“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Keçid ballarında dəyişiklik olacaq? - AÇIQLAMA

Tarix 29.07.26, 11:27

Font ölçüsü : - / +
bitmap-img6


"Ali təhsil müəsissələrinə qəbul üzrə keçid ballarında ciddi ciddi dəyişiklik gözlənilmir".

AzFakt.com "Report"a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Aparat rəhbəri Vəfadar Misirov "Ali təhsil müəssisələrinin sərgisi"nin açılış mərasimində çıxışında deyib.

O bildirib ki, xüsusilə IV ixtisas qrupunda, əsasən tibb istiqamətini seçən abituriyentlər arasında müsabiqə daha yüksək olur:

"Burada bal intervalları üzrə abituriyentlərin sayı da dəqiq görünəcək. Ümumilikdə IV qrup üzrə əsas rəqabət 600 və daha yuxarı bal toplayan abituriyentlər arasında gözlənilir. Digər qruplarda isə vəziyyət müəyyən qədər fərqlidir. Plan yerlərində və keçid ballarında ötən illə müqayisədə ciddi dəyişikliklər gözlənilmir. Yalnız müəyyən ixtisaslarda keçid ballarına uyğun kiçik dəyişikliklər ola bilər".

Aparat rəhbəri əlavə edib ki, sərgi çərçivəsində ənənəvi olaraq psixoloji testlər də təşkil olunacaq:

"Adətən, bu xidmət ödənişlidir, lakin sərgi keçirilən üç gün ərzində abituriyentlər peşə seçimi ilə bağlı psixoloji testlərdən ödənişsiz istifadə edə biləcəklər. Bundan əlavə, psixoloji dəstək xidməti də fəaliyyət göstərəcək. Psixoloqlar abituriyentlərlə görüşərək onlara ixtisas seçimi ilə bağlı fərdi məsləhətlər verəcəklər".



Xəbərin oxunma sayı : 178




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap