində pul tələbi iddiası - ATU- ilə bağlı səs yazısı yayılıb

Tarix 16.07.26, 15:11

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Texnologiya Universitetində (ATU) əsassız pul tələb olunması ilə bağlı iddialar səngimir. 

AzFakt.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə mütəmadi olaraq tənqidi məlumatlar dərc edilirdi.

Editor.az-a daxil olan növbəti “WhatsApp” səs yazısı da universitetdə qanunsuz pul yığımlarının davam etdiyini sübut edir. Sözügedən səs yazısının Texnologiya Universitetinin Xarici dillər kafedrasının müdiri əvəzi Aysel Məmmədliyə məxsus olduğu bildirilir. Səs yazısından aydın olur ki, müəllimlərdən və universitetin müxtəlif şöbələrindən müəyyən məbləğdə əsassız pullar tələb edilir.

İddialara görə, universitetdə dekan, kafedra müdiri və ya şöbə rəhbəri vəzifəsinə təyin olunmaq üçün namizədlər öncə öz vəsaitləri hesabına təhsil müəssisəsinin daxilində təmir işləri aparmalıdırlar.

Diqqət çəkən digər məqam odur ki, universitetin rektoru Yaşar Ömərovun fəaliyyətinə qarşı heç bir tədbir görülmədiyi, dövlət qurumlarının bu vəziyyətə səssiz qalır. İddia olunur ki, Elm və Təhsil nazirinin yaxın dostu kimi tanınan Y.Ömərov universiteti şəxsi maraqlarına uyğun idarə edir. Rektorun əsassız pul tələblərini rəhbər heyətdəki digər şəxslər vasitəsilə topladığı, redaksiyamızda buna dair ciddi fakt və əsasların olduğu bildirilir.

Bu prosesdə Xarici dillər kafedrasının müdiri Aysel Məmmədlinin rektorun ən yaxın adamı kimi universitetdə əsas fiqura çevrildiyi və ali məktəbdə nüfuzlu şəxs qismində tanındığı qeyd edilir.

Azərbaycan Texnologiya Universitetinin rektoru və digər rəhbər şəxsləri haqqında yeni səs yazıları, foto və video materiallar da redaksiyamıza daxil olub. Mövzu diqqətimizdədir.



Xəbərin oxunma sayı : 268




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap