Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

“ABŞ bunu etsə, Qırmızı dənizdəki marşrutu bağlayın” - İrandan husilərə göstəriş

Tarix 16.07.26, 18:04

Font ölçüsü : - / +
bitmap-img6


İran Yəməndəki husi hərəkatına göstəriş verib ki, ABŞ İslam Respublikasının enerji infrastrukturuna zərbə endirsə, Qırmızı dənizdə neft daşımalarının əsas marşrutunu bağlasınlar.

Yeniavaz.com xəbər verir ki, məsələ ilə tanış olan iki yüksək vəzifəli İran rəsmisi və bir regional mənbənin anonimlik şərti ilə “Reuters”ə bildirdiyinə görə, bu variant İran rəhbərliyi daxilində müzakirə olunub və müvafiq mesaj husi müttəfiqlərinə çatdırılıb.

Mənbələrin sözlərinə görə, husilər Tehranın bu xahişi barədə yaxın vaxtlarda məlumatlandırılıblar. Bu barədə indiyədək ictimaiyyətə məlumat verilməyib.
Mənbələr mesajın hansı formada çatdırıldığını və bunun ABŞ Prezidenti Donald Trampın çərşənbə axşamı İranın enerji infrastrukturuna zərbə endirə biləcəyi ilə bağlı hədəsindən əvvəl, yoxsa sonra baş verdiyini açıqlamayıblar.
İran Xarici İşlər Nazirliyi və husi hərəkatının nümayəndəsi hələlik nəşrin müvafiq sorğusuna münasibət bildirməyiblər.



Xəbərin oxunma sayı : 412




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap